Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1575/2023 30.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahlarından andan olmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və 24 may 2015ci il təvəllüdlü X6 adlı övladlarının saxlanması üçün təyin olunmuş alimentin məbləğini artırılaraq cavabdehdən bir uşaq üçün 250 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışıdr ki, Cavabdeh ilə nikahları Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(025)-107/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və 24 may 2015-ci il təvəllüdlü X6 adlı övladlarının hər birinə 160 manat olmaqla, cəmi 320 manat aliment ödənilməsi müəyyən olunmuşdur. Həmin məbləğlə uşaqların xərcini qarşılaya bilmir, uşaqlar hazırlığa gedirlər. Ümumi yaşayış minimumu da yüksəlib. Özüdə işləmir. Ona görə də Cavabdeh birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və 24 may 2015-ci il təvəllüdlü X6 adlı övladlarının saxlanması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq cavabdehdən bir uşaq üçün 250 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(025)- 107/2020 saylı qətnaməsi ilə Cavabdeh hər ay bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda həmin aliment məbləği uşaqların tələbatını ödəmir. Odur ki, tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin Cavabdeh məhkəməyə teleqram göndərərk bildirdi ki, hal-hazırda işsizdir və iddiaçıya aliment borcu var. Alimenti fəhlə işləyərək güclə ödəyir. Ona görə də, alimentin qaldırılmasında nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş qətnamənin sürətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(025)-107/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş və xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və 24 may 2015-ci il təvəllüdlü X6 adlı uşaqlar üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat ödənilməsi gət edilmişdir. iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, İddiaçı Tovuz rayonu Çatax kənd icra nümayəndəliyində qeydiyyatdadır və himayəsində xx.xx.2012-ci il təvəllüdlü X4 və 24 may 2015-ci il təvəllüdlü X6 uşaqları vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(025)-107/2020 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 və 24 may 2015-ci il təvəllüdlü X6 adlı uşaqlar üçün hər ay hər uşaq üçün 160 manat ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və 24 may 2015-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(025)-107/2020 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 və 24 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşaq üçün200 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 68 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia tələbi qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(025)-107/2020 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 və 24 may 2015-ci il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1575/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1575/2023
30.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver