Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1017/2023 17.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 iyul 2020-ci ildə anadan olmuş Ruslan və 16 iyul 2022-ci ildə anadan olmuş Ayla adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən bir üşaq üçün 70 manat manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2019-cu ildə el adəti qaydasında evlənib ailə qurmuşdur. 30 iyul 2020-ci ildə Ruslan və 16 iyul 2022-ci ildə Ayla adlı uşaqları anadan olmuşdur. Uşaqların hər ikisinin atalığı Cavabdeh ərizəsi əsasında müəyyən edilmişdir. Uşaqlar onun himayəsindədirlər. Cavabdeh himayəsində olan uşaqların saxlanılması üçün heç bir köməklik göstərmir. O, öz imkanı daxilində uşaqları saxlayır. Cavabdeh valideyin kimi üzərinə düşən vəzifəni yerinə yetirmir. Cavabdeh öz uşaqlarına vəsait vermədiyinə görə ondan məhkəmə qətnaməsi əsasında alimentin tutulmasına ehtiyac yaranmışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iştirak edib, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidır. Belə ki, doğum haqqında şəhadətnamələrin surərtlərindən görünür ki, tərəflərin birgə yaşayışlarından 30 iyul 2020-ci ildə anadan olmuş X5 və 16 iyul 2022-ci ildə anadan olmuş X6 adlı uşaqları vardır. xx.xx.2023-cü il tarixli X2 iştirak edilməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2023 tarixdə 11:00-da keçirilməsi nəzərdə tutulan X2 iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 30 iyul 2020-ci ildə anadan olmuş X1 və 16 iyul 2022-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimen tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Qət edilmiş alimentin illik məcmusu 1680 manat olduğundan 36,80 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 30 iyul 2020-ci ildə anadan olmuş X1 və 16 iyul 2022-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimen tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qət edilmiş alimentin illik məcmusu 1680 manat olduğundan 36,80 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənillsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1017/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1017/2023
17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver