Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1411/2023 18.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü Əsmanur adlı uşağının saxlanılması üçün cavabdehdən sabit pul məbləğində hər ay 220 manat aliment və uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2021-ci il tarixdə Tovuz regional Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində 599 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından və yaşayışlarından xx.xx.2022-ci il təvəllüdlü Əsmanur adlı bir uşaqları anadan olmuşdur. Lakin evləndikdən bir müddət sonra cavabdehlə aralarında narazılıqlar yaranmış və o, onunla ayrılmaq məcburiyyətində qalmışdır. Hazırda həmin uşağa təkbaşına baxmağı qeyri-mümkündür. Bununla bağlı mediasiya şurasına müraciət etmiş və müvafiq arayışda mövcuddur. Birgə nikahlarından anadan olmuş uşaq onun himayəsindədir. Cavabdehlə birgə nikahlarından anadan olmuş həmin uşağın saxlanılmasında çətinlik çəkir. O, uşağın saxlanılması üçün ona heç bir maddi və mənəvi köməklik gösstərmir. Cavabdehdən Əsmanur adlı uşağın saxlanılması üçün sabit pul məbləğində hər ay 220 manat və uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğində 100 manat, cəmi 320 manat tutularaq ona ödənilməsinə dair qərar qəbul olunmalıdır. İddiaçı məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidır. Belə ki, nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2021-ci il tarixdə Tovuz regional ASAN xidmət mərkəzinin qediyyat şöbəsində 599 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Əsmanur adlı uşaqları vardır. xx.xx.2022-ci il tarixli X1 iştirak edilməsi bardə arayşdan görünür ki, Hüseynov Cavabdeh Mehriban Avtandil qızı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2022 tarixdə 11:00-da keçirilməsi nəzərdə tutulan X1 iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü Əsmanur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü Əsmanur adlı uşağın 3 yaşına çatanadək hər ay 40 manat məbləğində pul tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Qət edilmiş alimentin illik məcmusu 2040 manat olduğundan 40,40 manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qısmən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü Əsmanur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü Əsmanur adlı uşağın 3 yaşına çatanadək hər ay 40 manat məbləğində pul tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qət edilmiş alimentin illik məcmusu 2400 manat olduğundan 44 manat məbləğində dövlət rüsumu X2 dövlət büdcəsinə ödənillsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1411/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1411/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver