Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1416/2023 24.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2009-cu ildə doğulmuş X1, xx.xx.2010-cu ildə doğulmuş X3 və xx.xx.2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment miqdarını artıraraq sabit məbləğində hər uşağa 220 manat olmaqla, cəmi 660 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında nikah xx.xx.2020-ci il tarixdə Tovuz Rayon Məhkəməsinin 2(062)1164/2020 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan üç uşağın saxlanılması üçün hər uşağa 50 manat aliment tutulub ona verilməsi müəyyən olunmuşdur. Hazırda hər uşağa 50 manat miqdarında aliment pulu uşağın saxlanılması üçün yetərli deyil. Uşaqların saxlanılmasında çətinlik çəkir. Birgə nikahlarından doğulmuş uşaqlara o tək baxır. Cavabdeh uşaqların saxlanılmasında ona əlavə heç bir köməklik etmir. Uşaqlara tək baxmağa imkanı yoxdur. Cavabdehin uşaqların saxlanması üçün kifayər qədər maddi imkanı vardır. Bundan əlavə uşaqlar böyümüş və xərcləri artmışdır. Məktəb və hazırlıq xərcləri alimentin miqdarından dəfələrlə artıqdı. Ona görə də, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2009-cu ildə doğulmuş X1, xx.xx.2010-cu ildə doğulmuş X3 vəxx.xx.2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment miqdarını artıraraq sabit məbləğində hər uşağa 220 manat olmaqla, cəmi 660 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklərinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdirlər. Lakin iddiaçının nümayəndəsi X2 məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə X5, xx.xx.2010-cu ildə X6 və xx.xx.2012-ci ildə X8 adlı üç uşağı anadan olmuş və həmin uşaqlar iddiaçının himayəsindədir. İş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli 2(062)-1164/2020 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh nikahları pozulmuş və Cavabdeh 18 may 2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu ildə doğulmuş X1, xx.xx.2010-cu ildə doğulmuş X3 və xx.xx.2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaqları üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Məhkəmə iş materialları ilə müəyyən etdi ki, Tovuz Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli 2(062)-1164/2020 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh nikahları pozulmuş və Cavabdeh 18 may 2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu ildə doğulmuş X1, xx.xx.2010-cu ildə doğulmuş X3 və xx.xx.2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli 2(062)-1164/2020 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X1, xx.xx.2010-cu ildə doğulmuş X3 və xx.xx.2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat, olmaqla cəmi 480 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusuya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 28 mart 2016-cı il tarixli №8-2/2016 saylı Qərarının 8.2-ci bəndində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyətinin öyrənilməli olması, bu zaman məhkəmələrin uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalı olmaları göstərilmişdir. Həmin Qərarın 8.4-cü bəndində məhkəmənin alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalı olması, 8.5-ci bəndində sabit pul məbləğində aliment tutularkən məhkəmələrin Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməli olduqları (MPM-nin 77.3 maddəsi) göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, alimentin miqdarının 40 manat məbləğində artırılması günün təlabatından irəli gəlir. Eyni zamanda cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı öz etirazını da bildirməmişdir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını hər ay bir uşaq üçün 160 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 110 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 1320 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çox olduğundan “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə 33,20 manat dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 33,20 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli 2(062)-1164/2020 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, ƏsədCavabdeh 31xx.xx.2009-cu ildə doğulmuş X1, xx.xx.2010-cu ildə doğulmuş X3 və xx.xx.2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 33,20 (otuz üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1416/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1416/2023
24.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver