Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1071/2023 27.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı barışıq sazişinin icrasının təmin edilməsi və icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə el adəti ilə evlənmişlər. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X1 və xx.xx.2020-ci il tarixdə X3 adında iki uşaqları anadan olmuşdur. Ailələrində narazılıqlar olduğu üçün ayrılmışlar. Barışıq sazişinə əsasən xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 adlı uşaqlar onun-İddiaçı yanında və himayəsində saxlanılmasına, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 adlı uşaqların 18 yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay hər növ qazancından sabit pul məbləğində hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat məbləğində aliment alınaraq ona verilməsinə, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 adlı uşaqların ataları- Cavabdeh ilə şənbə və bazar günləri səhər saat 11:00-dan 18:00-dək ünsiyyətdə olmasına dair razılığa gəlmişlər. Tam mediasiya sessiyasının nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə barışıq sazişi imzalanmışdır. Cavabdehlə aralarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişində qeyd olunduğu kimi hər ay 125 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq ona verilməlidir. Lakin Cavabdeh barışıq sazişinə əməl etmir ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında iştirak etdi və ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında iştirak etdi və izahatında bildirdi ki, alimenti o vaxtında ödəyir. Ona görə də ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə qarşılıqlı şəkildə araşdıraraq belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, 08 dekabr 2022-ci il tarixli barışıq sazişinin şərtlərindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 İddiaçı yanında və himayəsində saxlanılmasına, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 18 yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay hər növ qazancından sabit məbləğdə hər uşaq üçün 125 manat olmaqla cəmi 250 manat məbləğində aliment alınaraq İddiaçı verilməsinə, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 adlı uşaqların ataları- Cavabdeh ilə şənbə və bazar günləri səhər saat 11:00-dan 18:00-dək ünsiyyətdə olmasına dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. İşin hallarından göründüyü kimi barışıq sazişində hər hansı ayrı şərt və müddət nəzərdə tutulmamış və barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Barışıq sazişinin şərtlərindən görünür ki, Cavabdeh bir uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat alimentin İddiaçı verməyi öhdəsinə götürmüşdü. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə hesab edir ki, barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi Qanuna zidd deyildir. Ona görə də Cavabdeh ilə İddiaçı arasında 08 dekabr 2022-ci ildə mediasiya sesiyasında bağlanılmış Barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilərək məcburi icraya yönəldilməli, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 18 yaşına çatanadək saxlanılmaları üçün atası Cavabdeh hər ay hər növ qazancından sabit məbləğdə hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1 və 355-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 08 dekabr 2022-ci ildə mediasiya sesiyasında bağlanılmış Barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilərək məcburi icraya yönəldilsin. xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 18 yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay hər növ qazancından sabit məbləğdə hər uşaq üçün 125 manat olmaqla cəmi 250 manat məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1071/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1071/2023
27.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver