Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1674/2023 25.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkil X2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı uşağın himayədə saxlanılması, aliment ödənilməsinin ləğv edilməsi və aliment alınması tələbinə dair mülki işə Tovuz şəhərində 25 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 19 noyabr 2013-cü ildə anadan olmuş Məhəmməd və 10 aprel 2016-cı ildə anadan olmuş Vüqar adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 220 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı uşağın himayədə saxlanılması, aliment ödənilməsinin ləğv edilməsi və aliment alınması tələbinə dair ərizə verərək, birgə nikahlarından 19 noyabr 2013-cü ildə anadan olmuş Məhəmməd adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-473/2021 saylı qətnaməsi ilə 120 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin 2021-ci ilin mart ayından ödənilməsinin ləğv edilərək dayandırılması, Məhəmməd adlı uşağın onun himayəsində qalmaqla, yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə Məhəmməd və Vüqar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Məhəmməd adlı uşaq 2 ildir ki, cavabdehin himayəsindədir. 2021-ci ilin mart ayında aldadaraq aparmış və qaytarmamışlar. Vüqar adlı uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Məhəmməd adlı uşağını da tələb edir və bu barədə aidiyyatı üzrə Cəbrayıl rayon Məhkəməsində iddia qaldıracaqdır. Odur ki, Cavabdeh 19 noyabr 2013-cü il tarixdə anadan olmuş Məhəmmədin və 10 aprel 2016-cı il tarixdə anadan olmuş Vüqar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə sabit məbləğdə 220 manat aliment alınıb ona verilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkil X3 təmsil etmişdir. Cavabdeh səlahiyyətli nümayəndəsi, vəkil X3 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, tərəflərin birgə nikahlarından 19 noyabr 2013-cü ildə Məhəmməd və 10 aprel 2016-cı il tarixdə Vüqar adlı uşaqları anadan olmuşdur. Cavabdeh Tovuz Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən hər ay aliment ödəyir. Lakin Məhəmməd adlı uşaq 2021-ci ilin mart ayından bəri Cavabdeh himayəsindədir. Ona görə də, tərəflərin birgə nikahlarından 19 noyabr 2013-cü ildə anadan olmuş Məhəmməd adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-473/2021 saylı qətnaməsi ilə 120 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin 2021-ci ilin mart ayından ödənilməsinin ləğv edilərək dayandırılması, Məhəmməd adlı uşağın onun himayəsində qalmaqla, yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment tutulub ona verilməsini tələb edirlər. Ona görə də ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən hər iki iddia qismən təmin edilməlidir. Surəti işə əlavə olunmuş arayışdan görünür ki, tərəflərin birgə nikahlarından 19 noyabr 2013-cü ildə Məhəmməd və 10 aprel 2016-cı il tarixdə Vüqar adlı uşaqları anadan olmuşdur. Surəti işə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)-473/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, 19 noyabr 2013-cü ildə anadan olmuş Məhəmməd və 10 aprel 2016-cı il tarixdə anadan olmuş Vüqar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olunmuş 13 may 2022-ci il tarixli 50 nömrəli arayışdan görünür ki, X1 rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinə 01 oktyabr 2018-ci il tarixdən məktəbəhazırlıq qrupuna qəbul edilmiş və orada fasiləsiz təhsil alır. Hazırda həmin məktəbin 3-cü sinifində oxuyur. İşə əlavə olunmuş 19 may 2022-ci il tarixli aktdan görünür ki, Cəbrayıl rayonu Böyük Mərcanlı kəndinin sakinlərindən 4 nəfər X4 atası Cavabdeh ilə birlikdə Biləsuvar rayonu 6 saylı qəsəbədə yaşayır və orada məktəbə gedir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ilkin iddia üzrə İddiaçı və cavabdeh, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə 2011-ci ildə ailə qurub, evlənmişlər. Tərəflərin birgə yaşayışlarından 19 noyabr 2013-cü ildə Məhəmməd və 10 aprel 2016-cı ildə Vüqar adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Tovuz rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 2 uşağın saxlanılması üçün hər ay hər uşağa görə 120 manat aliment müəyyən edilmişdir. 2021-ci ilin mart ayından 19 noyabr 2013-cü il təvəllüdlü Məhəmməd adlı uşaq atası Cavabdeh yanında yaşayır. Vüqar adlı uşaq anasının yanındadır. Bu hal həm tərəflərin izahatı ilə, həm də işdə olan sənədlərlə təsdiq olunur. Hazırda iddiaçı hər iki uşağın saxlanılması üçün ödənilən alimentin məbləğinin artırılmasını istəyir. Qarşılıqlı iddia üzrə iddiaçı isə Məhəmməd adlı uşağın onun yanında saxlanılmasını, həmçinin həmin uşağa görə ödənilən alimentin dayandırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə 10 aprel 2016-cı il təvəllüdlü Vüqar adlı uşağın hazırda İddiaçı yanında olmasını nəzərə alaraq hesab edir ki, iddianın Vüqar adlı uşağa münasibətdə alimentin artırılması hissəsində qismən təmin edilməlidir. Məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş Vüqar adlı uşağın diqqətəlayiq mənafeyini və tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, uşağın saxlanması üçün ayda ödəniləcək alimentin miqdarının artırılaraq sabit pul məbləğində hər ay 180 manat müəyyən olunmaqla iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. İddianın alimentin məbləğinə və 19 noyabr 2013-cü ildə anadan olmuş Məhəmməd adlı uşağa münasibətdə qalan hissəsi təmin edilməməlidir. Həmçinin məhkəmə qarşılıqlı iddiaya münasibət bildirirərək hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Cavabdeh Tovuz rayon Məhkəməsinin 2(062)-473/2021 saylı 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə 19 noyabr 2013-cü il təvəllüdlü X6 görə müəyyən edilmiş 2021-ci ilin mart ayından hazırkı vaxtadək olan aliment öhdəliyindən azad edilməlidir. Qarşılıqlı iddianın qalan hissəsi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə yaşayışlarından 19 noyabr 2013-cü ildə anadan olmuş Məhəmməd adlı uşaq 2021-ci ilin mart ayından hal-hazırki vaxtadək Cavabdeh yanında yaşamaqla, onun yaşadığı yer üzrə təhsil alır. Bu hal onu deməyə əsas verir ki, Məhəmməd adlı uşaq 2021-ci ilin mart ayından anası İddiaçı yanında yaşamır. Güstərilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsaslanaraq 19 noyabr 2013-cü il təvəllüdlü Məhəmməd adlı uşaq üçün Cavabdeh ödənilməli olan aliment öhdəliyindən 2021-ci ilin mart ayından hazırki vaxtadək olan hissəsindən Cavabdeh azad olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddianın uşağın Cavabdeh yanında qalması hissəsində təmin edilməməlidir. Belə ki, Cavabdeh tərəfindən 19 noyabr 2013-cü il təvəllüdlü Məhəmməd adlı uşaq məhkəməyə gətirilmədiyindən uşağın məhkəmə iclasında dindirilməsi və mövqeyinin müəyyən olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.4-cü bəndinə əsasən, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bu səbəbdən məhkəmə uşağın kimin yanında qalması məsələsini müzakirə etmir və bu hal qeyri müəyyən olduğundan məhkəmə iddianın həmin hissəsinin təmin olunmasını məqsədə müvafiq hesab etmir. Eyni zamanda məhkəmə həmin uşağa görə alimentin müəyyən olunmasını məqsədə müvafiq hesab etmir. Belə ki, hazırda alimentin müəyyən edilməməsi gələcəkdə valideynlərin alimentlə bağlı məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu artırılmış hissədə 1000 manatdan aşağı, yəni 720 manat məbləğ təşkil edir. Ona görə Cavabdeh 30 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tovuz rayon Məhkəməsinin 2(062)-473/2021 saylı 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 10 aprel 2016-cı il tarixdə anadan olmuş Vüqar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın alimentin məbləğinə və 19 noyabr 2013-cü ildə anadan olmuş Məhəmməd adlı uşağa münasibətdə qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh Tovuz rayon Məhkəməsinin 2(062)-473/2021 saylı 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə 19 noyabr 2013-cü il təvəllüdlü X6 görə müəyyən edilmiş 2021-ci ilin mart ayından hazırkı vaxtadək olan aliment öhdəliyindən azad edilsin. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1674/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1674/2023
25.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver