Məhkəmə qərarları › İş №2(061)-941/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-941/2025

17.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-941/2025 17.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən Tərtər Rayon Məhkəməsinin 2(061)-1420/2024 saylı 21 noyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş qazancının 1/3 hissəsinə yönəldilməklə 274 (iki yüz yetmiş dörd) manat pul məbləğində müəyyən edilmiş alimentin dəyəri dəyişdirilərək xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay hər birinə 250 (iki yüz əlli) manat olmaqla 2 uşağa görə 500 manat sabit pul məbləğində alimentin, azyaşlı uşaqların onun yanında qaldığından xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşı tamam olana qədər əlavə 100 manat baxım pulunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini qanuni və əsaslı hesab edərək göstərmişdir ki, Cavabdeh ilə toy edib ailə qurmuşdur. Aralarında olan nikah rəsmi qeydiyyata alınmışdır. Birgə ailəli olduqları müddətdə xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Artıq uzun müddətdir ki, o və övladları cavabdehlə birgə yaşamırlar. Uşaqların indiki zamanda saxlanılmasının nə qədər çətin olduğunu sübut etməyə ehtiyac belə yoxdur. Cavabdehin kifayət qədər gəliri var. Onun verməli olduğu alimentin miqdarı uşaqların saxlanılması üçün yetərli deyil. Hal-hazırda çox az aliment alır, özünün işləməməsini, uşaqların xəstəliyini nəzərə alıb cavabdehdən Tərtər Rayon Məhkəməsinin 2(061)-1420/2024 saylı 21 noyabr 2024-cü il tarixli qətnaməsi üzrə qazancının 1/3 hissəsində 274 (iki yüz yetmiş dörd) manat pul məbləğində müəyyən edilmiş alimentin dəyəri dəyişdirilərək xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay hər birinə 250 (iki yüz əlli) manat olmaqla 2 uşağa görə 500 manat sabit pul məbləğində alimentin, azyaşlı uşaqların onun yanında qaldığından xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşı tamam olana qədər əlavə 100 manat baxım pulunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Mülki işin materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat almışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəmə hazırlıq iclasında təqdim etdiyi ərizədən görünür ki, iddia tələbini qismən qəbul etdiyini, uşağın saxlanması üçün iddiaçıya hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini göstərmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə yaşadıqları dövrdə xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022ci il təvəllüdlü X9 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 1420/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, İddia qismən təmin edilmiş, iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2022-ci ildə Bərdə regional “ASAN-xidmət” mərkəzində Qeydiyyat Şöbəsində 781 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydi pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X9 adlı uşaqları iddiaçı X3 yanında saxlanılmış, tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2021ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının (və başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment alınıb iddiaçı X5 verilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, alimentin qeyd olunan məbləğdə Cavabdeh tutulması xx.xx.2024-cü il tarixdən hesablanması və dərhal icra edilməsi qərara alınmışdır. Məhkəmədə elan olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli 001785 saylı arayışdan görünür ki, X8 nikahın pozulması və aliment tələbi ilə ilkin mediasiya şurasına müraciət etmişdir. X6 xx.xx.2024-cü il tarixdə saat 10:00-da ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumat verilmiş, lakin o ilkin mediasiya sesiyasında iştirak etməkdən imtina etmişdir. X8 ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında olan mübahisələrə görə onlar ayrılmış, ər-arvad münasibətləri pozulmuşdur. Onların birlikdə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X9 adlı uşaqları iddiaçının yanında qalmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-1420/2024 nömrəli qətnaməsi ilə, tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının (və başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. Uşaqların gündəlik tələbatları artdığından iddiaçı onları saxlamaqda çətinlik çəkir, tələbatlarını ödəyə bilmir. İddiaçının aliment tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda aliment alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Belə ki, iddiaçı cavabdehin yüksək aylıq qazancının olması barədə hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Ona görə də iddia qismən təmin olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. İddiaçı iddia tələbində Cavabdeh azyaşlı uşaqların onun yanında qaldığından xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşı tamam olana qədər əlavə 100 manat baxım pulunun alınaraq ona xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehin yüksək aylıq qazanca və digər zəruri vəsaitə malik olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə belə vəziyyətdə iddianın həmin hissəsinin təmin edilməsini məqsədmüvafiq hesab etməmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahıüçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İddiaçı X2 Cavabdeh qarşı aliment tələbi ilə bağlı iddiası xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezientinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 (dörd yüz) manat hədində müəyyən edilmişdir. “Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların maraq və mənafelərini, iddiaçının himayəsində yaşamalarıını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə hesab edir ki, Cavabdeh bir il ərzində tutulacaq alimentin miqdarı 1000 manatdan yuxarı, yəni illik (400 manat x 0,50=200 manat x 2 uşaq = 400 manat x 12 ay = 4800 manat) ümumilikdə 4800 manat olduğuna görə, sonuncudan dövlət rüsumu olaraq 68 (altmış səkkiz) manat alınaraq dövlət nəfinə verilməlidir. İş materiallarını, iddia ərizəsini və cavabdehin ərizəsini, iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,50 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,50 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması dərhal icra edilsin. Cavabdeh dövlət rüsumu olaraq 68 (altmış səkkiz) manat alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar