Məhkəmə qərarları › İş №2(061)-612/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-612/2025

29.05.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-612/2025 29.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla bağışlama müqaviləsinin və onun yaratdığı bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-5 Reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum əri X5 miras qalmış ünvan 1ində yerləşən fərdi yaşayış evindən 1/5 hissə ilə ona məxsus miras payını qızı Cavabdeh bağışlaması barədə xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi təqdim edərək Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-5 Reyestrli «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»yə əsasən mərhum əri X29 oglundan qalmış Tərtər rayon Sarov kəndində yerləşən fərdi yaşayış evindən 1/5 hissə ilə ona məxsus miras payını qızı Cavabdeh bagışlanılması barədə xx.xx.2021-ci il tarixli miras payın bagışlanması müqaviləsinin və onun dogurdugu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışlar ki, Cavabdeh onun qızıdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh onun yanına gələrək Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-5 Reyestrli «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»yə əsasən mərhum əri X29 oglundan qalmış Tərtər rayon Sarov kəndində yerləşən fərdi yaşayış evindən 1/5 hissə ilə ona məxsus miras payını ona bagışlamagı xahiş etmişdir. O da qızı Təhminənin şirin dilinə inanaraq qeyd olunan ünvandakı miras payını ona bagışlaməşdır. Miras payını cavabdehə bagışlayarkən şərtiləri ondan ibarət olmuşdur ki, cavabdeh bu evdə onun normal yaşayacagına mane olmayacaq və mən dinc və maneəsiz bir şəkildə bu mənzildən istifadə edəcəyəm. Lakin bir müddət keçən kimi, yəni evə dair Çıxarış alındıqdan sonra cavabdeh onunla kobud davranmaga və onun bu evdən çıxmagını tələb etməyə başlamışdır. Cavabdehin bu hərəkətlərini o özünə qarşı təhqir hesab etsə də, normal münasibətlərinin pozulmaması xatirinə müəyyən güzəştlərə gedərək məsələnin yaxşı sonluqla qurtarmasını gözləmişdir. Lakin cavabdeh nəinki onun xeyirxah təklifini qəbul etməkdən imtina etmiş, hətta onu evdən də qovmuşdur ki, nəticədə də əmlak münasibətləri onun üçün son dərəcə ağır yükə çevrilmişdir. Aramızda yaranan gərgin münasibət o həddə çatdı ki, cavabdeh onu döydü (bu faktı təsdiq edən foto şəkilləri və məhkəmə qərarını bu ərizəyə əlavə edirəm) və o məcbur olub bir neçə dəfə tərtər rayon Polis Şöbəsinə, daha sonra isə bagışlanma müqaviləsinin ləgvi üçün Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər rayon Xüsusi Notariat Ofisinin xüsusi notariusu X22 oglu 07 sentyabr 2025ci il tarixli, 542 №-li qərarı ilə ona Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-5 Reyestrli «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»yə əsasən mərhum əri X29 oglundan qalmış Tərtər rayon Sarov kəndində yerləşən fərdi yaşayış evindən 1/5 hissə ilə ona məxsus miras payının qızı Cavabdeh bagışlamasına dair müqavilənin ləgvindən imtina etmiş və müqavilənin ləgvinə dair Tərtər Rayon Məhkəməsinə müraciət etməli oldugumu bildirmişdir. Ona görə də hesab edir ki, cavabdehin ona qarşı etdikləri qanunsuz hərəkətlərə görə bagışlanma müqaviləsi və onun dogurdugu hüquqi nəticələr ləgv edilməlidir. Yuxarıda göstərdiklərinə əsasən Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-5 Reyestrli «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»yə əsasən mərhum əri X29 oglundan qalmış Tərtər rayon Sarov kəndində yerləşən fərdi yaşayış evindən 1/5 hissə ilə ona məxsus miras payımı qızı Cavabdeh bagışlanılması barədə xx.xx.2021-ci il tarixli miras payın bagışlanması müqaviləsinin və onun dogurdugu bütün hüquqi nəticələrin ləgv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı göstərmişdir ki, 1955-ci il təvəllüdlü olmaqla, Tərtər rayon Qaradağlı kəndində anadan olmuşdur. 1983-cü ildə Tərtər rayon Sarov kənd sakini X29 oglu ilə ailə quraraq Tərtər rayon Sarov kəndinə köçmüşdür. Həmin nikahdan 4 övladı olmuşdur. Övladları ailə qurmuşlar. Sonuncu övladı Təhminə Muradova 2006-cı ildə ailə qurmuş və Tərtər rayon Kəbirli kəndinə köçmüşdür. Onun üç övladı olmuşdur. Təhminənin ailəsində mübahisələr olduğu üçün məhkəmə qaydasında boşanmış və onu yaşadığı evə gətirmişdir. Oğlu ev tikib ayrılmış, bundan sonra ata yurdunu qızı Təhminə Muradovaya bağışlamaq qərarına gəlmişdir. Bağışlamanın əsas səbəbi Təhminə Muradovanın ona ölənədək qulluq göstərməsi, qayğısına qalması və öləndən sonra həmin evə sahib çıxması olmuşdur. Odur ki, bu şərtlərlə 2021-ci ildə oğlunun və iki qızının iştirakı ilə evi rəsmi şəkildə qızına bağışlamışdır. Lakin evi bağışladıqdan sonra Təhminə Muradova nəinki ona qulluq, qayğı göstərməmiş, hətta söyüb, təhqir edib, küçəyə qovmuşdur. Bununla bağlı o, dəfələrlə Polis Şöbəsinə şikayət etmişdir. Təhminə Muradova barəsində inzibati protokol tərtib edilmiş və barəsində tədbir görülməsi üçün məhkəməyə gətirmişlər. Məhkəmə inzibati protokola baxmış və Təhminə Muradovanı 300 manat cərimə etmişdir. Həmin vaxtlar o, Təhminə Muradovanın ona qarşı olan nalayiq hərəkətlərinə görə Notariat Ofisinə bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin həmin ərizənin hansı qaydada həll edilməsi barədə məlumatı olmamışdır. Qanunları bilmədiyindən bununla bitdiyini hesab etmiş, bu barədə maraqlanmamışdır. Son zamanlar ona məlum olmuşdur ki, notarius həmin vaxt onun ərizəsini təmin etməmişdir. Təhminə Muradova məhkəmədə cərimə olunmasına baxmayaraq əvvəlki kimi onu dolandırmamış, evdə yaşamağa imkan verməmiş, hazırda da bu ahıl vaxtında gah qızının, gah da oğlunun evində yaşayır. Cavabdeh hazırda övladı yetkinlik yaşına çatmamış, onu nişanlamışdır. Gecə saatlarında gəlib onu narahat edir, bununla bağlı danışası olsa onu öldürəcəyi ilə hədələyir. Artıq bu hallardan bezmişdir. Cavabdeh digər bacı və qardaşını evə qoymur. Bu ahıl yaşında oğlu, qızı, nəvələri ilə münasibətdə olmasına ehtiyacı olsa da cavabdeh buna imkan vermir. Heç olmasa qalan ömrünün son illərini öz evində övladlarının əhatəsində olmasını və bİr ana kimi evinin ona qaytarılmasını xahiş edir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərdiklərinə əsasən Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-5 Reyestrli «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»yə əsasən mərhum əri X29 oglundan qalmış Tərtər rayon Sarov kəndində yerləşən fərdi yaşayış evindən 1/5 hissə ilə ona məxsus miras payını qızı Cavabdeh bagışlanılması barədə xx.xx.2021ci il tarixli miras payın bagışlanması müqaviləsinin və onun dogurdugu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh göstərmişdir ki, iddiaçı anasıdır. Onlar ailədə 3 bacı və bir qardaşdırlar. Anası bacı və qardaşlarının razılığı ilə 2021-ci ildə evi ona bağlamışdır. Bu şərtlə ki, o, ölənə qədər anasına baxıb, qulluq edəcəkdir. O, ailə qurduqdan sonra həyat yoldaşı gəlib onlarla yaşamış, lakin aralarında problemlər olduğu üçün çıxıb getmişdir. Bu səbəbdən anası ilə aralarında mübahisələr başlamışdır. Həmin gündən onların arasında mübahisə, dava-dalaş hazırki dövrə qədər davam etməkdədir. Anası ondan dəfələrlə polisə şikayət etmiş, onların işi məhkəməyə gəlmiş, məhkəmə onu 300 manat cərimə etmişdir. Həmin cəriməni ödəmişdir. Bütün bunlara baxmayaraq anası ilə aralarında olan kəskin mübahisələr davam etmiş və hazırda da davam edir. Yaşadıqları evin sənədi yoxdur. Onun evini qaytarsınlar, oğlu və gəlini gəlib onunla yaşasınlar. Buna etirazı yoxdur. Göstədiklərinə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, anası ilə onun arasında olan bağışlama müqaviləsinin əsas şərti onun anası ölənə qədər, onu saxlaması olmuşdur. Üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iştirakı olmadan işə baxılmasını və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Odur ki, məhkəmə işə üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Tərtər rayon Qaradağlı kəndində anadan olmuş və hazırda Tərtər rayon Sarov kəndində qeydiyyatdadır. İşdə olan nikah haqqında çıxarışdan görünür ki, X18 ilə, İddiaçı arasında nikah xx.xx.1984-cü ildə 01 nömrə ilə rəsmi qeydə alınmış, ərə Muradov, arvada Bilalova soyadı verilmişdir. İşdə olan JN-008F, KOD nömrəsi 61109005 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayon Aqrar islahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə Tərtər rayon Sarov kəndində yerləşən 0,22 ha həyətyahı torpaq sahəsi üzrə X18, İddiaçı, X12, X13 və X14 mülkiyyətçi kimi qeyd edilmişlər. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X18 xx.xx.2009-cu ildə ölmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, bəxşiş edən İddiaçı Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-5 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 qalmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən 1/5 hissə ilə ona məxsus miras payını vərəsə sırasında olan qızı Cavabdeh bağışlamışdır. Bağışlama miras payı DƏDRX-in Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********93-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mərhum X10 məxsus fərdi yaşayış evi üzərində mərhumun tam payı hüququna dair miras hissəsindən ibarət olmuşdur. Eləcə də o, Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-5 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 qalmış ünvan 1i ünvanında yerləşən 0,23 ha torpaq sahəsindən 1/5 hissə ilə ona məxsus miras payını vərəsə sırasında olan qızı Cavabdeh bağışlamışdır. İşdə olan xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, bəxşiş edən X2 rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-5 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 qalmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən 1/5 hissə ilə ona məxsus miras payını vərəsə sırasında olan bacısı Cavabdeh bağışlamışdır. Bağışlama miras payı DƏDRX-in Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********93- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mərhum X10 məxsus fərdi yaşayış evi üzərində mərhumun tam payı hüququna dair miras hissəsindən ibarət olmuşdur. Eləcə də o, Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-5 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 qalmış ünvan 1i ünvanında yerləşən 0,23 ha torpaq sahəsindən 1/5 hissə ilə ona məxsus miras payını vərəsə sırasında olan bacısı Cavabdeh bağışlamışdır. İşdə olan xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, bəxşiş edən X1 rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-5 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 qalmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən 1/5 hissə ilə ona məxsus miras payını vərəsə sırasında olan bacısı Cavabdeh bağışlamışdır. Bağışlama miras payı DƏDRX-in Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********93- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mərhum X10 məxsus fərdi yaşayış evi üzərində mərhumun tam payı hüququna dair miras hissəsindən ibarət olmuşdur. Eləcə də o, Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-5 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 qalmış ünvan 1i ünvanında yerləşən 0,23 ha torpaq sahəsindən 1/5 hissə ilə ona məxsus miras payını vərəsə sırasında olan bacısı Cavabdeh bağışlamışdır. İşdə olan xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, bəxşişi edən X3 rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-5 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 qalmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən 1/5 hissə ilə ona məxsus miras payını vərəsə sırasında olan bacısı Cavabdeh bağışlamışdır. Bağışlama miras payı DƏDRX-in Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********93- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mərhum X10 məxsus fərdi yaşayış evi üzərində mərhumun tam payı hüququna dair miras hissəsindən ibarət olmuşdur. Eləcə də o, Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-5 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 qalmış ünvan 1i ünvanında yerləşən 0,23 ha torpaq sahəsindən 1/5 hissə ilə ona məxsus miras payını vərəsə sırasında olan bacısı Cavabdeh bağışlamışdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirndən çıxarışın sənədinin surətindən görünür ki, Tərtər rayon Sarov kəndində yerləşən 0,23 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 144,21 kv.metr olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə Cavabdeh adına sənədləşdirilmişdir. İşdə olan **********93-10301 reyestr nömrə ilə qeydə alınmış, xx.xx.2021-ci il tarixdə verilmiş texniki pasportun surətindən görünür ki, həmin sənəd Tərtər rayonu Sarov kəndində yerləşən fərdi yaşayış evinə görə Cavabdeh adına verilmişdir. İşdə olan ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı Notariat ofisinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli **********948saylı ərizənin surətindən görünür ki, İddiaçı qızı X8 bağışladığı ev, torpaq və ya nə varsa geri götürdüyünü və bu barədə müvafiq sənədləşmə aparılmasını xahiş etmişdir. İşdə olan Tərtər rayon Xüsusi Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair qərarın surətindən görünür ki, vətəndaş İddiaçı bağışlama müqaviləsinin ləğv edilməsi üçün yeni müqavilənin bağlanması və onun təsdiqi notariat hərəkətindən imtina edilmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(061)-669/2021 nömrəli qərarın surətindən görünür ki, X16 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X6 xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanladığı ərizədən ğörünür ki, o, anası İddiaçı mülkiyyətində olan ata mirasını bacısı X9 bağışlamasına razılıq vermişdir. Razılığının səbəbi Təhminənin anasına ahıl yaşında olduğu üçün ona baxması və bununla da mülkə sahib çıxması olmuşdur. Lakin mülkü bağışladıqan sonra bacısı X14 anasını döyərək evdən çıxarmışdır. Dəfələrlə polisə müraciət etsələr də heç bir faydası olmamışdır. Odur ki, anasının bağışlanmasının ləğv edilməsi barədə məhkəməyə yazdığı ərizəsinə etiraz etmədiyini və təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X4 xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanladığı ərizədən ğörünür ki, o, anası İddiaçı mülkiyyətində olan ata mirasını bacısı X9 bağışlamasına razılıq vermişdir. Razılığının səbəbi Təhminənin anasına ahıl yaşında olduğu üçün ona baxması və bununla da mülkə sahib çıxması olmuşdur. Lakin mülkü bağışladıqan sonra bacısı X14 anasını döyərək evdən çıxarmışdır. Dəfələrlə polisə müraciət etsələr də heç bir faydası olmamışdır. Odur ki, anasının bağışlanmasının ləğv edilməsi barədə məhkəməyə yazdığı ərizəsinə etiraz tmədiyini və təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X7 xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanladığı ərizədən ğörünür ki, o, anası İddiaçı mülkiyyətində olan ata mirasını bacısı X9 bağışlamasına razılıq vermişdir. Razılığının səbəbi Təhminənin anasına ahıl yaşında olduğu üçün ona baxması və bununla da mülkə sahib çıxması olmuşdur. Lakin mülkü bağışladıqan sonra bacısı X14 anasını döyərək evdən çıxarmışdır. Dəfələrlə polisə müraciət etsələr də heç bir faydası olmamışdır. Odur ki, anasının bağışlanmasının ləğv edilməsi barədə barədə məhkəməyə yazdığı ərizəsinə etiraz etmədiyini və təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçını, cavabdehi dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, hər iki tərəfin qeyd etdiyi kimi, həqiqətən Notariat Ofisində İddiaçı xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi ilə Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-5 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 qalmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən 1/5 hissə ilə ona məxsus miras payını vərəsə sırasında olan qızı Cavabdeh bağışlamışdır. Bağışlama miras payı DƏDRX-in Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********93-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mərhum X10 məxsus fərdi yaşayış evi üzərində mərhumun tam payı hüququna dair miras hissəsindən ibarət olmuşdur. Eləcə də o, Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-5 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 qalmış ünvan 1i ünvanında yerləşən 0,23 ha torpaq sahəsindən 1/5 hissə ilə ona məxsus miras payını vərəsə sırasında olan qızı Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsi hır iki tərəfdən imzalanmışdır. Eləcə də digər vərəsələr də eyni qaydada paylarını bacıları Cavabdeh bağışlamışlar. Bu hal məhkəmə iclasında elan edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, o, 1983-cü ildə Tərtər rayon Sarov kənd sakini X29 oglu ilə ailə quraraq Tərtər rayon Sarov kəndinə köçmüş, həmin nikahdan 4 övladı olmuş, övladları ailə qurmuş, sonuncu övladı Təhminə Muradova 2006-cı ildə ailə qurmuş və Tərtər rayon Kəbirli kəndinə köçmüş, onun üç övladı olmuşdur. Təhminənin ailəsində mübahisələr olduğu üçün məhkəmə qaydasında boşanmış və onu yaşadığı evə gətirmiş, oğlu ev tikib ayrılmış, bundan sonra ata yurdunu qızı Təhminə Muradovaya bağışlamaq qərarına gəlmiş, bağışlamanın əsas səbəbi Təhminə Muradovanın ona ölənədək qulluq göstərməsi, qayğısına qalması və öləndən sonra həmin evə sahib çıxması olmuşdur. Odur ki, bu şərtlərlə 2021-ci ildə oğlunun və iki qızının iştirakı ilə evi rəsmi şəkildə qızına bağışlamış, lakin evi bağışladıqdan sonra Cavabdeh aralarında olan razılaşmaya əməl etməmiş, nəinki ona qulluq, qayğı göstərmiş, hətta söyüb, təhqir edib, küçəyə qovmuş, bununla bağlı o, dəfələrlə Polis Şöbəsinə şikayət etmiş, Cavabdeh barəsində inzibati protokol tərtib edilmiş və onu barəsində tədbir görülməsi üçün məhkəməyə gətirmişlər. Məhkəmə inzibati protokola baxmış və Cavabdeh nı 300 manat cərimə etmişdir. Həmin vaxtlar o, Təhminə Muradovanın ona qarşı olan nalayiq hərəkətlərinə görə Notariat Ofisinə bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin həmin ərizzənin hansı qaydada həll edilməsi barədə məlumatı olmamış, Qanunları bilmədiyindən bununla bitdiyini hesab etmiş, bu barədə maraqlanmamışdır. Son zamanlar ona məlum olmuşdur ki, notarius həmin vaxt onun ərizəsini təmin etməmişdir. Cavabdeh məhkəmədə cərimə olunmasına baxmayaraq əvvəlki kimi onu dolandırmamış, evdə yaşamağa imkan vermməmiş, hazırda da bu ahıl vaxtında gah qızının, gah da oğlunun evində yaşadığını bildirmişdir. Beləliklə Cavabdeh miras mülkü ona bağışlayan zaman ölənədək ona baxacağına söz verib, həmin şərtə əməl etmədiyini üçün bağışlama müqaviləsinin və onun doğurduğu sənədlərin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiasının əsaslı olduğunu və təmin ediməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh göstərmişdir ki, həqiqətən anası miras qalmış daşınmaz əmlakın ona aid olan hissəsini ona bağışlamışdır. Bağışlama müqaviləsinin şərti kimi o, anasına ölənədək baxacağını aralarında razılaşmışlar. Lakin bağışlama müqaviləsindən az bir müddət sonra anası ilə mübahisələri başlamış, anası ondan dəfələrlə polis şöbəsinə şikayət vermiş, barəsində inzibati protokol tərtib edilmiş və məhkəmə onu 300 manat cərimə etmişdir. Həmin cəriməni ödəmişdir. Hazırda da anası ilə aralarında mübahisə davam etməkdədir. İddianı qəbul etmədiyini və rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi mübahəsəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüquqi ilə məhdudlaşmamışdır. Həmin əmlaka dair mülkiyyət hüququ tam olaraq əvvəl Gündüz Muradovun, sonra isə bağışlama müqaviləsi ilə Cavabdeh adına sənədləşdirilmişdir. Bağışlama müqaviləsində göstərilməməsinə baxmayaraq, bağışlama müqaviləsinin şərti hər iki tərəfin məhkəmə iclasında təsdiq etdiyi kimi cavabdehin ölənədək iddiaçıya qayğı göstərib onu saxlamasını üzərinə öhdəlik kimi götürməsi olmuşdur. Lakin bağışlama müqaviləsi bağlandıqdan təqribən 6 ay keçmiş, iddiaçı cababdehin ona qarşı törətdiyi qanunsuz hərəkətlərinə görə xx.xx.2021-ci il tarixdə Notarit Ofisinə ərizə ilə rəsmi qaydada müraciət edərək bağılmanın ləğv edilməsini xahiş etmişdir. Notariat Ofisi xx.xx.2021-ci il tarixli qərarı ilə heç bir əsaslı səbəb göstərmədən, ətraflı araşdırma aparmadan, yalnız qanunun müddəalarını göstərməklə iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Həmin qərarın iddiaçıya göndərilməsi və ondan şikayət verməsi təmin edilməmiş və mülki iş üzrə üçüncü şəxs olan Notariat Ofisi bununla bağlı hər hansı bir sənədi məhkəməyə təqdim eməmişdir. Halbu ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Notariat Ofisinə müraciət etmişdir. Notarius vətəndaşın ərizəsini nəzərə alaraq vaxtında verilmiş ərizənin təmin edilməklə qərar qəbul etmək əvəzinə, heç bir araşdırma aparmadan iddiaçın ərizəsini təmin etməmiş və bununla da iddiaçının qanunla qorunan hüquqlarını məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər . Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 389.2-ci maddəsində göstərilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İş materiallarından aydın olur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq bağışlama müqaviləsi üzrə hədiyyə edən İddiaçı qızı Cavabdeh miras əmlakı aralarında olan razılaşmaya görə ölənədək ona baxacağı şərti ilə ona bağışlamışdır. Həmin Məcəllənin 666.2-ci maddəsinin mənasına görə bağışlama predmeti mülki dövriyyədə olan istənilən əşyalar ola bilər. Qeyd olunan Məcəllənin 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 669-cu maddəsinə görə nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə görə bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; https://eqanun.az/framework/56801 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Məhkəmədə elan edilmiş iddiaçının Notariat Ofisinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizəsi ilə bağışlama müqaviləsi ilə verdiyi daşınmaz əmlakı geri götürdüyünü və bu barədə müvafiq sənədləşmələrin aparılmasını xahiş etmişdir. Eləc də Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə ilə nəzərdə tutulan inzabati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. Bütün bunlar onu sübut edir ki, iddiaçı 1 il keçməmiş cavabdehin ona qarşı etdiyi qanunsuz hərəktlərinə görə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Notariat ofisinə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı digər vərəsələr də məhkəməyə təqdim etdikləri ərizələrində, iddiaçının miras payını cavabdehə ona ölənədək baxmaq şərti ilə bağışladığını bildirmiş və analarının ərizəsinin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun Qərarının və MM-nin 670.3-cü maddəsinin mahiyyəti hədiyyə verənin və onun vərəsələrinin bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı üçün iddia vermək hüququnu nəzərdə tutur. Yuxarıda qeyd edildiyi kimi Mülki Məcəllənin 668.1.1-ci maddəsinə görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə o etibarlı sayılır. Həmin Məcəllənin 673.3-cü maddfəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı xx.xx.2021-ci ildə, yəni 1 il müddət keçməmiş bağışlama müqavilənin ləğv edilməsi tələbi ilə notariusa müraciət etmişdir. Bu da iddiaçının bağışlama müqaviləsindən imtina etməsi üçün müddətin ötürmədiyinə dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq iddia tələblərinin hüquqi əsaslarını məhkəmə zamanı sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarına, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-5 Reyestrli «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»yə əsasən mərhum əri X29 oglundan qalmış Tərtər rayon Sarov kəndində yerləşən fərdi yaşayış evindən 1/5 hissə ilə ona məxsus miras payını qızı Cavabdeh bagışlanılması barədə xx.xx.2021-ci il tarixli miras payın bagışlanması müqaviləsi və onun dogurdugu bütün hüquqi nəticələr etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 227, 357- 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Tərtər rayon Dövlət Notariat Ofisindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-5 Reyestrli «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»yə əsasən mərhum əri X29 oglundan qalmış Tərtər rayon Sarov kəndində yerləşən fərdi yaşayış evindən 1/5 hissə ilə ona məxsus miras payını qızı Cavabdeh bagışlanılması barədə xx.xx.2021-ci il tarixli miras payın bagışlanması müqaviləsi və onun dogurdugu bütün hüquqi nəticələr etibarsız hesab edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar