Məhkəmə qərarları › İş №2(061)-689/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-689/2025

06.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-689/2025 06.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkalətli nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin aaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən hal-hazırda Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 2(061)-174/2024 saylı qətnaməsinə əsasən cavabdehin xeyrinə tutulan alimentin məbləğinin azaldılması, ondan Cavabdeh xeyrinə xx.xx.2022-ci ildə anadan olmuş X1 üçün əmək haqqının ¼ hissəsi miqdarında alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə aralarında olan mübahisələrə görə ayrı yaşayırlar. Birgə yaşadıqları dövrdə xx.xx.2022-ci ildə anadan olmuş X10 cavabdehin himayəsində qalmışdır. Tərtər Rayon Məhkəməsinin 2(061)-174/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə nikahları pozulmuş, bir uşaq cavabdehin himayəsində saxlanılmış, xx.xx.2022-ci ildə anadan olmuş X1 üçün hər ay 200 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Təyin edilmiş həmin məbləğdə alimenti çətinliklə ödəyir. İİİ qrup əlildir. Xəstəliyə görə 150 manat pensiya alır. Tərtər rayon “DOST” Mərkəzində fəhlə işləyir. Aylıq əmək haqqı 378 manat təşkil edir. Aldığı pensiya və əmək haqqı pulları ancaq onun müalicəsinə və dərmanlarına xərclənir. Ondan tutulan alimentin ümumi miqdarı onun qazancının ¼ hissəsindən artıq təşkil edir. O, hazırki tələblə bağlı mediasiya sessiyasına müraciət etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsə də, onlar prosesin davam etdirilməsi ilə bağlı razılığa gələ bilməmişlər. Odur ki, məhkəmədə hazırki iddianı qaldırmışdır. İddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh vəkalətli nümayəndəsi X9 məhkəmə iclası zamanı iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Cavabdeh onun qızıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, ona etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. İddiaçı ilə Cavabdeh arasında olan mübahisələrə görə onların nikahları məhkəmə qaydasında pozulmuşdur. Onların birgə yaşadıqları dövrdə xx.xx.2022-ci ildə anadan olmuş X10 adlı uşaqları cavabdehin himayəsində qalmışdır. Tərtər Rayon Məhkəməsinin 2(061)-174/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə nikahları pozulmuş, bir uşaq Cavabdeh himayəsində saxlanılmış, xx.xx.2022-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Təyin edilmiş həmin məbləğdə alimentlə uşağı saxlamaqda çətinlik çəkirlər. Belə ki, Nazlı 3 yaşında olmaqla xəstədir. Onu mütəmadi olaraq müalicəyə ehtiyacı vardır. Bu məqsədlə xeyli dərman vasitələrindən istifadə edirlər. Buna görə də xeyli məbləğdə pul xərclənir. İddiaçı isə aylıq ödədiyi aliment məbləğində əlavə maddi köməklik etmir. Cavabdeh isə uşağa görə heç bir yerdə işləyə bilmir. Göstərdiklərinə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AR-İİİ № 574810 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh anası X6 etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. İşdə olan doğum haqqında arayışın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə yaşadıqları dövrdə xx.xx.2022-ci ildə X10 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ № 425991 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə Cavabdeh doğulmuş X4 atası hesab edilmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-174/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 ilə cavabdeh İddiaçı arasında Tərtər rayon Qeydiyyat Şöbəsində xx.xx.2023-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Tərəflərin birgə yaşadıqları dövrdə olmuş xx.xx.2022-ci ildə X10 adlı uşaqları iddiaçı X2 yanında saxlanılmışdır. Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə alimentin azaldılması ilə bağlı müraciət etmişdir. Tərəflərə göndərilən bildirişlər onlara xx.xx.2025-ci il tarixdə Hər iki tərəf ilkin mediasiya sesiyasında iştirak etmiş, lakin onlar ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi ilə bağlı razılığa gəlməmişlər. İddiaçı 55 manat mediasiya xərcini ödəmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, İddiaçı gözdən İİİ qrup əlildir. Görmə itiliyi tələb olunmayan işlərdə işləyə biləcəyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin vəkalətli nümayəndəsinin məhkəməyə təqdim etdiyi tövsiyyə vərəqələrinin surətlərindən görünür ki, xx.xx.2022-ci ildə X10 adlı uşağın adı göstərilməklə müxtəlif vaxtlarda təyin edilmiş dərman vasitələri alınmışdır. Məhkəmə iddiaçının, cavabdehin vəkalətili nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında olan mübahisələrə görə ayrılmış, ər-arvad münasibətləri pozulmuşdur. Onların nikahları məhkəımə qaydasında pozulmuş, xx.xx.2022-ci təvəllüdlü X7 yanında saxlanılmı, onun yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı izahatında Cavabdeh ilə aralarında olan mübahisələrə görə ayrı yaşadıqlarını, birgə yaşadıqları dövrdə xx.xx.2022-ci ildə anadan olmuş X10 cavabdehin himayəsində qaldığını, Tərtər Rayon Məhkəməsinin 2(061)-174/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə nikahları pozulduğunu, bir uşaq cavabdehin himayəsində saxlanıldığını, xx.xx.2022-ci ildə anadan olmuş X1 üçün hər ay 200 manat sabit pul məbləğində aliment təyin edildiyini, təyin edilmiş həmin məbləğdə alimenti çətinliklə ödədiyini, İİİ qrup əlil olduğunu, xəstəliyə görə 150 manat pensiya aldığını, Tərtər rayon “DOST” Mərkəzində fəhlə işləyir. Aylıq əmək haqqı 378 manat təşkil etdiyini, aldığı pensiya və əmək haqqı pulları ancaq onun müalicəsinə və dərmanlarına xərcləndiyini, ondan tutulan alimentin ümumi miqdarı onun qazancının ¼ hissəsindən artıq olduğunu, odur ki, alimentin miqdarının azaldılması və alimentin əmək haqqının 1/4 hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir. Eləcə də məhkəmə iclasında izahat vermiş cavabdehin vəkalətli nümayəndəsi Validə Bəyalıyeva iddiaçı ilə cavabdeh arasında olan mübahisələrə görə onların nikahlarının məhkəmə qaydasında pozulduğunu, onların birgə yaşadıqları dövrdə xx.xx.2022-ci ildə anadan olmuş X10 adlı uşaqları cavabdehin himayəsində qaldığını, Tərtər Rayon Məhkəməsinin 2(061)-174/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə nikahları pozulduğunu, uşaq Cavabdeh himayəsində saxlanıldığını, xx.xx.2022-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində aliment təyin edildiyini, təyin edilmiş həmin məbləğdə alimentlə uşağı saxlamaqda çətinlik çəkdiklərini, belə ki, Nazlının 3 yaşında olmaqla xəstə olduğunu, onun mütəmadi olaraq müalicəyə ehtiyacı olduğunu, bu məqsədlə xeyli dərman vasitələrindən istifadə etdiklərini, buna görə də xeyli məbləğdə pul xərcləndiyini, iddiaçı isə aylıq ödədiyi aliment məbləğindən əlavə maddi köməklik etmədiyini, cavabdehin isə uşağa görə heç bir yerdə işləyə bilmədiyini göstətmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının azaldılaraq hər ay bir uşağa görə iddiaçının əmək haqqının ¼ hissəsi miqdarında müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlmir. Belə ki, azyaşlı uşaq ananın yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Bununla yanaşı uşaq xəstədir, belə ki, iş materiallarına əlavə edilmiş tövsiyyə vərəqələrində görünür ki, uşağın müalicəsi üçün müxtəlif vaxtlarda dərman vasitələri alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın maraq və mənafeyini, iddiaçının himayəsində yaşamasını, normal inkişafını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə normal miqdardadır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin azaldılması, yəni onun aylıq əmək haqqının ¼ hissəsi miqdarında müəyyən edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmədə elan olunmuş Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, İddiaçı gözdən İİİ qrup əlil olsa da, onun görmə itiliyi tələb olunmayan işlərdə işləyə biləcəyi qeyd edilmişdir. Eləcə də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay bir uşağa görə 200 manat sabit pul məbləği həddində müəyyən ödənilən alimentin miqdarının azaldılaraq iddiaçının aylıq əmək haqqının ¼ hissəsinə yönəldilməsi məqsədəmüvafiq hesab edilmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay 200 manat sabit pul məbləğində ödənilməsi azyaşlı uşağın mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və cavabdehin himayəsində yaşamalarını, iddiaçının maddi və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq hesab edir ki, iddiaçıdan hər ay bir uşağa görə tutulan 200 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq iddiaçının aylıq əmək haqqının ¼ hissəsi miqdarında müəyyən edilməsi azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlmir, habelə cavabdehi əlverişsiz vəziyyətə salır. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 2(061)-174/2024 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin azaldılması, Cavabdeh xeyrinə xx.xx.2022-ci ildə anadan olmuş X1 üçün əmək haqqının ¼ hissəsi miqdarında alimentin təyin edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 2(061)-174/2024 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin azaldılması, Cavabdeh xeyrinə xx.xx.2022-ci ildə anadan olmuş X1 üçün əmək haqqının ¼ hissəsi miqdarında alimentin təyin edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar