Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-224/2025 10.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə ər-arvad olmuşlar. Birgə nikahlarından iki uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən nikahları ləğv olunmuş və uşaqlarının ikisi də cavabdehin yanında saxlanmışdır. Hazırda cavabdeh oğlu Ayxanla birlikdə özünün valideyinlərinin yanında yaşayır. Ərhan isə faktiki olaraq özünün yanında qalır. Cavabdeh iddiasına əsasən Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Ayxanın saxlanması üçün ondan hər ay 150 manat alimentin tutularaq hazırkı cavabdehə verilməsi qət edilmişdir. Cavabdeh Ayxana görə ondan aliment tələb etdiyi üçün o, da Ərhana görə Cavabdeh aliment tələb edir. Əgər Cavabdeh ondan aliment tələb etməsəydi, o, da Cavabdeh hazırda aliment tələb etməzdi. Məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə ər-arvad olmuşlar. Birgə nikahlarından iki uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən nikahları ləğv olunmuş və uşaqlarının ikisi də özünün yanında saxlanmışdır. Hazırda özü oğlu Ayxanla birlikdə 2018-ci ilin mart ayından valideyinlərinin yanında yaşayır. Ərhan isə həmin vaxtdan faktiki olaraq hazırkı iddiaçının yanında qalır. Sonradan xəstəliyə tutulmuş, sinir əməliyatı keçirmişdir. Hazırda iş qabiliyyəti yoxdur. Özünün kənaar qulluğa ehtiyacı vardır. Bu səbəbdən oğlu Ayxanın saxlamaqda maddi çətinliklə üzləşdiyi üçün məcbur olub hazırkı iddiaçıya qarşı məhkəməyə alimentlə bağlı iddia vermiş və iddiasına əsasən Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Ayxanın saxlanması üçün hazırkı iddiaçıdan hər ay 150 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddianın rəddedilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-1403/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, hazırkı İddiaçı ilə hazırkı Cavabdeh arasında bağlanmış nikah pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 Cavabdehn himayəsində saxlanılması qət edilmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-1218/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, hazırkı İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 150 manat alimentin tutularaq hazırkı Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Gəncə 1 saylı Mediasiya təşkilatının mediatoru Vüsal Səfərov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Respublikaa Neyrocərrahiyyə Xəstəxanası” X8 tərəfindən verilmiş xəstənin stasionar tibbi kartından 570 nömrəli Çıxarışdan (Epikrizdən) görünür ki, Cavabdeh “L5-S1 fəqərəarası diskin soltərəfli yırtığı. Soltərəfli bel-omba radikulyar ağrı sindromu ilə. Cərrahi sonrakı vəziyyət.” diaqnozu qoyulmuşdur. Belində hərəkətləri məhdud və ağrılıdır. Xəstəyə xx.xx.2024-cü il tarixdə cərrahi əməliyyat: “Soldan L5-S1 interlaminar yanaşma ilə yırtığın xarc edilməsi” icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, tərəflər əvvəllər ər-arvad olmuşlar. Onların birgə nikahlarından iki uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah ləğv olunmuş və uşaqlarının ikisinın hazırkı cavabdehin himayəsində saxlanması qət edilmişdir. Hazırda cavabdeh oğlu Ayxanla birlikdə 2018-ci ilin mart ayından valideyinlərinin yanında yaşayır. Ərhan isə həmin vaxtdan faktiki olaraq hazırkı iddiaçının yanında qalır. İddiaçı onun yanında qalan Ərhanın saxlanması üçün cavabdehdən də aliment tutulmalı olmasını hesab edərək məsələnin mediasiya qaydasında həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, avabdeh Cavabdeh sonradan xəstəliyə tutulmuş, sinir əməliyatı keçirmiş, onun özünün kənar qulluğa ehtiyacı yaranmışdır. Bu səbəbdən cavabdeh oğlu Ayxanın saxlamaqda maddi çətinliklə üzləşdiyi üçün məcbur olub hazırkı iddiaçıya qarşı məhkəməyə alimentlə bağlı iddia vermiş və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən övladı Ayxanın saxlanması üçün hazırkı iddiaçıdan (atadan) hər ay 150 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının özünün izahatından müəyyən olunmuşdur ki, o, buna maddi ehtiyacı olduğu üçün deyil, sadəcə Cavabdeh ondan övladı Ayxana görə aliment tələb etdiyi üçün o, da Cavabdeh qarşı hazırkı iddianı vermişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddələrinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə görə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işüzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəni üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” işüzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı№25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı cavabdehin aliment verməli olmasına dair izahat verməkdən savayı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçının iddianın müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı isə cavabdehin məhkəmə iclasındakı izahatı və məhkəməyə təqdim etdiyi xəstəliyinə dair sənədlərlə birmənalı şəkildə təkzib olunmuşdur. Bundan başqa işin yuxarıda müəyyən olunmuş hallarından göründüyü kimi iddiaçı hazırkı iddianı buna övladları Ərhanın saxlanmasında maddi ehtiyacı olduğu üçün deyil, sadəcə Cavabdeh ondan digər övladı Ayxana görə aliment tələb etdiyi üçün vermişdir. O, iddianın təmin edilməli olmasını, yəni Cavabdeh ona nəzərən daha yüksək, daha yaxşı maddi və ailə vəziyyətində olması, daha üstün vəziyyətdə olması barədə hər hansı bir başqa diqqətəlayiq halların olmasını heç nə ilə əsaslandırmamış, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı cavabdehin izahatı ilə yanaşı, məhkəməyə təqdim edilən yuxarıda adı çəkilən xəstəliyə dair sənədlərlə Cavabdeh bel-omba radikulyar ağrı sindromu ilə, fəqərəarası diskin soltərəfli yırtığı xəstəliyindən əziyyət çəkdiyi, belində hərəkətlərin məhdud və ağrılı olması və buna görə cərrahi əməliyyat olunduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh özünün hazırkı iddiaçı ilə birgə nikahlarından doğulan övladları Ayxanın saxlanmasında kənar maddi yardıma ehtiyacı olduğu üçün Tərtər Rayon Məhkəməsinin 2(061)-1218/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən hazırkı İddiaçı Cavabdeh xeyrinə aliment tutulması qərara alınmışdır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cavabdeh özü hazırda kənar maddi yardıma möhtacdır. Onun başqasına maddi köməklik etmək imkanı yoxdur. İddiaçı iddianın təmin edilməli olmasını sübuta yetirə bilməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №2(061)-224/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-224/2025
10.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver