Məhkəmə qərarları › İş №2(061)-339/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-339/2025

06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-339/2025 06.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İlkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pul tələbinə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-in ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı işgüzar nüfuza vurulmuş zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq “Yaşat” fonduna köçürülməsi, İddiaçı məxsus “Ayshanvibes” instqram səhifəsində, Qafqazinfo.com, 24 news.az internet xəbər saytlarında təkzib etirafının yerləşdirilməsi öhdəliyinin cavabdeh İddiaçı üzərinə qoyulması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh MMC-yə qarşı mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pul tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC İddiaçı qarşı işgüzar nüfuza vurulmuş zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq “Yaşat” fonduna köçürülməsi, İddiaçı məxsus “Ayshanvibes” instqram səhifəsində, “Qafqazinfo.com, 24 news.az internet” xəbər saytlarında təkzib etirafının yerləşdirilməsi öhdəliyinin cavabdeh İddiaçı üzərinə qoyulması tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını onunla əasaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində xalası qızı X12 ilə birlikdə olarkən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan küçəsi “İDEAL” marketdən “Patron” günəbaxan tumu almışdır. Tumdan bir qədər istifadə etdikdən sonra tum paketinin içərisində xırda siçan balasının cəsədi olduğunu görmüşdür. Bu hal ona hədsiz pis təsir etmişdir. Bir müddət gündəlik həyatına davam edə bilməmişdir. Hazırda da vəziyyəti qənaətbəxş deyildir. Bir çox xəstəliklər iyrənməkdən yarandığını hamının bildiyini qeyd etmişdir. Bu sadə bir hal deyildir. Daş, qum və ya hər hansı bir əşya olsa məsələni dərinləşdirməyə gərək qalmazdı. Lakin belə bir hal insan ölümünə gətirib çıxara bilər. Ölüm hadisəsinin həmin an və ya bir neçə il sonra baş verməsi nəticəni dəyişmir. İnsan immuniteti fərqli olduğundan başqa insanlarda dərhal zəhərlənməyə səbəb ola bilər və ya illər sonra fəsadları ortaya çıxa bilər. Həmçinin artıq onun sağlamlığı ilə əlaqədar heç bir hazır məhsul həmçinin tumlar ala bimir. Bunun əsas səbəbi isə artıq bütün bu cür qidalara qarşı iyrənir. Bunun əsas səbəbi isə təqsirkar cavabdeh şirkətdir. Bu səbəbdən həmin gün axşam saatları zamanı instaqram soaial şəbəkə vasitəsi ilə paylaşım etmişdir. Bu paylaşım əsasında başqa bir “xəbər səhifəsi” olan “XEBERİMİZ VAR” səhifəsi də paylaşım etdi həmin gün axşam saatları olduğundan növbəti gün, yəni xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə zəng edərək müraciət etmişdir. Onun məktubuna cavab olaraq xx.xx.2024-cü il tarixli 3-44-5/2-1-1- 2101/2024 saylı Azərbaycan Respublikası Qida X5 Bölməsi tərəfindən baxılmış, xx.xx.2024-cü il tarixdə Tərtər rayonu Xoruzlu kəndində yerləşən hüququi şəxs Cavabdeh MMC-ə məxsus günəbaxan tumları emalı zavodunda plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı Tərtər rayon Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-ə məxsus günəbaxan tumları emalı zavodunda Azərbaycan Respublikasının Qida X1 xx.xx.2020-ci tarixli 19 saylı Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair” 5 nömrəli əlavəsinin, “Qida obyektlərinə dair gigiyena tələblərinə dair” 2 nömrəli əlavəsinin və “Qida təhlükəsizli Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğunu aşkarlamışdır. Nəticədə Azərbaycan Respublikası İXM-in 220.2-ci maddəsində nəzərdfə tutulmuş inzibati xətanı törətdiyinə görə Tərtər rayonu, Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-ə məxsus günəbaxan tumlarının emalı zavodunun vəzifəli şəxsi X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdeh tərəfindən dəyən mənəvi zərərin əvəzi olaraq 10000 manat pul vəsaitinin alınıb ona verilməsi barədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasın gəlməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək yeni ailə qurduğu üçün və yaşadığı Bakı şəhəri Tərtər rayonuna uzaq məsafədə olduğundan məhkəmədə iştirakı mümkün olmayacaqdır. Məhkəmə iclasının iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ünvanladığı çıxışında qeyd etmişdir ki, bəzən həyatında elə anlar olur ki, o anları unutmaq mümkün deyil. Hər dəfə xatırladıqca eyni hissləri yenidən yaşayırsan, eyni iyrənmə, eyni qorxu, eyni narahatlıq... Həmin axşam xalası qızı Aynurla birlikdə marketə getmişlər. Sadə bir alış-veriş edib günəbaxan tumu alıb parka getmişlər. Onlardan əvvəl həmin məhsulu alan yüzlərlə insan olmuşdu və onlar da düşünmədən oturacaqda oturaraq, açıq istifadə etməyə başlamışlar. Ancaq bir anda bütün adi həyatları kabusa çevrilmişdir. Çünki tum paketinin içində ölmüş siçan balası vardı. O an hiss etdiyi duyğuları sözlə ifadə etmək çətindir. Bir anlıq hər şey donmuşdur. Əlləri titrəmiş, boğazı qurumuş, nəfəsi daralmışdır. Axı onlar həmin tumdan artıq yemişlər. Mədəsində bir ağırlıq hiss etmiş, gözü qaralmış, iyrənməkdən bədəni sarsılmışdır. O gecə yata bilməmiş, ağrı, narahatlıq və qorxu içində qıvrılmışdır. Ertəsi gün dərhal Qida Təhlükəsizliyi agentliyinə müraciət etmişdir. Araşdırmalar başlamışdır. Məlum olmuşdur ki, bu məhsulun istehsalçısı Cavabdeh MMC-in zavodudur. Rəsmi yoxlamalar bu müəssisənin gigiyenik qaydalara əməl etmədiyini üzə çıxardı. Bəli, o, tək deyildi. Onun kimi bəlkə də, neçə-neçə insan bu cür təhlükəli məhsullarla üzləşmişdi. Bütün bunlardan sonra onun bütün hazır məhsullara, xüsusilə də tumlara qarşı nifrət hissi oyanmışdır. Marketdə o rəflərə yaxınlaşa bilməmişdir. Belə ki, həmin görüntü gözünün önündən getməmişdir. Hazırda o, yemək seçməyin deyil, sağlamlığını qorumağın nə qədər vacib olduğunu anlamışdır. Bu isə sadəcə bir şəxsin deyil, bütöv bir cəmiyətin problemididr. Məhkəməyə müraciət etməkdə məqsədi təkcə öz haqqını bərpa etmək deyil. O, heç bir insanın bu cür iyrənc və təhlükəli hadisə ilə üzləşməsini istəməmişdir. O, isteklakçılarrın məsuliyyət hiss etmələrini, qanunların işləməsini və insanların qorunmasını istədiyini bildirmişdir. Ona dəymiş mənəvi zərərin qarşılanmasını tələb edir və inanır ki, məhkəmə bu işdə ədaləti bərpa edəcək. Qida Təhlükəsizliyi sadəcə məhsulun təmiz və sağlam olması ilə məhdudlaşmır. O, istehlakçının hüquqlarının toxunulmaz qalmasını, aldığı məhsulun onun sağlamlığına zərər verməməsini təmin etməlidir. “X7” Qanunun 17.1-ci maddəsi məhz bu məsələni vurğulayır : məhsullar elə qablaşdırılmalıdır ki, onların dövrüyyəsi zamanı təhlükəsizlik təmin edilsin. Amma əgər bu qaydalara riayət edilmirsə nəticə necə olur?. Azərbaycan Respublikası MM-in 1128-ci maddəsdi aydın şəkildə bildirir ki, məhsulun qüsurları nəticəsində insan sağlamnlığına və əmlakına dəyən zərəri satıcı və ya istehlakçı ödəməlidir. Yəni, bu, istehlakçının şəxsi problemi deyildir. Bu qanunun təmin etdiyi haqdır. Əslində hər gün alış-veriş edərkən, fərqinə varılmasa da hüquqlarını da alırlar. Amma həmin hüquqlar pozulanda nə baş verir? “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12-ci maddəsi aşıq şəkildə deyir: əgər istehlakçının hüquqları pozularsa, ona dəyən mənəvi ziyan da ödənməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəs dövlət orqanlarının və hüquqi şəxslərin hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət edə bilər. Mülki Məcəllənin 21-ci maddəsi isə zərər çəkmişin ona vurulmuş zərərinin tam ödənilməsini tələb etmək hüququnu təsdiqləyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında isə mənəvi zərər anlayışı daha da dərindən izah edilir. Bu sadəcə kağız üzərində bir termin deyil, bu insanın duyğularına, psixoloji vəziyyətinə vurulan zərbədir. Bir yanlışlıq nəticəsində, qüsurlu məhsul və ya bir yalan məlumat səbəbindən insanın bütün həyatı dəyişə bilər. Bütün bunları nəzərə alaraq, bu gün o, 10000 manat məbləğində kompensasiya – bu təkcə bir rəqəm deyil. Bu pozulmuş haqqların bərpası üçün də atılmaz bir adımdır. Çünki hüquq, sadəcə qanun maddələri ilə deyil, insana verilən dəyər ilə öıçülür. O, burada təkcə mənəvi zərəri deyil, haqqlarının, sağlamlığının qorunmasını da tələb etmişdir. Bu sadəcə məhkəmə işi deyil, haqqın bərpasından ibarətdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək marketdən aldığı “Patron” günəbaxan tumu paketinin içərisindən siçan balasının cansız bədəninin çıxdığını bildirmişdir. Hadisə ilə bağlı onlarla əlaqə saxladıqdan sonra rəsmi qaydada cavab almaq əvəzinə şəxs müxtəlif xəbər saytlarına müraciət edərək həm öz “İnstaram” hesabında, həm də digər xəbər saytlarının səhifələrində bununla bağlı xəbər yayınlamışdır. Özünün də bildirdiyi kimi, həmin paylaşımlar ucuz əyləncə axtaran bir şox şəbəkələr və xəbər saytları tərəfindən, reket jurnalistlər tərəfindən tirajlanaraq geniş auditoriyaya çatdırılmışdır. Paylaşımın yayılması Cavabdeh MMC-in şirkətinin satış dövriyyəsinə olduqca mənfi təsir göstərmiş, satışlar rekord dərəcədə azalmış, işgüzar nüfuzlarına mühüm zərər yetirilmişdir. Belə ki, hazırda istənilən axtarış sisteminə “Patron” adını daxil etdikdə dərhal fake olan bu xəbər nəticə kimi görsənir, nəticədə ölkənin ən böyük günəbaxan tumu istehsalçısı olan şirkətin adl bu çirkli avanturaya görə mənfi assosiaisiyalar yaradır. Onların işgüzar nüfuzuna vurulmuş zərər böyük ölçülsə də məqsədləri iddiaçı kimi kimdənsə pul qazanmaq deyil. Belə ki, şirkətin adı və illərdir ki, qazandığı hörmət, buna imkan vermir. Məqsədləri bu cür halların gələcəkdə yarana bilməsinin qarşısının alınması, vicdansızcasına əsassız pul şantajının cəzasız qalmayacağını, Azərbaycan Respublikasının hüquqi dövlət olmasını cavabdeh kimi şəxslərə göstərməkdən ibarətdir. Göstərilənlərə əsasən işgüzar nüfuza vurulmuş zərərə görə 5000 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tutularaq “YAŞAT” Fonduna köçürülməsi, İddiaçı məxsus “Ayshanvibes” instaqram səhifəsində, “Qafqazinfo.com, 24 news.az internet” xəbər saytlarında təkzib etirafının yerləşdirilməsi öhdəliyinin cavabdeh İddiaçı üzərinə qoyulması tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-in vəkalətli nümayəndəsi X10 əvvəlki məhkəmə iclasında göstərmişdir ki, iddia tələbi tam əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, cavabdeh İddiaçı əsassız tələbi ilə bağlı “Ayshanvibes” instaqram səhifəsində, “Qafqazinfo.com, 24 news.az internet” xəbər saytlarında Cavabdeh MMC-in barəsində paylaşımıar etmiş, həmin paylaşımların yayılması Cavabdeh MMC-in şirkətinin satış dövriyyəsinə olduqca mənfi təsir göstərmiş, satışlar xeyli azalmış, Cəmiyyətin işgüzar nüfuzlarına mühüm zərər yetirilmişdir. Belə ki, hazırda istənilən axtarış sisteminə “Patron” adını daxil etdikdə dərhal fake olan bu xəbər nəticə kimi görsənir, nəticədə ölkənin ən böyük günəbaxan tumu istehsalçısı olan Cəmiyətin adl bu çirkli avanturaya görə mənfi fikirlər yaradır. Halbu ki, iddiaçı əsassız paylaşımları etməmişdən əvvəl ona Cavabdeh MMC-in iş rejimi, istehsal şəraiti ilə tanış olmaq imkanı yaradılmış olardı, lakin o, bunu etməmiş, bir başa Cavabdeh MMC-in barəsində fake məlumatlar yaymışdır. Cavabdeh MMC-də “Qida məhsulları üzrə gigiyena tələblərinə” tam riayət olunur, istehsal şəraiti qanunvericilikdə nəzərdə tutulmuş norma və qaydalara uyğun davam etdilir. Cavabdeh İddiaçı tələbi heç bir sübuta söykənməyən, yalnız üzərində “Patron” yazılmış paketlərin fotoşəkilləri əlavə edilməklə və əsassız tələb olmaqla Cavabdeh MMC-in yüksələn işgüzar nüfuzuna xələl gətirmək, gözdən salmaqdan başqa bir şey deyildir. Göstərilənlərə əsasən ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin İddiaçı sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, müraciətlə əlaqədar mağazada qeyd olunan məhsulun satış vitrininə baxılan zaman sanitar gigyenik qaydalara uyğun olaraq saxlanıldığı, tamlığı pozulmuş istehlaka yararsız, fiziki çirklənmə əlamətləri müşahidə edilməmişdir. Qeyd edilən məhsulun Tərtər rayonu ərazisində emal olunduğunu nəzərə alaraq müraciət Agentliyin Qarabağ regional bölməsinə göndərilmişdir. Araşdırmanın nəticəsi barədə Qarabağ regional bölməsi tərəfindən məlumat veriləcəyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin İddiaçı sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, X9 Bölməsinin əməkdaşları tərəfindən yoxlamanın aparılması haqqında Qərar və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” alınmış çıxarış əsasında xx.xx.2024-cü il tarixində Tərtər rayon Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-ə məxsus günəbaxan tumlarının emal zavodunda plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı Tərtər rayon Xoruzlu kəndində yerləşən hüquqi şəxa Cavabdeh MMC-ə məxsus günəbaxan tumlarının emalı zavodunda Azərbaycan Respublikasının Qida X2 xx.xx.2020-ci il tarixli 19 saylı Qərarı ilə təsdiq edilmiş Qida məhsulları üzrə gigiyena tələblərinə dair 5 nömrəli əlavəsinin, “Qida obyektlərinə dair gigyena tələbləri”nin 2 nömrəli əlavəsinin və “X7” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olan hallar müəyyən edilmişdir. Belə ki, günəbaxan tumlarının emalı zavodunda temperaturun monitorinqi və qeydiyyatın aparılmasının təmin edilmədiyi, müəssisədə əl yuma çanaqlarının gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, müəssisədə ümumi mübadiləli süni havalandırma üçün öz-özünə (avtomat) mexaniki havalandırma sisteminin quraşdırılmadığı, müəssisədə çarpaz çirklənmənin qarşısının alınması üçün texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, belə ki, qovrulma, duzlanma hissəsindən paketlənmə hissəsinə daxil olan hissənin (elavatorun) üzəri açıq vəziyyətdə saxlanıldığı, qida məhsullarının emalı prosesində və ya qida məhsullarının komponenti kimi istifadə edilən suyun çirklənmə riski yaratmasının qarşısının alınması üçün filtrasiya ilə təmin edilmədiyi, qida məhsulları ilə təmasda olan əməkdaşlar gigyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-in 220.2.-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətdiyinə görə Tərtər rayon Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-ə məxsus günəbaxan tumlarının emalı zavodunun vəzifəli şəxsi X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün Tərtər Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-ə məxsus günəbaxan tumlarının emalı zavodunun vəzifəli şəxsi X4 icrası məcburi olan göstərişlər verilmişdir. Agentliyin fəaliyyəti istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirməklə vətəndaş məmnuniyyətinin təmin edilməsi işində ictimai nəzarət hüququndan istifadə etdiyinə və bu cür hallara operativ reaksiya verərək onlara müraciət etdiyinə görə ona təşəkkürlərini bildirmişlər. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-ə göndərdiyi elektrok sorğuya dərhal reaskiya verilmiş, şikayətçiyə onun müraciətində göstərdiyi halla bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi, ondan əlaqə telefonun istənildiyi və ya ona ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş “xəbər səhifəsi” olan “XEBERİMİZ VAR” səhifəsində paylaşım edilmiş, paylaşımda İddiaçı mağazadan 1 manat 40 qəpiyə aldığı “Patron” tumlarından siçovul çıxdığını bildirmişdir. İş materiallarında olan fotoşəkillərdə tum qabıqlarının içərisində ölü siçan balası əks edilmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddiaları, ilkin iddia üzrə iddiaçının çıxışını, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nın vəkalətli nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, ilkin iddia əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia üismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı iddia tələbində Cavabdeh MMC-nın istehsal etdiyi “Patron” tumlarının paketinin içərisindən ölü siçan balasının çıxdığını bildirmiş, lakin cavabdeh tərəfin nümayəndəsi isə bu halın heç bir sübuta əsaslanmadığını bildirirək təkzib etmişdir. İddiaçı iddia tələbini sübut etmək üçün hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmədə elan edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin İddiaçı sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunun surətində, müraciətlə əlaqədar mağazada qeyd olunan məhsulun satış vitrininə baxılan zaman sanitar gigyenik qaydalara uyğun olaraq saxlanıldığı, tamlığı pozulmuş istehlaka yararsız, fiziki çirklənmə əlamətləri müşahidə edilməmişdir. Qeyd edilən məhsulun Tərtər rayonu ərazisində emal olunduğunu nəzərə alaraq müraciət Agentliyin Qarabağ regional bölməsinə göndərilmişdir. Araşdırmanın nəticəsi barədə Qarabağ regional bölməsi tərəfindən məlumat veriləcəyi qeyd edilmişdir. Eləcə də məhkəmədə elan edilmiş Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin İddiaçı sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunun surətində göstərilmişdir ki, X9 Bölməsinin əməkdaşları tərəfindən yoxlamanın aparılması haqqında Qərar və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” alınmış çıxarış əsasında xx.xx.2024-cü il tarixində Tərtər rayon Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-ə məxsus günəbaxan tumlarınınemal zavodunda plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı Tərtər rayon Xoruzlu kəndində yerləşən hüquqi şəxa Cavabdeh MMC-ə məxsus günəbaxan tumlarının emalı zavodunda Azərbaycan Respublikasının Qida X2 xx.xx.2020-ci il tarixli 19 saylı Qərarı ilə təsdiq edilmiş Qida məhsulları üzrə gigiyena tələblərinə dair 5 nömrəli əlavəsinin, “Qida obyektlərinə dair gigyena tələbləri”nin 2 nömrəli əlavəsinin və “X7” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olan hallar müəyyən edilmişdir. Belə ki, günəbaxan tumlarının emalı zavodunda temperaturun monitorinqi və qeydiyyatın aparılmasının təmin edilmədiyi, müəssisədə əl yuma çanaqlarının gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, müəssisədə ümumi mübadiləli süni havalandırma üçün öz-özünə (avtomat) mexaniki havalandırma sisteminin quraşdırılmadığı, müəssisədə çarpaz çirklənmənin qarşısının alınması üçün texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, belə ki, qovrulma, duzlanma hissəsindən paketlənmə hissəsinə daxil olan hissənin (elavatorun) üzəri açıq vəziyyətdə saxlanıldığı, qida məhsullarının emalı prosesində və ya qida məhsullarının komponenti kimi istifadə edilən suyun çirklənmə riski yaratmasının qarşısının alınması üçün filtrasiya ilə təmin edilmədiyi, qida məhsulları ilə təmasda olan əməkdaşlar gigyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-in 220.2.-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətdiyinə görə Tərtər rayon Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-ə məxsus günəbaxan tumlarının emalı zavodunun vəzifəli şəxsi X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün Tərtər Xoruzlu kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-ə məxsus günəbaxan tumlarının emalı zavodunun vəzifəli şəxsi X4 icrası məcburi olan göstərişlər verilmişdir. Agentliyin fəaliyyəti istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirməklə vətəndaş məmnuniyyətinin təmin edilməsi işində ictimai nəzarət hüququndan istifadə etdiyinə və bu cür hallara operativ reaksiya verərək onlara müraciət etdiyinə görə ona təşəkkürlərini bildirmişlər. Göründüyü kimi hər iki sənəddə İddiaçı iddia etdiyi tələb öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-in 220.2.-ci maddəsində “https://eqanun.az/framework/49857X7” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qida zənciri obyektlərinin və subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmadan qida sahəsində fəaliyyət göstərməsindən bəhs edilir. Eləcə də məhkəmədə elan olunmuş İddiaçı Cavabdeh MMCə göndərdiyi elektron sorğuya dərhal reaskiya verilmiş, şikayətçiyə onun müraciətində göstərdiyi halla bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi, ondan əlaqə telefonun istənildiyi və ya ona ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılması xahiş olunmuşdur. Lakin buna baxmayaraq İddiaçı Cavabdeh MMC ilə əlaqə saxlamayaraq tələsik öz şəxsi səhifəsində paylaşım etmiş və “Patron” tumlarından ölü sıçan balasının çıxdığını paylaşmnışdır. Məhkəmədə elan edilmiş “Xəbər səhifəsi” olan “XEBERİMİZ VAR” səhifəsində paylaşım edilmiş, paylaşımda İddiaçı mağazadan 1 manat 40 qəpiyə aldığı “Patron” tumlarından sıçovul çıxdığını bildirmişdir. Bununla yanaşı məhkəmədə elan edilmiş fotoşəkillərdə tum qabıqlarının içərisində ölü siçan balası əks edilmişdir. Sanki ölü siçan balası tum qabıqlarının içərisində hansı qaydada isə əks etdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bunun əksinə olaraq Cavabdeh MMC özünün iş faəliyyəti ilə bağlı sənədlər təqdim edərək vergi ödəyicisi kimi il ərzində Dövlət büdcəsinə xeyli məbləğlərdə qazanc gətirən və nəninki Pespublikada hətta Respublikadan kənara mallarını ixrac edən Cəmiyyət kimi fəaliyyət göstərdiyini sübut etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən edilmiş paylaşmalarla həqiqətən Cavabdeh MMC-in nüfuzuna xələl gəlməsi müəyyən olunmuşdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçının şərəf və ləyaqətini alçaldılması nəticəsində mənəvi zərərə məruz qalmasını, həmin zərərin cavabdehin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü İddiaçı üzərinə düşür. İşgüzar nüfuza xələl gətirilməsinin həqiqətə uyğun olmasını sübutetmə yükü isə Cavabdeh MMCin üzərinə düşür. Məhkəmə tərəflərin izahatlarının, iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etmişdir ki, İddiaçı ilkin iddia tələbini bilavasitə sübuta yetirməsi üçün mötəbər sübutlar təqdim edə bilməməsi, Cavabdeh MMC-in ilkin iddia tələbini əsassız hesab edib qəbul etməməsi, eləcə də qarşılıqlı iddia tələbində göstərilənlərin haqlı tələb olmasını, işin faktiki hallarını araşdırıb ilkin iddia tələbinin təmin olunması üçün hüquqi əsasların mövcud olmaması və qarşılıqlı iddianın isə təmin olunması üçün hüquqi əsasların mövcud olması qənaətinə gəlir. Həmçinin iddiaçı tərəf iddia tələbinin əsası kimi yəni, İddiaçı ona vurulan mənəvi zərərin nəticəsində çəkdiyi həyəcanların nəticəsi olaraq hər hansı bir tibb müəssisəsinə müraciət etməsini sübut etmək üçün heç bir mötəbər mənbədən əldə edilmiş sənədlər təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC ilə bağlı sosial şəbəkədə paylaşımlar edərək işgüzar nüfuzuna xələl gətirmişdir. Azərbaycan Respublikası MM-in şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsindən bəhs edən 23.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.6-cı maddəsnə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Həmin Məcəllənin 1097.1ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eləcə də “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərara aldı hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 3-cü bəndində göstərilmişdir ki, Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının məhkəməyə ünvanladığı çıxışını, cavabdeh tərəfin vəkalətli nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia tələbi üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCyə qarşı mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pul tələbinə dair iddiası təmin olunmamalı, qarşılıqli iddia tələbi qismən təmin olunmalı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-in ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı işgüzar nüfuza vurulmuş zərərə görə 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq “Yaşat” fonduna köçürülməli, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus “Ayshanvibes” instqram səhifəsində, Qafqazinfo.com, 24 news.az internet xəbər saytlarında təkzib etirafının yerləşdirilməsi öhdəliyi cavabdeh İddiaçı üzərinə qoyulmalıdır. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia tələbi üzrə İddiaçı İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pul tələbinə dair iddiası təmin olunmasın. Qarşılıqli iddia tələbi qismən təmin olunsun. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-in ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı işgüzar nüfuza vurulmuş zərərə görə 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq “Yaşat” fonduna köçürülsün. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus “Ayshanvibes” instqram səhifəsində, Qafqazinfo.com, 24 news.az internet xəbər saytlarında təkzib etirafının yerləşdirilməsi öhdəliyi cavabdeh İddiaçı üzərinə qoyulsun. Qarşılıqli iddia qalan hissədə təmin olunmasın. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar