Məhkəmə qərarları › İş №2(062)-1071/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1071/2024

29.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1071/2024 29.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəki Nərminə Ruslan qızının katibliyi, İddiaçı İbraghim oğlunun, Üçünçü şəxs eyni zamanda digər üçünçü şəxs Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X5 Xidmət Mərkəzinin Notariat ofisnə və üçünçü şəxslər X2 və Cavabdeh2 qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin,alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş digər bütün hüquq cmüəyyənedici sənədlərin ləğv olunması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq , məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə muraciət edərək Tovuz rayon Notariat Kontoru tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V-634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, X1 və Cavabdeh2 adına tərtib olunmuş Tovuz rayonu Alakol kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli 18 sentyabr 2017-ci il tarixli çıxarışın, Tovuz Rayon Notariat Kontorunun 23 oktyabr 2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsinin, 23 oktyabr 2017-ci il tarixli 4Ə-1310 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İbraghim oğlu məhkəməyə ərizə təqdim edərək göstərdi ki, zərurətlə əlaqədar iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçünçü şəxs X3 billdirdi ki, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X5 Xidmət Mərkəzinin Notariat ofisnə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin vəsatəti əsasında ərizə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X5 Xidmət Mərkəzinin Notariat ofisnə və üçünçü şəxslər X2 və Cavabdeh2 qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin,alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş digər bütün hüquq cmüəyyənedici sənədlərin ləğv olunması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar