Məhkəmə qərarları › İş №2(062)-168/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-168/2024

22.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-168/2024 22.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddaiçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və X15 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı 31 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ilə məhkəməyə müraciət edərək Tovuz regional “Asan xidmət mərkəzinin Notariat ofisində təsdiq olunmuş mərhum X8 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın 31 oktyabr 2022-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 118,2 kv/m olan iki otaqlı fərdi yaşayış evini X8 Cavabdeh2 bağışlamışdır. Müqaviləni İddiaçı1 səlahiyyətli şəxs kimi imzalamışdır. Bağışlayan şəxs, yəni Əli Rüstəmov bağışlama müqaviləsindən 3 ay sonra vəfat etmişdir. Onun ölümündən sonra cavabdeh onları evdə yaşamağa qoymur və evdən çıxarmaq istəyir. Cavabdeh mülkiyyəti ələ keçirdikdən sonra mülkiyyətçi olduğundan onları qanunla qorunan hüquqlarını pozmuşdur. Mübashisə olunan fərdi yaşayış evi 28 fevral 1989-cu ildə dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evini İddiaçı1 birgə nikah dövründə əldə etmişlər. Bağışlama müqaviləsi rəsmi qaydada bağlanılsa da cavabdeh ailə hüquq münasibətlərindən irəli gələn münasibətləri kobud surətdə pozmuşdur. Belə ki, hər gün evdə mübahisə yaradır, mülkə sahib olduğuna görə istədiyi vaxt mülkdən çıxarmaqla onları hədəliyir, hətta mülk mübahisəsi evdə dava-dalaşa gətirib çıxarır. Mübahisə oluinan mülk bağışlanmış olsa belə, həmin mülkdən onların məcburi payı vardır. Bağışlama müqaviləsi bağlandıqdan sonra bağışlayan öldükdən sonra vərəsələrin qanunverciliklə iki il müddətinə müqavilənin ləğv etdirmək hüququ vardır. Qanunvercilik mübahisə olunan fərdi yaşayış evini bağışlamağa imkan versə də onların bağışlanan mülkdən pay hüquqlarının olmasına da imkan vermişdir. Yəni bağışlanan əmlak məcburi pay hüququ ilə məhdudlaşır və həmin əmlakdan pay tələbləri vardır. Ona görə də Tovuz regional “Asan xidmət mərkəzinin Notariat ofisində təsdiq olunmuş mərhum X8 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın 31 oktyabr 2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh onun oğludur. Mərhum yoldaşı evi bağışlayarkən cavabdehlə aralarında heç bir mübahisə olmamışdır. Lakin mərhum həyat yoldaşının vəfatından sonra Cavabdeh2 ona həmin evdə yaşamağa imkan vermir. Onu təhqir edir, döyür və dəfələrlə polisə müraciət etmişdir. Aralarında mübahisələr olur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək bildirdi ki, onun heç bir tələbi yoxdur. Cavabdehlə anası ilə birlikdə mübahisələr olur. Ona görə də bağışlama müqaviləsinin etibarsız heab edilməsini və mülkün anasının adına keçməsini xahiş etmişdir. Əvvləki məhkəmə iclasında iştirak edən İddiaçı3 bildirdi ki, atası xəstə olduğu zaman onun bütün xərclərini, hətta dəfn xərclərini o çəkmişdir. Qanunvericiliyə əsasən bağışlama müqaviləsi əmlak bağışlanandan sonra ləğv oluna bilər. Ona görə də bağışlama müqaviləsinin ləğv olunmasını və əmlakın anası İddiaçı1 adına keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçılar 3000 manat pul istəyir. İddiaçıların payına nə qədər pul düşürsə onu verməyə hazırdı. Lakin iddiaçının iddia tələbi əsassızdır. Ona görə də rədd olunmasını xahiş etmişdir. Cavabdehl Tovuz regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 118,2 kv/m olan iki otaqlı fərdi yaşayış evini atası X8 Cavabdeh2 bağışlamışdır. Müqaviləni İddiaçı1 səlahiyyətli şəxs kimi imzalamışdır. Bağışlayan şəxs, yəni Əli Rüstəmov bağışlama müqaviləsindən 3 ay sonra vəfat etmişdir. Onun ölümündən sonra cavabdeh onları evdə yaşamağa qoymur və evdən çıxrmaq istəyir. Cavabdeh mülkiyyəti ələ keçirdikdən sonra mülkiyyətçi olduğundan onları qanunla qorunan hüquqlarını pozmuşdur. Mübahisə olunan mülk başlanmış olsa belə, həmin mülkdən onların məcburi payı vardır. Bağışlanma müqaviləsi bağlandıqdan sonra bağışlayan öldükdən sonra vərəsələrin qanunverciliklə iki il müddətinə müqavilənin ləğv etdirmək hüququ vardır. Yəni bağışlanan əmlak məcburi pay hüququ ilə məhdudlaşmır və həmin əmlakdan pay tələbləri vardır.İddiaçıların payı dar vardır və onların payına düşən bağlanmış bağışlama müqaviləsinə əsasən Cavabdeh2 bağışlamışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X8 özünə məxsus Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 118,2 kv/m olan iki otaqlı fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X1 02 aprel 1970-ci ildə nikah qeyd etdirmiş və arvada Rüstəmova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1987-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 118,2 kv/m olan iki otaqlı fərdi yaşayış evinin mülkiyyətçisi X8 olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 442 nömrəli arayışdan görünür ki, mərhum X3 vəfatından sonra yoldaşı İddiaçı1, oğlullar- X9, X10, Cavabdeh2, İddiaçı3, X11, X7, X5, və qızları İddiaçı2, X4, X2 adlı ailə üzvləri qalmışdır. Məhkəmə iddia tələbinin əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı1 sərbəst ifadə verərək mərhum yoldaşı evi oğluna bağışlayan zaman Cavabdeh2 ona ölənədək həmin evdə baxacağına söz verməsini, lakin həyat yoldaşı öldükdən və cavabdeh evi öz adına sənədləşdirdikdən sonra vədinə əməl etməməsini bildirmişdir. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi bağlanılarkən İddiaçı1 hədiyyə alanın nümayəndəsi kimi hədiyyəni qəbul etmişdir. Hədiyyə verən kimi isə öz iradəsini ifadə etməmişdir. Halbuki, mərhum əri tərəfindən hədiyyə edilən əmlak İddiaçı1 ilə Əli Rüstəmovun birgə nikah münasibətlərində əldə edilmiş əmlakdır. X8 ilə X1 02 aprel 1970-ci ildə nikah qeyd etdirmiş, xx.xx.1987-ci ildə Əli Rüstəmovun adına ev qeydə alınmışdır. Odur ki, məhkəmə qeyd edir ki, X8 arvadı İddiaçı1 əvəzinə sərəncam verməkdə haqlı olmamışdır. Ailə Məcəlləsinin 33-cü, eləcə də Mülki Məcəllənin 225.6-cı maddələrinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Cavabdeh ər-arvadın qarşılıqlı razılığı ilə əmlakın bağışlanılmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin müqavilə əqdlərlə bağlı normalara uyğun bağlanılmadığından etibarsız hesab edilməlidir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, tam əşya hüququ olan mülkiyyət hüququnun müdafiəsinə iddia müddəti şamil edilmədiyindən, əqd bağlandığı zaman lazımi subyektlərin iştirakı olmadan əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin müvafiq iddialarına Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən edilmiş müddətin tətbiqi mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki işə əqdlərin mübahisələndirilməsi ilə bağlı müddətlər tətbiq edilə bilməz. hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Məhkəmə, iş materiallarını araşdırıb sübutları məcmu halında qiymət berərək hesab edir ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən, iddia təmin olunmalı, Tovuz regional “Asan xidmət mərkəzinin Notariat ofisində təsdiq olunmuş mərhum X8 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın 31 oktyabr 2022-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. X8 ilə Cavabdeh2 arasında Tovuz regional “ASAN”xidmət” mərkəzində bağlanılmış, 4Ə-1474 nömrə ilə qeydə alınmış 31 oktyabr 2022-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar