Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-848/2025 12.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən övladının xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, mərhum qızı X4 ilə Cavabdeh el adəti üzrə ailə qurmuşlar. Nikahları rəsmi qeydiyyata alınmışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X12 adlı uşaqları olmuşdur. Aralarında olan narazılıqlara görə nikahları xx.xx.2022-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh xx.xx.2023-cü ildə Pərvanə Məhərrəmovanı qətlə yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(102)-1420/2024 nömrəli hökmü ilə Cavabdeh 17 il, 07 ay, 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Bundan sonra o, ərizə ilə Tərtər rayonu İcra Hakimiyyətinə müraciət edib, mərhum qızının uşaqlarına himayəçi təyin edilməsini xahiş etmişdir. Tərtər rayonu İcra Hakimiyyəti başçısının 123 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamı ilə onun ərizəsi nəzərə alınmış, o, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9 himayəçi təyin edilmişdir. Maddi vəziyyəti ağırdır, uşağın gündəlik tələbatlarını çətinliklə ödəyir. Uşağı saxlamaqda çətinlik çəkir. xx.xx.2006-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatmışdır. O, əvvəlcə aliment tələbi ilə bağlı Mediasiya Şutasına müraciət etmiş, lakin cavabdeh həmin prosesdə iştirak etməmişdir. Həmin vaxt 55 manat mediasiya xitmət haqqını ödəmişdir. Göstərdiklərinə əsasən Cavabdeh övladının xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh cəza çəkdiyi 11 saylı cəza çəkmə müəssisəsinə məhkəmə bildirişi və iddia ərizəsi məlumat üçün göndərilmiş, lakin cavabdehin fikirləri ilə bağlı izahatı alınıb məhkəyə göndərilməmişdir. Belə olan halda məhkəmə uşağın maraq və mənafeyini və işin baxılma müddətini nəzərə alaraq Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmədə elan olunmuş Tərtər Rayon İHB-nın Azad Qaraqoyunlu kənd İƏD-i üzrə nümayəndəliyinin verdiyi 154 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər Rayon Aşağı Qapanlı kəndində yaşayır. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikah dövründə xx.xx.2008-ci il təvəllüdlü X13 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-2719/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Tərtər Rayon Məhkəməsinin 17.08. 022-ci il tarixli, 2(061)-567/2022 nömrəli qətnaməsi alimentin məbləği ilə bağlı hissədə dəyişdirilmiş, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X12 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Məhkəmədə elan olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahları xx.xx.2022-ci il tarixdə xitam verilmiş, qadına Məhərrəmova soyadı verilmişdir. Məhkəmədə elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə vəfat etmişdir. Məhkəmədə elan olunmuş Tərtər Rayonu İcra Hakimiyyəti başçısının 123 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamı ilə İddiaçı ərizəsi nəzərə alınmış, İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9 himayəçi təyin edilmişdir. Məhkəmədə elan olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı aliment tələbi ilə ilkin mediasiya şurasına müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 10:00-da ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddaçının qızı X4 ilə Cavabdeh el adəti üzrə ailə qurmuşlar. Nikahları rəsmi qeydiyyata alınmışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X12 adlı uşaqları olmuşdur. Aralarında olan narazılıqlara görə nikahları xx.xx.2022-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh xx.xx.2023-cü ildə Pərvanə Məhərrəmovanı qətlə yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(102)-1420/2024 nömrəli hökmü ilə Cavabdeh 17 il, 07 ay, 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Bundan sonra o, ərizə ilə Tərtər rayonu İcra Hakimiyyətinə müraciət edib, mərhum qızının uşaqlarına himayəçi təyin edilməsini xahiş etmişdir. Tərtər Rayonu İcra Hakimiyyəti başçısının 123 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamı ilə onun ərizəsi nəzərə alınmış, o, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X10 himayəçi təyin edilmişdir. Maddi vəziyyəti ağırdır, uşağın gündəlik tələbatlarını çətinliklə ödəyir. Uşağı saxlamaqda çətinlik çəkir. xx.xx.2006-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatmışdır. Tərəflərin birlikdə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X13 adlı uşaqları iddiaçının yanında qalmışdır. Uşağın gündəlik tələbatları artdığından iddiaçı onu saxlamaqda çətinlik çəkir, tələbatlarını ödəyə bilmir. İddiaçının aliment tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda aliment alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Belə ki, iddiaçı cavabdehin yüksək aylıq qazancının olması barədə hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Eləcə də cavabdeh 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Ona görə də iddia qismən təmin olunmalı və uşağın maraq və mənafeyi nəzərə aınaraq onun saxlanması üçün aliment təyin edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahıüçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı iddiası xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmçinin 14 yanvar 2025-ci il tarixdə Azərbaycan Respubikası Ali Məhkəməsi tərəfindən rayon (şəhər) məhkəmələrinə göndərilimiş məktubda qeyd olunmuşdur ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə hesab edir ki, cavabdeh X3 bir il ərzində tutulacaq alimentin miqdarı 1000 manatdan yuxarı, yəni illik (400 x 0,25=100 x 12 ay = 1200) ümumilikdə 1200 manat olduğuna görə, sonuncudan dövlət rüsumu olaraq 32 (otuz iki) manat alınaraq dövlət nəfinə verilməlidir. İş materiallarını, iddiaçının izahatını və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması dərhal icra edilsin. Cavabdeh dövlət rüsumu olaraq 32 (otuz iki) manat alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-848/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-848/2025
12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver