Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1209/2023 01.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Musatfayev Əli Nazim oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə yaşayışlarından 05 may 2017-ci il tarixdə anadan olmuş Rəvan və 26 may 2020-ci il tarixdə anadan olmuş İfran adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X1 pul məbləöində hər ay bir uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə evlənib ailə qurmuşdur. Nikahlarını 13 fevral 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 05 may 2017-ci il tarixdə Rəvan və 26 may 2020-ci il tarixdə İfran adlı uşaqları anadan olmuşdur. Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-c il tarixli, 2(062)-820/2022 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, birgə nikahlarından anadan olmuş uşaqlar onun himayəsində saxlanılmışdır. Cavabdehdən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit məbləğdə aliment alınıb ona verilməsi qət edilmişdir. Lakin həmin məbləğ hazırkı dövrdə uşaqların tələbatlarını ödəmir. Hesab edir ki, cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat alınıb ona verilməlidir. İddiaçı məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, heç yerdə işləmir.Aliment məbləği artırılarsa o qət edilmiş alimenti verə bilməyəcək. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.-- Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022c il tarixli, 2(062)-820/2022 saylı qətnaməsinin surətindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmağa başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin alınıb tərəflərin birgə yaşayışlarından 05 may 2017-ci il tarixdə anadan olmuş Rəvan və 26 may 2020-ci il tarixdə anadan olmuş İfran adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər faktiki nikahda olmaları, bu faktiki nikahlarından iki övladlarının olması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda alimentin tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 05 may 2017-ci il tarixdə anadan olmuş Rəvan və 26 may 2020-ci il tarixdə anadan olmuş İfran adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-c il tarixli, 2(062)-820/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qət edilmiş alimentin artırılmış hissəsinin illik məcmusu 720 manat olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 may 2017-ci il tarixdə anadan olmuş Rəvan və 26 may 2020-ci il tarixdə anadan olmuş İfran adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-c il tarixli, 2(062)-820/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulsun. Qət edilmiş alimentin illik məcmusu 720 manat olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət büdcəsinə ödənilsin. İddianın alimentə dair qalan hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1209/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1209/2023
01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver