Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-129/2025 12.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Tovuz regional Asan xidmət mərkəzi) qarşı “atalığın müəyyən tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildə anadan olmuş X3 barəsində tərtib olunmuş doğum haqqında şəhadətnamənin etibarsız hesab olunmasına və Duyğunun atalığının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə evlənib ailə qurmuş, nikahlarını 10 noyabr 2022-ci ildə rəsmiləşdirmişlər. Az bir müddət ərzində evli olmuşlar. Onunla ayrıldıqdan sonra cavabdehin deməsinə görə uşaqları anadan olmuşdur. Tovuz rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərarına əsasən cavabdehlə aralarında olan nilkah pozulmuşdur. Məhkəmənin qeyd etdiyinə görə 11 sentyabr 2023-cü ildə anadan olmuş Duyğu adlı uşaq anadan olmuşdur. Həmin uşağın atasının onun olmağına dair yetərli sayda şübhələr mövcuddur. Ona görə də, bunu yalnız ekspertiza nəticəsində müəyyən etmək mümkündür. Bütün şübhələrin aradan qaldırılması onun üçün vacibdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1077/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, X4 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə Tovuz Asan Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində 1172 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 adlı uşaq iddiaçı Cavabdeh himayəsində saxlanılması; 26 fevral 2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 adlı uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı hər ay aylıq maaşının və digər gəlirlərinin ¼ (dördə bir) hissəsində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 05/2025 saylı ekspert rəyindən görünür ki, İddiaçı ekspertizaya təqdim olunmuş X3 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 46.1-ci madədsinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Qeyd edilən Məcəllənin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Məhkəmə araşdırılması zamanı atalığa dair mübahisə açmış atanın dəlilləri öz təsdiqini tapmamış, aparılmış ekspertiza tədqiqatı ilə ata ilə uşaq arasında tam şəkildə uyğunluq aşkarlanmışdır ki, bu uyğunluq onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. MPM-ə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2). Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (184.2). Prosessual qanunvericiliyin mənasından göründüyü kimi qanun tərəflərin izahatlarını da iş üzrə sübut növlərindən biri kimi nəzərdə tutur və məhkəmənin təklif etməsinə baxmayaraq tərəfin sübutları təqdim etməməsi (o cümlədən təklif olunan hal və ya sübutla bağlı şəxsən şifahi və ya yazılı izahat verməkdən imtina etməsi) məhkəmənin münasibət bildirilməsini zəruri hesab etdiyi mübahisəli halın müəyyən edilmiş hesab olunması, işdə olan mövcud materiallar əsasında qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı (Tovuz regional Asan xidmət mərkəzi) qarşı “atalığın müəyyən olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-129/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-129/2025
12.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver