Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1522/2025 05.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad etmə” tələbinə dаir mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad etmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəyyumu olduğu övladı X5 Tovuz Rayon Məhkəməsinin 2(062)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət edilmiş aliment öhdəliyindən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, övladı X6 Cavabdeh ilə evlənib ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-249/2024 saylı qətnaməsinə əsasən, aralarında olan nikahın pozulması, X4 hər ay hər uşağa 130 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət olunmuşdur. X1 hazırda düşünmə, sərbəst və məntiqli hərəkət etmək qabiliyyəti yoxdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 837/2024 saylı qətnaməsinə əsasən, X5 fəaliyyət qabiliyyətinin olmaması müəyyən edilmiş, Tovuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli səırəncamı ilə o, Qalib Tanırverdiyevin qəyyumu təyin edilmişdir Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı ərizədə göstərilənləri təsdiq edərək iddia tələbini müdafiə etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsində göstərilənlərlə razı olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-249/2024 saylı qətnaməsinə əsasən, X6 və Cavabdeh arasında olan nikahın pozulması, X4 hər ay hər uşağa 130 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət olunmuşdur. Həmin qətnmə ilə bağlı 2(062)-249/2024 saylı xx.xx.2024-cü il tarixli cra vərəqəsi verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-837/2024 saylı qətnaməsinə əsasən X6 orta dərəcəli əqli gerilik səbəbindən öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik olmadığından psixi vəziyyətinə görə fəaliyyət qəbiliyyəti olmayan şəxs hesab edilmişdir. Tovuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 7 nömrəli sərəncamına əsasən X6 anası İddiaçı himayəsinə verilmişdir. X11 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞT/MT024/2025-0244 saylı arayışdan müəyyən olunur ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, qarşı tərəfə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə bildiriş göndərilmiş, lakin Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İlkin mediasiya xərcləri (50 manat) İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 72.1. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Müəyyən edilmişdir ki, X6 və Cavabdeh nikah münasibətlərində olmuş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-249/2024 saylı qətnaməsinə əsasən həmin nikah pozulmuş və nikahdan dünyaya gəlmiş azyaşlı uşaqların saxlanması məqsədilə cavabdehin aylıq sabit məbləğdə aliment ödəməsi müəyyən edilmişdir. Bundan sonra, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-837/2024 saylı qətnaməsinə əsasən X6 orta dərəcəli əqli gerilik səbəbindən öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik olmadığından psixi vəziyyətinə görə fəaliyyət qəbiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Göründüyü kimi aliment ödəmək öhdəliyi müəyyən edildikdən sonra X5 vəziyyətində dəyişiklik baş vermiş, o, hazırda faktiki olaraq öz aliment ödəmək vəzifəsinin mənasını şüurlu dərk etmək və şüurlu surətdə icra etmək iqtidarına malik deyildir. Belə olan təqdirdə ondan üzərinə qoyulmuş öhdəliyin icra edilməsini tələb etmək və öhdəliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi diqqətəlayiq hal kimi qiymətləndirilməli, X3 Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq aliment ödəməkdən azad edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 Rayon Məhkəməsinin 2(062)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-1522/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1522/2025
05.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver