Məhkəmə qərarları › İş №2(062)-1083/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1083/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1083/2024 17.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2023-cü il tarixdə anadan olmuş Lavin adlı uşağın yetkinlik yaçına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 manat sabit məbləğdə alimentin, xx.xx.2023-cü il tarixdə anadan olmuş Lavin adlı uşağın 3 yaşına çatanadək anası üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan 02 iyun 2023-cü ildə Lavin adlı bir uşaqları anadan olmuşdur. Cavabdeh ilə aralarında olan narazılıq səbəbindən ayrılmışlar. Cavabdehlə hazırda ayrı yaşayırlar. Birgə nikahlarından anadan olmuş uşaq onun yanında yaşayır. Cavabdeh həmin uşağın saxlanılması üçün ona heç bir yardım etmir. O, heç bir yerdə işləmir və heç bir gəliri yoxdur. Azyaşlı uşağına təkbaşına baxır Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə nikahları pozulmasa da 6 aydır ki, onlar biri-birindən ayrı yaşayılar. Odur nki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh əlildir və işləmək iqtidarında deyildir.Cəmi 150 manat pensiya alır və iş qabiliyyəti də yoxdur. Odur ki, nəzərə alınmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Nikah haqqında” şəhadətnamədən görünür ki, tərəflər arasında nikah xx.xx.2022-ci ildə bağlamış və bu nikah Tovuz regional ASAN xidmər mərkəzi Qeydiyyat şöbəsi tərəfindən həmin tarixli, 868 nömrəli akt qeydi ilə qeydə alınmışdır. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahlarındanxx.xx.2023-cü il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin nikahlarından 02 iyun 2023-cü il tarixdə Lavin adlı bir uşaqları anadan olmuşdur. Cavabdeh uşağın saxlanılması üçün heç bir yardım etmir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini nəzərə alaraq hesab edir ki, 27 fevral 2024-cü ildən başlayaraq 02 iyun 2023-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 manat məbləğində sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Azərbaycan Respublikasg Ailə Məcəlləsinin 14-cğ fəslində ər-arvadgn və kezmiş ərarvadgn aliment öhdəlikləri nəzərdə tutulmuşdur. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqları dorulduru gündən üç il ərzində arvad ərindən aliment tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya uşağın 3 yaşına çatanadək aliment ödəməyi üçün iddiaçının tələbi əsaslı olmaqla qanunauyğundur. Ona görə də 02 iyun 2023-cü il tarixdə anadan olmuş X5 3 yaşına çatanadək Cavabdeh orlundan iddiası X4 üçün 40 manat məblərində aliment tutulmalıdır. Alimentin məblərinə aid qalan hissə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan yuxarı, 2760 manat məbləğ təşkil edir. Ona görə də Cavabdeh əlavə 47,60 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 27 fevral 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 02 iyun 2023cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment və X5 üç yaşına çatanadək saxlanılmasına görə hər ay 40 manat aliment alınaraq iddiaçı X2 verilsin. Qətnamə dərhal icra edilsin. İddia alimentin məbləğinə aid qalan hissəsi təmin edilməsin. Cavabdeh 47 (qırx yeddi) 60 (qəpik) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar