Məhkəmə qərarları › İş №2(062)-1504/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1504/2024

03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1504/2024 03.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından 01 iyul 2014-cü ildə anadan olmuş Xədicə, 24 may 2016-cı ildə anadan olmuş Leyla və 28 dekabr 2019-cu ildə anadan olmuş Yusif adlı uşaqların saxlanılması üçün Cavabdeh sabit pul məbləğində hər ay bir uşaq üçün 300 (üç yüz) manat, cəmi 900 (doqquz yüz) manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdeh X4 ilə evlənib ailə qurmuşdur. Nikahlarını 05 dekabr 2013-cü il tarixdə rəsmiləşdirmişdir. Birgə nikahılarından 01 iyul 2014-cü ildə Xədicə, 24 may 2016-cı ildə Leyla və 28 dekabr 2019-cu ildə Yusif adlı uşaqları anadan olmuşdur. Aralarında olan mübahisələrə və xasiyyətlərində yaranan uyğunsuzluğa görə cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh heç bir zaman uşağın saxlanmasına kömək göstərməmişdir. Cavabdehlə birgə nikahlarından 01 iyul 2014-cü ildə anadan olmuş Xədicə, 24 may 2016-cı ildə anadan olmuş Leyla və 28 dekabr 2019-cu ildə anadan olmuş Yusif adlı uşaqların saxlanılması üçün Cavabdeh sabit pul məbləğində olmaqla hər ay bir uşaq üçün 300 (üç yüz) manat, cəmi 900 (doqquz yüz) manat alimentin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh əmək haqqı 2000 manata yaxındır. Lakin uşaqların saxlanmasında maddi yardım etmir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir. Hərbiçidir və əmək haqqı 2000 manata yaxındır. Lakin borcu olduğu üçün ailəsinə maddi yardım edə bilmir.Əgər aliment kimi əmək haqqından pul tutularsa uşaqlarının maddi təminatı təmin olacaqdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2013-cü il tarixdə Bakı Asan Xidmət X6, həmin tarixli 1909 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X5, xx.xx.2016-cı il tarixdə X7 və xx.xx.2019-cu il tarixdə X8 adlı uşaqları anadasn olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, həmçinin uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və hazırkı vaxta kimi atanın aliment ödəməməsi ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014cü ildə anadan olmuş X5, xx.xx.2016-cı ildə anadan olmuş X7 və xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 300 manat olmaqla cəmi 900 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay bir uşaq üçün 300 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı təmin etməklə alimentin miqdarını bir uşağa görə 300 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay bir uşaq üçün 300 manat olmaqla, cəmi 900 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 122,40 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 -78, 100, 112-ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 22 aprel 2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X1, xx.xx.2016-cı ildə anadan olmuş X2 və xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 300 (üç yüz) manat olmaqla, cəmi 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Cavabdeh 122 (yüz iyirmi iki) manat 40 (qırx) qəpik miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar