Məhkəmə qərarları › İş №2(062)-1129/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1129/2023

18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1129/2023 18.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Tovuz şəhərində məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldıraraq aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Surəti işə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2(062)- 674/2019 saylı qətnaməsinə əsasən Cavabdeh bir uşağın saxlanılması üçün hər ay 160 manat aliment tutulması barədə qətnamə çıxarılmışdır. Hal-hazırda həmin qətnamə qüvvədədir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçınin Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Mülki işə baxış keçirilərkən müəyyən edildi ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Göründüyü kimi eyni predmet barəsində, eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur və həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2416/2019 saylı 13 may 2019-cu il tarixli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2(062)-674/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Ona görə də hazırki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar