Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1565/2025 12.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşaq » tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «uşaq» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il təvəllüdlü Gəray adlı uşağın yaşayış yerinin onun yanı müəyyən edilməsi və həmin uşağın onun yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Fatimə və xx.xx.2011-ci il təvəllüdlü Gəray adlı uşaqları doğulmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və birgə nikahlarından doğulmuş uşaqlar cavabdehin yanında saxlanılmışdır. Halbuki, Gəray adlı uşaq keçən ilin dekabr ayından onun yanındadır. Uşağı qaytarmaq cəhdləri baş tutmamışdır. Uşaq anasına getməkdən imtina etmiş və onunla qalmaq istədiyini bildirmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Gəray adlı uşaq aralarında olan nikahın pozulması tələbinə baxılan zaman da onun yanında olmuşdur. Hazırda da onunla birgə yaşayır. Məhkəmə iş materiallarını araşdırıb, tətbiq edilməli olan hüquq normaları baxımından hüquqi dəyərləndirmə aparıb belə nəticəyə gəlir ki, mülki iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki iş materiallarında olan: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2172 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra onların birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Fatimə və xx.xx.2011-ci il təvəllüdlü Gəray adlı uşaqlar anasının yanında saxlanılmış, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay bir uşaq üçün 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 7.8-ci bəndində göstərilmişdir ki, Məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. İddia tələbinin dəlillərinə istinad edilən zaman müəyyən olunur ki, Gəray adlı uşağın məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə anasının yanında saxlanıldığı tarixdən bu yana iddiaçı tərəfindən həmin uşağın ondan alınması üçün hər hansı yeni bir sübuta istinad edilməmişdir. Həm iddia ərizəsindən, həm də, iddiaçının məhkəmə hazırlıq iclasında verdiyi izahatdan məlum olur ki, nikahın pozulması tələbinə dair işə baxılan zaman Gəray adlı uşaq atanın yanında olmuşdur. Lakin iddiaçı həmin məhkəmə prosesində iştirak etməmiş və bu kimi halları bildirməmişdir. Digər tərəfdən həmin qətnaməni əldə etdiyi zaman qətnamədən yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verməmişdir. Hansı ki, göstərilən hallar nikahın pozulması tələbi barədə iddiaya baxılan zaman məhkəmə tərəfindən nəzərə alınmış və məhkəmə uşaqların ananın yanında verilməsini qanunamüvafiq saymışdır. Göründüyü kimi iddiaçının xahişi yuxarıda göstərilən Plenum Qərarının tələbləri üzrə qiymətləndirildikdə mövcud vəziyyətdə işə məhkəmədə baxılmasına yol verilməməsinə dəlalət edir. Yəni hazırda tələb məhkəmə baxışının predmeti ola bilməz. Odur ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər (Mülki Prosessual Məcəllənin 262.1, 262.4 və 262.5-ci maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «uşaq» tələbinə dair mülki iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilsin. İzah edilir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə yenidən müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1565/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1565/2025
12.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver