Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1645/2024 08.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «uşağın xəstəliyi ilə əlaqədar müalicə xərclərinin ödənilməsi tələbinə» dair mülki işə Tovuz şəhərində 08 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 27 aprel 2013-cü ildə anadan olmuş Nurlan adlı uşaqlarının xəstəliyi ilə əlaqədar müalicəsinə xərclənmiş 891 manat pulun və mediasiya prosesi üçün ödənilmiş 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X2 təmsil etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X2 iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, tərəflərin birgə nikahlarından 27 aprel 2013-cü ildə Nurlan adlı uşaqları olmuşdur. Uşaq birinci qrup əlildir. Mütəmadi olaraq uşağın müalicəyə ehtiyacı vardır. Ona xüsusi diqqət və qayğı lazımdır. Ona görə də uşağa kifayət qədər pul vəsaiti də lazım olur. Uşaq nəfəs ala bilmədiyi üçün əməliyyat etdirmişdir. Bununla bağlı müalicə və müayinəsinə 891 manat pul xərcləmişdir. İddiaçı uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Odur ki, Cavabdeh 27 aprel 2013-cü il tarixdə anadan olmuş Nurlanın xəstəliyi ilə əlaqədar müalicəsinə xərclənmiş 891 manat pulun və mediasiya prosesi üçün ödənilmiş 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçı ilə birgə nikahlarından 27 aprel 2013-cü ildə Nurlan adlı uşaqları anadan olmuşdur. Hər ay alimentini ödəyir. Tələb olunan məbləği ödəyə bilməz. Uşağın xəstəliyi ilə əlaqədar dövlət tərəfindən pul ödənilir və həmin pul müalicə üçün yetərlidir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Surəti işə əlavə olunmuş arayışdan görünür ki, tərəflərin birgə nikahlarından 27 aprel 2013-cü ildə Nurlan adlı uşaqları anadan olmuşdur. Surəti işə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)-3003/2017 saylı, 18 iyul 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 27 aprel 2013-cü ildə anadan olmuş Nurlan adlı uşağın xəstəliyi ilə əlaqədar müalicəsinə xərclənmiş 300 manat tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı uşağın müalicəsi ilə əlaqədar 891 manat pul xərcləmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 27 aprel 2013-cü ildə Nurlan adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaq anasının yanındadır. Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh uşağın saxlanılması üçün aliment ödəyir. İddiaçı uşağın xəstəliyi ilə əlaqədar müalicə xərclərinin ödənilməsini istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə hesab edir ki, hər iki valideyn uşağın saxlanılması və əlavə xərclərində müştərək qaydada iştirak etməlidir. Ona görə də 27 aprel 2013-cü il tarixdə anadan olmuş Nurlan adlı uşağın müalicəsinə çəkilmiş 891 manat xərcin yarısı Cavabdeh aid edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Göründüyü kimi cavabdehin olduğu müalicə xərci 1000 manatdan aşağı, yəni 445,5 manat məbləğ təşkil edir. Ona görə Cavabdeh 30 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 27 aprel 2013-cü il tarixdə anadan olmuş Nurlan adlı uşağın müalicəsinə çəkilmiş 891 manat xərcin yarısı, yəni 445,5 manat pul və mediasiya xərci üçün ödənilmiş 50 manat Cavabdeh tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1645/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1645/2024
08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver