Məhkəmə qərarları › İş №2(061)-364/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-364/2025

04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-364/2025 04.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən birgə nikahdan anadan olmuş xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat alimentin və övladının 3 yaşı olanadək onun saxlanması üçün 200 manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə 2015-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahları xx.xx.2018-ci il tarixdə rəsmi qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan münasibətləri pisləşdiyindən ayrılmışlar. Nikahları Bərdə Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(021)-2246/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahları pozularkən o, sonuncu uşağına hamilə vəziyyətdə olmuşdur. Bu səbəbdən məhkəmə qaydasında ailment təyin edilərkən yalnız iki uşağa görə təyin edilmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Onun saxlanması üçün aliment təyin edilməmişdir. Odur ki, bu tələblə əvvəlcə mediasiya şurasına müraciət etmişdir. Lakin cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. O, 50 manat mediasiya xidmət haqqını ödəmişdir. Bundan sonra məhkəmədə Cavabdeh qarşı cavabdehdən birgə nikahdan anadan olmuş xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat alimentin və övladının 3 yaşı olanadək onun saxlanması üçün 200 manat alimentin alınıb ona ödənilməsi barədə iddia qaldırmışdır. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmiş və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddia tələbi ilə bağlı məhkəməyə hər hansı bir yazılı fikir bildirməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə aliment tələbi ilə bağlı Mediasiya şurasına müraciət etmişdir. Hər iki tərəfə mediasiya sessiyasının keçirildiyi tarix barədə məlumat verilmiş, lakin Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sesiyasında iştirak etmişdir. İddiaçı 50 manat məbləğində ilkin mediasiya xərcini ödəmişdir. İşdə olan Bərdə Rayon Məhkəməsinin 2(021)-2246/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Tərtər rayon Qeydiyyat şöbəsində bağlanmış 95 saylı nikah pozulmuş, tərəflərin xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşaqları İddiaçı yanında saxlanılmış, tərəflərin xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər 2015-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahları xx.xx.2018-ci il tarixdə rəsmi qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Tərəflər aralarında olan münasibətləri pisləşdiyindən ayrılmışlar. Nikahları Bərdə Rayon Məhkəməsinin 2(021)-2246/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahları pozularkən o, Hira adlı uşağına hamilə vəziyyətdə olmuşdur. Bu səbəbdən məhkəmə qaydasında ailment təyin edilərkən yalnız iki uşağa görə təyin edilmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Onun saxlanması üçün aliment təyin edilməmişdir. İddiaçı maddi vəziyyəti ilə bağlı uşağı saxlamaqda çətinlik çəkdiyindən cavabdehə qarşı hazırda həmin uşağın saxlanması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının aliment tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda aliment alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay bir uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı iddiaçı tərəfindən ödənilir. Eləcə də, məhkəmə qeyd edir ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Hazırda cavabdeh uşağın atası kimi onu saxlamağa borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahıüçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı iddiası xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi cavabdehi əlverişsiz vəziyyətə salmır. İddiaçı iddia tələbində övladının 3 yaşı olanadək onun saxlanması üçün 200 manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını da məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qanunun tələblərindən göründüyü kimi iddiaçı uşağın ağır xəstəliyi, əllil olması ilə bağlı hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə iddianın həmin hissəsinin təmin edilməsini məqsədəmüvafiq etməmişdir. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh bir il ərzində tutulacaq alimentin miqdarı 1000 manatdan yuxarı, yəni illik (400 x 0,50=200 x 12 ay = 2400) ümumilikdə 2400 manat olduğuna görə, sonuncudan dövlət rüsumu olaraq 44 (qırx dörd) manat alınaraq dövlət nəfinə və İddiaçı Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı verilməlidir. İş materiallarını, iddia ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində (400 x 0,50 = 200 manat) sabit pul məbləğində aliment İddiaçı xeyrinə verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində (400 x 0,50 = 200 manat) sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması dərhal icra edilsin. Cavabdeh dövlət rüsumu olaraq 44 (qırx dörd) manat alınaraq dövlət nəfinə ödənilsin. İddiaçı Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar