Məhkəmə qərarları › İş №2(061)-883/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-883/2025

21.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-883/2025 21.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 246 manat olmaqla, ümumilikdə 744 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi ilə bağlı dəqiqləşdirmə ərizəsi verərək Cavabdeh qarşı cavabdehdən birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh qızı X8 ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Aralarında olan münasibətlər pisləşdiyindən nikahları məhkəmə qaydasında pozulmuş və 3 uşaq onun yanında saxlanılmışdır. Həmidə Muradovadan hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 360 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməsə də, kassasiya şikayəti təmin edilmiş və qətnamənin alimentə dair hissəsində Həmidə Muradova “Rekurrent-depresiv pozuntu formasında xroniki psixi pozuntu” xəstəliyindən əzab çəkdiyindən ləğv edilmişdir. Özü şəkərli diabet xəstəliyindən əziyyət çəkir, 3 uşaqı saxlamaqda maddi imkanı çıtmır. Bununla yanaşı Həmidə Muradovanın ona qarşı qaldırdığı qızıl əmlak tələbi təmin edilmişdir. Onun 33000 manat pulun tələbkara verilməsinə maddi vəziyyəti imkan vermir. İddiaçı və onun valideynləri 3 uşaq onun yanında qaldıqdan sonra, uşaqlarla maraqlanmamış, bir ana, baba, nənə kimi uşaqlarla görüşməyə cəhd etməmiş, səhhəti, tərbiyəsi ilə məşğul olmamışlar. Göstərdiklərinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vatı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş SMS bilbirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı etiraz edərək göstərmişdir ki, iddiaçı keçmiş kürəkəni olmaqla ona qarşı məhkəmədə aliment tələbi ilə bağlı iddia qaldırmışdır. İddiaçı onun qızı X8 ilə 2005-ci ildə nikaha daxil olmaqla onların 3 övladı olmuşdur. Aralarında ailə münaqişəsi zəminində problemlər yarandığından nikah qeydi pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına müvafiq olaraq qızının psixi xəstəliyi ilə əlaqədar iddiaçı ilə ailəli olduğu dövrdə ona ağır zülmü nəticəsində bu xəstəliyə düçar olduğundan 3 uşaq hazırki iddiaçının himayəsində qalmaqla Gəncə Apellyasiya Məhkəməsinin hər uşaq üçün kəsmiş olduğu aliment məbləği ləğv edilməklə qızının kassasiya şikayəti təmin edilmişdir. Yəni Ali Məhkəmənin qərarı əsasında o, alimentdən azad edilmişdir. İddiaçı isə qızından ona aid olan əşyaları verməmək üçün hazırki iddia ilə öz ailəsinə yox ona qarşı iddia qaldırıb, ondan aliment istəyir. O, nəvələrinin babasıdır. İddiaçı ona qarşı iddia qaldırıb bu məbləği ondan istəyir. Ailə Məcəlləsinin 90-cı maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd edilir ki, yetkinlik yaşına çatmayan nəvələr öz valideynlərindən maddi yardım ala bilmədikdə, bunu zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələri saxlamaq üçün öz valideynlərindən yaxud da ərindən maddi yardım ala bilmədikdə onlara bu hüquq verilir. İddiaçı ondan 3 uşaq üçün 744 manat aliment istəyir. Həmin qanunun normasına görə uşaqlarla bağlı alimentin babadan və nənədən tutulması uşaqlar hər iki valideyndən bu hüququ almaq imkanının itirdikdə istəyə bilər. Uşaqlar iddiaçının himayəsində olmaqla ən yüksək səviyyədə yaşayırlar. Qeyd etdiyi halı müəyyən etmək məhkəmə tərəfindən uşaqların yaşayış şəraitinə baxmaq kifayət edər. İddiaçının kifayət qədər maddi kapitalı, avtomobil ehtiyyat hissələri mağazası, mebel salonu, çoxsaylı icarəyə vermiş olduğu obketləri mövcuddur ki, bu iddianı qisasçılıq naminə etdiyi bəllidir. Onun təkcə sürdüyü avtomobilin qiyməti 30000 manat təşkil edir. Onun aylıq gəliri 5000 manat təşkil edir. Ancaq mebel mağazasından əldə etdiyi gəlir olduqca yüksəkdir. Onun həyat yoldaşına aliment ödəmək imkanları kifayət qədər yüksək olduğu halda, onun qızı ondan aliment tələb etməmişdir. Onun 63 yaşı vardır. Dövlətdən heç bir pensiya, müavinət almır. Ciddi ürək xəstəsi olduğundan əmək qabiliyyətini itirmişdir. Oğlu olmazsa yaşayış vəziyyəti tamamilə pis vəziyyətə düşər. Oğlunun biri İ qrup əlildir. Oğlu ağır psixoloji xəstədir. Hazırda qızı da, yəni iddiaçının keçmiş həyat yoldaşı onun sayəsində psixi xəstədir. Dərmanlarına və müalicəsinə pul vəsaiti çatdıra bilmirlər. İddiaçının kifayət qədər maddi imkanı vardır. İstinad edilən normanın ona heç bir aidiyyəti yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş Tərtər rayon Ələsgərli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 32 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Ələsgərli kənd İƏD-i üzrə nümayəndəliyin Bayandur kəndində yaşayır. Onun ailə üzvləri X7, X6 və X2 ibarətdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X5 xx.xx.2023-cü il tarixdə xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X9 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4381/2023 nömrəli qərarı ilə X8 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Müli Kollegiyasının 2(104)-215/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi-“xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin X3 tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən qalmışdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-2890/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmədə elan olunmuş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı babadan aliment tutulması tələbi ilə ilkin mediasiya şurasına müraciət etmişdir. Cavabdeh 2xx.xx.2025-ci il tarixdə saat 14:00-da ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin etiraz ərizəsini işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin qızı aralarında olan mübahisələrə görə ayrılmış, ər-arvad münasibətləri pozulmuşdur. Onların birlikdə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X9 adlı uşaqları iddiaçının yanında qalmışdır. Nicat adlı uşaq yetkinlik yaşına çatmışdır. Odur ki, iddiaçı məhkəməyə 2 uşağın saxlanması üçün aliment təyin edilməsi ilə bağlı dəqiqləşdirmə barədə ərizə təqdim etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 4381/2023 nömrəli qərarı ilə X8 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Müli Kollegiyasının 2(104)-215/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi-“xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin X3 tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilmişdir. Uşaqların gündəlik tələbatları artdığından iddiaçı onları saxlamaqda çətinlik çəkir, tələbatlarını ödəyə bilmir. İddiaçı əvvəl Mediasiya Şurasına babadab alimentin tutulması ilə bağlı müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddaçı mediasiya sessiyasının keçirilməsim ilə bağlı xidmət haqqını ödəmişdir. Bu səbəbdən məhkəməyə hazırki iddia ilə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Yuxarıda qeyd edilənlərdən görünür ki, azyaşlı uşaqların anası Həmidə Muradova “Rekurrent-depresiv pozuntu formasında xroniki psixi pozuntu” xəstəliyindən əzab çəkir. İddiaçı bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahıüçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı iddiası xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezientinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 (dörd yüz) manat hədində müəyyən edilmişdir. “Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə hesab edir ki, Cavabdeh bir il ərzində tutulacaq alimentin miqdarı 1000 manatdan yuxarı, yəni illik 2400 manat olduğuna görə, sonuncudan dövlət rüsumu olaraq 44 (qırx dörd) manat alınaraq dövlət nəfinə verilməlidir. İddiaçı ilkin mediasiya sessiyasında ödədiyi 60 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İş materiallarını, iddiaçının izahatını, cavabdehin etiraz ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,25 misli həddində sabit pul məbləğində aliment alınsın İddiaçı xeyrinə verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,25 misli həddində sabit pul məbləğində aliment alınsın İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu olaraq 44 (qırx dörd) manat alınaraq dövlət nəfinə ödənilsin. İddiaçı ilkin mediasiya sessiyasında ödədiyi 60 (altmış) manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar