Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-684/2025 02.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi ilə bağlı dəqiqləşdirmə ərizəsi verərək Cavabdeh qarşı cavabdehdən birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay həy uşağa görə 100 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə ailə quraraq nikahları Abşeron rayon Qeydiyyat Şöbəsində 369 sayla qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X5, xx.xx.2014-cü il tarixdə X7 adlı övladları olmuşdur. Bir müddət cavabdehlə mehriban yaşamışlar. Bir müddət sonra aralarında narazılıqlar yaranmış, mabahisələr başlamışdır. 2018-ci il tarixdə uşaqlarını götürüb valideynlərinin yanına gəlmişdir. Nikahları Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(061)-1045/2018 saylı qətnaməsinə əsasən nikahları ləğv edilmiş və uşaqlar onun himayəsində qalmışdır. Uşaqların saxlanılması üçün aliment tələb etməmişdir, belə ki, cavabdeh uşaqların bütün ehtiyaclarını ödəmişdir. Bir müddət keçdikdən sonra cavabdehlə barışmışlar. Onların xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Ömər adlı uşaq anadan olduqdan sonra cavabdeh onları qoyub getmişdir. Əvvəl hazırki tələb ilə mediasiya şurasına müraciət etmiş, cavabvdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, özü isə həmin vaxt 55 manat mediasiya xidmət haqqını ödəmişdir. Sonradan isə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehə məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş SMS bilbirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə yaşadıqları dövrdə xx.xx.2012-ci il tarixdə X5, xx.xx.2014-cü il tarixdə X7 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2023-cü il tarixdə X6 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuşTərtər Rayon Məhkəməsinin 2(061)-1045/2018-ci il tarixli xx.xx.2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci ildə Abşeron rayon Qeydiyyat Şöbəsində 369 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulmuş, tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2012-ci il tarixdə X5, xx.xx.2014-cü il tarixdə X7 adlı uşaqları anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Məhkəmədə elan olunmuş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı atalığın müəyyən edilməsi və aliment tələbi ilə ilkin mediasiya şurasına müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 09:00-da ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında olan mübahisələrə görə ayrılmış, ər-arvad münasibətləri pozulmuşdur. Onların birlikdə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2012-ci il tarixdə X5, xx.xx.2014-cü il tarixdə X7 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqları iddiaçının yanında qalmışdır. Uşaqların gündəlik tələbatları artdığından iddiaçı onları saxlamaqda çətinlik çəkir, tələbatlarını ödəyə bilmir. Bu səbəbdən məhkəməyə hazırki iddia ilə müraciət etməyə məcbur olmuşdur. Ona görə də iddia qismən təmin olunmalı və xx.xx.2012-ci il tarixdə X5, xx.xx.2014-cü il tarixdə X7 uşaqların saxlanması üçün aliment təyin edilməlidir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2023-cü il tarixdə X6 adlı uşaqları olmuşdur. Göründüyü kimi uşağın atalığı müəyyən edilməmiş, sənəddə ata qrafasında soyad ananın soyadı kimi, Kamranzadə olaraq qeyd edilmişdir. Eləcə də iddiaçı ilkin mediasiya sessiyasına atalığın müəyyən edilməsi və aliment tələbi ilə bağlı müraciət etsə də məhkəmədə yalnız aliment tələbi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşağın atalıq faktı müəyyən edildikdən sonra iddiaçının onun saxlanması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməsi məqsədəmüvafiqdir. Lakin hazırki vəziyyətdə məhkəmə iddianın xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşağın saxlanması üçün alimentin təyin edilməsini mümkün hesab etməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahıüçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı iddiası xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezientinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 (dörd yüz) manat hədində müəyyən edilmişdir. “Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə hesab edir ki, cavabdeh X4 bir il ərzində tutulacaq alimentin miqdarı 1000 manatdan yuxarı, yəni illik 2400 manat olduğuna görə, sonuncudan dövlət rüsumu olaraq 44 (qırx dörd) manat alınaraq dövlət nəfinə verilməlidir. İş materiallarını, iddiaçının izahatını və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,25 misli həddində sabit pul məbləğində aliment alınsın İddiaçı xeyrinə verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,25 misli həddində sabit pul məbləğində aliment alınsın İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması dərhal icra edilsin. Cavabdeh dövlət rüsumu olaraq 44 (qırx dörd) manat alınaraq dövlət nəfinə ödənilsin. İddiaçı Mediasiya sesiyyasında ödədiyi 55 (əlli beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-684/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-684/2025
02.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver