Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-665/2025 05.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçının nümayəndəsi – Vəkil Cavabdeh və onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 05 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladı xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 246 manat, digər övladının dünyaya gələnə kimi özünün saxalanması üçün 150 manat, övladı dünyaya gəldikdən sonra övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 246 manat və övladlarının 3 yaşı olanadək özünün saxalanması üçün 200 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi - Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər 2022-ci ildə ailə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2023cü il tarixdə rəsmiləşdirməmişlər. Tərəflərin ümumi evliliyindən bir uşaqları - xx.xx.2023-cü il təvəllüdlü X6 doğulmuşdur. İddiaçı hazırda 06 aylıq hamilədir. Münasibətləri alınmadığı üçün iddiaçı cavabdehdən ayrılaraq hazırda öz ata evində yaşayır. Cavabdeh iddiaçıya hər hansı bir maddi köməklik göstərmir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə 2022-ci ildə ailə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmiləşdirməmişlər. Ümumi evliliklərindən bir uşaqları - xx.xx.2023-cü il təvəllüdlü X6 doğulmuşdur. İddiaçı hazırda hamilədir. Münasibətləri alınmadığı üçün iddiaçı ondan ayrılaraq hazırda öz ata evində yaşayır. Özü heç bir yerdə işləmir. Maddi imkanı yoxdur. X7 üçün 100-120 manat aliment ödəyə bilər. Qalan hissədə isə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 Cavabdeh izahatına uyğun izahat vermişdir. İşdə olan 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X2 arasında xx.xx.2023-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 450 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Muxtarov, arvada Muxtarova soyadı verilmişdir. İşdə olan 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə evliliklərindən xx.xx.2023-cü il təvəllüdlü X6 doğulmuşdur. İşdə olan Ağdam 2 saylı Mediasiya Təşkilatının mediatoru Aqil Səfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, X2 məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İşdə olan “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görüünür ki, X2 19-20 həftəlik hamilədir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı proses icştirakçılarının izahatlarından, tədqiq edilən iş materiallarından müəyyən olunmuşdur ki, tərəflər 2022-ci ildə ailə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmiləşdirməmişlər. Tərəflərin ümumi evliliyindən bir uşaqları - xx.xx.2023-cü il təvəllüdlü X6 doğulmuşdur. İddiaçı hazırda 06 aylıq hamilədir. Münasibətləri alınmadığı üçün iddiaçı cavabdehdən ayrılaraq hazırda öz ata evində yaşayır. Cavabdeh iddiaçıya hər hansı bir maddi köməklik göstərmir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, xx.xx.2023-cü il təvəllüdlü X4 görə hər ay 100-120 manat aliment ödəməyə razı olduğunu bildirmiş, qalan hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Malinin Rusiyaya qarşı” iş üzrə 12 dekabr 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valindeyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən aslı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Məhkəmə yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını əlaqəli şəkildə rəhbər tutaraq, məhkəmə iclasında müəyyən olunmuş tərəflərə aid diqqətəlayiq halları - uşağın 02 yaşda olmasını, iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini, cavabdehin geniş maddi imkana malik olmamasını (hər bir halda iddiaçı cavabdehin geniş maddi imkana malik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir) nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X4 görə tutulmalı olan alimentin miqdarı müəyyənləşdirilərkən hər bir halda uşağın yüksək maraqları üstün tutulmalı və iddia həmin hissədə qismən təmin edilərək, cavabdehdən uşağa görə 200 manat, yəni hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,50 mislinə miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə uşağın -xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək iddiaçının (ananın) özünə görə aliment tutulması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, həmin hissədə də iddia tələbinin həm faktiki, həm də qanuni əsası vardır. Belə ki, tərəflərin birgə nikahından doğulan X6 xx.xx.2023-cü il təvəllüdlü olmaqla hələki üç yaşına çatmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələrinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkmə qaydasında zəruri vəsaitə malik keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə uşağın - X1 olmaqla daima ana nəvazişi və diqqətinə möhtac olmasını nəzərə hesab edir ki, onun normal inkişafının təmin edilməsi üçün həmçinin X3 üç yaşına çatanadək ananın (iddiaçının) özünün saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə ananın özünə görə aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin uşağın üç yaşına çatanadək iddiaçının (ananın) özünə görə tutulmalı olan alimentin miqdarı məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, məsələnin həlli zamanı yuxarıda qeyd olunan diqqətəlayiq hallar nəzərə alınmaqla həmin hissədə də iddia qismən təmin edilməli və cavabdehdən 50 manat, yəni hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,125 mislinə miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “digər övladının dünyaya gələnə kimi iddiaçının özünün saxalanması üçün 150 manat, övladı dünyaya gəldikdən sonra övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 246 manat alimentin tutulması” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, hələ doğulmamış (ana bətnində olan) uşağa görə, yəni gələcəkdə baş verə biləcək hala görə alimentin tutulması əsassız və qanunsuz olar. Eləcə də məhkəmə hesab edir ki, cavabdehin geniş maddi imkana malik olmamasına rəğmən ilk uşağın - X3 üç yaşına çatanadək ananın (iddiaçının) özünün saxlanması üçün cavabdehdən alimentin tutulması halında əlavə də hamiləliyə görə də ana üçün alimentin tutulması məntiqli və əsaslı olmaz. İlk uşağın - X3 üç yaşına çatanadək ananın (iddiaçının) özünün saxlanması üçün cavabdehdən alimentin tutulması elə qalan hamiləlik dövrünü də əhatə edir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimim əmək haqqının 0,50 misli miqdarında, xx.xx.2023-cü il təvəllüdlü X3 03 yaşına çatanadək ananın (iddiaçının) özünün saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimim əmək haqqının 0,125 misli miqdarında aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.
Məhkəmə qərarları › İş №2(061)-665/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-665/2025
05.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver