Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1078/2025 03.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və cavabdeh X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X1 iştirakları ilə İddiaçı cavabdeh X4 qarşı aliment tələbinə dair mülki işə Tovuz şəhərində 03 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdeh X4 qarşı iddia qaldıraraq 02 dekabr 2023-cü ildə anadan olmuş İsa adlı uşağın 3 yaşına çatanadək saxlanması üçün anasına hər ay 100 manat pul alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cavabdeh ilə faktiki evlənməklə, nikahlarını 13 sentyabr 2023-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 02 dekabr 2023-cü ildə İsa adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılığa görə faktiki olaraq ayrılmışlar. Uşaq onun himayəsindədir. Tovuz rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(062)-1794/2024 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, uşağın saxlanılması üçün hər ay 200 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Hazırda həmin alimentlə uşağı saxlaya bilmir, ona görə də 02 dekabr 2023-cü ildə anadan olmuş İsa adlı uşağın 3 yaşına çatanadək saxlanması üçün anasına hər ay 100 manat pul alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X6 məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X5 təmsil etmişdir. Cavabdeh X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X5 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, tərəflər faktiki evlənməklə, nikahlarını 13 sentyabr 2023-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 02 dekabr 2023cü ildə İsa adlı uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə nikahları pozulmuşdur. Uşaq iddiaçının himayəsindədir. Oğlu, yəni cavabdeh hər ay 200 manat aliment ödəyir. İddianı qəbul etmir, təmin olunmamasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, tərəflər 13 sentyabr 2023-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçmişlər. Surəti işə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 02 dekabr 2023-cü ildə İsa adlı uşaqları anadan olmuşdur. İşdə olan Tovuz rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(062)-1794/2024 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah qeydi pozulmuş, uşağın saxlanılması üçün hər ay 200 manat aliment cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər nikahlarını 13 sentyabr 2023-cü ildə rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından 02 dekabr 2023-cü ildə İsa adlı uşaqları anadan olmuşdur. Tovuz rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(062)-1794/2024 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah qeydi pozulmuş, uşağın saxlanılması üçün hər ay 200 manat aliment cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı uşağın saxlanılmasına görə ana üçün hər ay 100 manat aliment ödənilməsini istəyir. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarına əsasən, nikahın pozulması və aliment tələblərinə aid iddialarda alimentin hesablanması ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun olaraq hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14-cü fəslində ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri nəzərdə tutulmuşdur. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqları doğulduğu gündən üç il ərzində arvad ərindən aliment tələb etmək hüququna malikdir. Eyni hallar Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, 02 dekabr 2023-cü ildə anadan olmuş İsanın 3 yaşına çatanadək cavabdeh X2 maddi yardıma ehtiyacı olan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Maddi yardımın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan az məbləğ təşkil edir. Ona görə də X2 əlavə 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 19 fevral 2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 02 dekabr 2023cü ildə anadan olmuş İsa adlı uşağın 3 yaşınadək anası üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,12 misli həddində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməsin. X2 30 (otuz) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1078/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1078/2025
03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver