Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-131/2023 11.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçıların nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, Tovuz regional ASAN Xidəmət mərkəzinin Notariat ofisinə və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqviləsinin ləğ edilməsi və torpağın ilkin vəziyyətə qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, Tovuz regional ASAN Xidmət mərkəzinin Notariat ofisinə və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqviləsinin ləğ edilməsi və torpağın ilkin vəziyyətə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlak olan JN-319 a KOD 50301004 OLAN 0,8 ha torpaq sahəsinə dair 2008-ci tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpağın əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar az yaşlı uşaqlarına məxsus Tovuz Rayonu Abulbəyli kəndində yerləşən 0,8 ha torpaq sahəsini 2008-ci ildə Cavabdeh satmışlar. Həmin alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirmiş, surəti ərizəyə əlavə edilmişdir. Sösügedən alqı satqı müqaviləsi formal olaraq Cavabdeh adına bağlanmış, amma əslində ona pulu verən X3 olmuşdur. Hazırda torpaq Sevil Ələkbərovun istifadəsindədir. Həmin vaxt 8000 manat yazıldığına baxmayaraq 5000 manat verilmiş, qalanı isə sənədləşən zaman verilməli idi. Hazırda məlum olur ki, Cavabdeh rus vətandaşıdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların qeydə alınmasından imtina etmişdir. Yəni cavabdeh Risiya Federasiyasının vətandaşı olduğundan onun adına Azərbaycanda torpaq verilə bilməzdi. İddiaçının nümayəndəsi X2 iddianın dəyişdirlməsinə dair ərizə verərək alqı-satqı müqaviləsinin etibsarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, daşınmaz əmlak cavabdehin adına sənədləşdirilə bilinmədiyindən cavabdeh torpağın dəyərini ona tam olaraq ödəməmişdir. Cavabdeh nümayəndəsi X5 məhkəməyə teleqram ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmiş və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdehlər Tovuz regional ASAN Xidəmət mərkəzinin Notariat ofisinin və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi üzrə nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Tovuz regional ASAN Xidmət mərkəzinin Notariat ofisinin və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinn nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Tovuz regional ASAN Xidəmət mərkəzinin Notariat ofisinin və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdehin izahatlını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin 21 iyul 2022-ci il tarixli 17000 saylı məktubundan görünür ki, Dövlət notariat arxivinin 13 iyul 2022-ci il tarixli xx/xx-4126/10 saylı məktubuna əsasən Notariat ofisində 13 may 2008-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə/1-170 reyestr nömrəli alqı-satqı müqavilələri qüvvədədir, dəyişdirilməmişdir və müqavilənin ləğvi barədə heç bir məlumat yoxdur. İşə əlavə olunmuş 15 saylı Tovuz Ərazi İdarəsinin 30 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınaraq elektron çıxarış və torpaq sahəsinin plan və ölçüsü sənədinin tərtib edilməsi barədə ********** qediyyat nömrəli ərizəyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Təqdim edilmiş sənədlərin qanuna uyğunluğu yoxlanılarkən Cavabdeh xarici ölkə vətandaşı olduğu aşkar edilmişdir. İşə əlavə olunmuş Torpağın Mülkiyyətə verilməsinə dair JN-319A KOD 50301004 saylı şəhadətnamədən görünür ki, Tovuz rayon X4 17 sentyabr 1996-cı il tarixli 24 saylı qərarına əsasən İddiaçı1 və ailə üzvlərinə Tovuz rayonu Abulbəyli kəndi ərazisində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsinə əsasən İddiaçı1 və onun ailə üzvləri Tovuz rayon X4 17 sentyabr 1996-cı il tarixli 24 saylı qərarına əsasən ona və ailə üzvlərinə Tovuz rayonu Abulbəyli kəndi ərazisində verilmiş 0,08 ha həyətyanı torpaq sahəsini Tovuz rayonu Bozalqanlı kənd sakini Cavabdeh 8000 manata satmışlar. Məhkəmə araşdırmaları zamanı müəyyən olunur ki, İddiaçı1 və ailə üzvlərinə Tovuz rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1996-cı il tarixli 24 saylı qərarına əsasın Tovuz rayonu Abulbəyli kəndi ərazisində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı1 və ailə üvləri həmin torpaq sahəsini Cavabdeh 8000 manata satmış, həmin toraq sahəsinə görə verilməli olan pulun 5000 manatı iddiaçılara verilmiş,qalan pulun isə torpaq sahəsinin sənədləşdirildikdən sonra verilməsi nəzərdə tutulmuş, cavabdeh Rusiya Federasiyası vətəndaşı olduğundan torpaq sahəsi sənədləşdirilməmiş, ona görə də pulun bir hissəsi iddiaçılara verilməmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etmişdir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Buna baxmayaraq Torpaq Məcəlləsinin qeyd edilən tələbi pozularaq notariat əməliyyatları aparılmışdır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin 1-ci bəndinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər hərəkətin aparılması qanuna zidd olduqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Göründüyü kimi hazırki işlə bağlı müqavilə bağlanılsa da arzu olunan hüquqi nəticə əldə edilməmiş, torpaq sahəsi cavabdehin mülkiyyətinə keçməmiş, iddiaçılar isə alqı-satqı müqaviləsinə görə ödənilməli olan məbləği tam şəkildə cavabdehdən ala bilməmişdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, əqdin etibarsızlığı nəticəsinə gəlindiyindən əqd üzrə verilmiş 5000 manat pul iddiaçılardan müştərək qaydada alınaraq cavabdehə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış, 4Ə/1-170 nömrə ilə qeydə alınmış AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi etibarsız hesab edilsin. 5000 manat məbləğində pul İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-131/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-131/2023
11.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver