Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-934/2025 12.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı Tərtər rayon Qarağacı Bələdiyyəsinin nümayəndəsi X3, cavabdeh X1 iştirakları ilə İddiaçı Tərtər rayon Qarağacı Bələdiyyəsinin cavabdeh X2 qarşı qanunsuz istifadə olunan bələdiyyə torpaq sahəsinin geri qaytarılması və torpaqdan çıxarılma tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Tərtər rayon Qarağacı Bələdiyyəsi cavabdeh X2 qarşı cavabdeh tərəfindən Tərtər rayon Qarağacı Bələdiyyəsinin 0,39 ha özbaşına tutduğu torpaq sahəsindən çıxarılması və Bələdiyyənin istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Tərtər rayon Qarağacı Bələdiyyəsi iddia ərizəsində göstərdiklərini təsdiqləyərək iddiasının təmin edilməsini və iş üzrə ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahatında iddiaçının ona qarşı olan iddia tələbini qanunsuz və əsassız hesab edərək, qəbul etmədiyini, rəsmi etiraz ərizəsi təqdim edərək iddianın təmin edilməməsini və iş üzrə ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi tələbi torpaq sahəsindən çıxarılma ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, mübahisələndirilən torpaq sahəsinin ölçüləri və digər məsələlərlə bağlı müvafiq mütəxəssis və ekspert rəyi alınmalıdır. Azərbaycan Respublikası MPM-in 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikası MPM-in 97.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə məhkəmə ekspertizasını təyin edə bilər. “Dövlət Məhkəmə Ekspertizası Fəaliyyəti Haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin 8-ci abzasına əsasən məhkəmə ekspertizası idarəsinin rəhbəri məhkəmə ekspertizasını təyin etmiş orqanla və ya şəxslə razılaşmadan müstəqil olaraq bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbində mübahisələndirilən məsələlər torpaq sahəsi ilə bağlı olduğundan müvafiq ekspert rəyi alınmalı, qərardadın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinə həvalə edilməli, rəy alınanadək isə iş üzrə icraat dayandırılmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, iş üzrə məhkəmə baxışının sürətləndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə qoyulmuş suallar üzrə ekspert rəyi verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 60, 97.1, 167, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: 2(061)-1069/2025 saylı mülki iş üzrə müvafiq rəy verilməsi üçün mütəxəssis cəlb edilsin və rəy verilərkən aşağıdakı məsələlərə aydınlıq gətirilsin:
1. Tərtər rayon Qarağacı Bələdiyyəsinin mülkiyyətində olan 0,39 ha ölçüdə torpaq sahəsindən cavabdeh X4 tərəfindən qanunsuz istifadə edilirmi?
2. Əgər qanunsuz edilirsə, həmin torpaq sahəsinin hansı istiqamətində, hansı ölçüdə hissəsindən istifadə edilir?
3. Cavabdeh X1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş (xx.xx.2023-cü il tarixdə ********** sayla qeydiyyata alınmış, daşınmaz əmlakın reyestr nömrəsi **********17 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) pay torpaq sahəsi adambaşına düşən norma daxilində verilmişdirmi?
4. Əgər adambaşına düşən norma daxilində verilməmişdirsə hansı ölçüdə verilməlidir və ümumilikdə hansı ülçü təşkil etməlidir? Ekspertiza zamanı meydana çıxa biləcək və həll edilməsi zəruri olan, lakin baxılan işlə birbaşa əlaqəsi olmayan əlavə suallara öz təşəbbüsü ilə cavab vermək səlahiyyəti ekspertin sərəncamına buraxılsın. Ekspertizanın aparılması və iş daxil olduğu vaxtdan bir ay müddətində müvafiq rəy verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılsın. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi ekspert qismində işə cəlb edilməklə iştirakı təmin edilsin. İş üzrə rəy verilməsi üçün mülki işin materialları və mübahisəli torpaq sahəsi ekspertə təqdim edilsin. Rəy verilməsi üçün ekspertlərə mülki işin materialları təqdim edilsin. Ekspert bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297ci maddəsi ilə məsuliyyət daşıdığı haqqında xəbərdar edilsin. Mülki iş üzrə icraat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən rəy alınanadək dayandırılsın. Qərardadın dayandırmaya aid hissəsindən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Kamil Rzayev