Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1848/2024 14.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı,nümayəndəsi Vəkil2, Cavabdeh1 nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına qeydə alınmış xx.xx.2023-cü il tarixli, ********** reyestr nömrəli qeydiyyatın və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi, Cavabdeh2 adına qeydə alınmış xx.xx.2024-cü il tarixli, ********** reyestr nömrəli qeydiyyatın və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Tovuz şəhərində 14 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia qaldıraraq 17 mart 2023- cü ildə Tovuz Regonal ASAN xidmət mərkəzinin notariat ofisində vermiş olduğu etibarnamə əsasında X11 ilə Cavabdeh1 arasında bağlanmış və reyestrdə 8i-23698 sayal qeydə alınmış mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X13 onun oğludur. Cavabdeh1 ilə oğlu Vüsal yaxın dost olmuşlar və özü cavabdehi şəxsən tanıyır. Oğlu Vüsalla cavabdeh Bakı şəhərində ticarətlə məşğul olmuşlar. Onların Bakı şəhərində ticarətlə məşğul olmasını çox sonralar bilmişdir. 2022- ci ilin sentyabr ayında qonşusu X11 və Cavabdeh1 ona təklif etmişlər ki, Vüsalın onlara 36000 manat borcu var. Sonradan hər ikisi ona bildirmişlər ki, borc 36000 manat yox, 44000 manatdır.Oğlunun borcu olmasından xəbərsiz idi.X11 və Cavabdeh1 ona təklif etdilər ki, evi banka ipotekaya qoymaqla pul götürüb həmin pulla Vüsalla birgə işləyəcəklər və həm borcunu Vüsal ödəyəcək, həm də ticarət etməklə bankın borcunu ödəyəcəklər.Hesab edirdi ki, gələcəkdə cavabdeh və oğlu hissəhissə bankın pulunu qaytaracaqlar.Vüsal tək oğul olduğuna görə qorxaraq evini banka ipotekaya qoymağa razılaşmışdır.Sənan təklif etmişdi ki, adına etibarnamə versin və o, etibarnamə əsasında ərindən miras qalmış evi vərəsəlik qaydasında adına sənədləşdirsin. Onun təklifini qəbul etmiş və Sənanın adına etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Sənan vərəsəlik qaydasında evi onun xəbəri olmadan adına səndləşdirmişdir. Sənədləşdirmə ilə bağlı bütün rüsumları X12 və Cavabdeh1 ödəmişdir. 17 mart 2023- cü ildə onun xəbəri olmadan yaşadığı evə dair alqı-satqısı müqaviləsi bağlanmış və Əhməd evi ələ keçirməyə nail olmuşdur. Cavabdehlər onun etibarından sui istifadə etməklə onu aldatmış və mülkü ələ keçirmişdır. Razılıq verdiyi əqd ipoteka müqaviləsi olmuşdur.Cavabdeh1 və Sənan Mehdiyevlə əlbir olub onu aldatmış, bağlamaq istədiyi müqaviləni deyil, alqı-satqı müqaviləsi bağlamışlar. Onların niyyəti əvvəlcədən yaranış və niyyətləri mülkünü ələ keçirmək olmuşdur. Etibarnamədən cavabdeh pis niyyətlə istifadə etməsi özü heç bir rüsum ödəmədən vərəsəlik qaydasında evi adına sənədləşdirməklə tam sübut olunur. Alqı-satqı müqaviləsini son vaxtlar əldə etdikdə ona məlum olmuşdur ki, evi Sənan 24000 manata qiymətləndirmişdir. Halbu ki, həmin ərazidə fərdi yaşayış evlərinin bazar qiyməti 80000-85000 manat məbləğindədir. 17 mart 2023-cü il tarixli alqısatqı müqaviləsini də etibarnamə əsasında Sənan imzalamışdır. Cavabdeh onu aldatmaqla ağır vəziyyətə salmış və onu evsiz qoymuşdur.Yeganə yaşayış evi mübahisə olunan evdir və həmin evdən başqa onun evi yoxdur. Odur ki, 17 mart 2023-cü ildə Tovuz Regonal ASAN xidmət mərkəziin notariat ofisində vermiş olduğu etibarnamə əsasında X11 ilə Cavabdeh1 arasında bağlanmış və reyestrdə 8i-23698 sayal qeydə alınmış mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. O məhkəmədən xahiş etmişdir ki, İddiaçı və X4 ilə (nümayəndə X11 vasitəsi ilə) Cavabdeh1 arasında bağlanmış ünvan 2 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 154,9 kv.m. fərdi yaşayış evinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı müqavilə etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 2 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 154,9 kv.m. fərdi yaşayış evi barəsində Cavabdeh1 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarxili ********** reyestr nömrəli qeydiyyat və onun əsasında verilmiş Çıxarış ləğv edilməlidir. İddiaçının adından yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə təqdim edilmişdir. Həmin ərizə belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə verilmiş dəqiqləşmə ərizəsində alqı-satqı müqaviləsinin etibarsızlığı və həmin alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi barəsində Cavabdeh1 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixi ********** reyesir nomreli qeydiyyatın və onun əsasında verimiş çıxarışın leğv edilməsi barəd qətnamə çıxarılması xahiş olunmuşdur. Sözügedən fərdi yaşayış evi başqa şəxsin adına özəninkiləşdirildiyi üçün hesab edir ki, müqavilənin etibarsızlığı ilə yanaşı, həmçinin həmin müqavilə əsasında cavabdehin və digər şəxs Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reysterində aprılmış müvfiq qeydlər və onun asasında verilmiş çıxarışlar da ləğv edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh2 maraqlarına toxunduğundan, Cavabdeh2 hazırkı iş üzrə cavabdehlər siyahısına əlavə edilməsi, İddiaçı və X5 ilə (nümayəndə X11 vasitəsi ilə) Cavabdeh1 arasında bağlanmış ünvan 2 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 154,9 kv.m fərdi yasayış evinin alqi-satqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* 4aylı müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Tovuz şəhər Xəqani küçəsi ev 3A ünvanında yerləşən, 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 154.9 kv.m. fərdi yasayis evi barəsində Cavabdeh1 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixi, ********** reyestr nömrəli qeydiyyatın va onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı ünvan 3 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 154.9 kv.m fərdi yasayis evi barəsində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2024-cü il tarixli, ********** reyesir nömrəli qeydiyyatın va onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, həmçinin ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 430 (dörd yüz otuz) manat, cəmi 530 (beş yüz otuz) manat pul vəsaitinin cavabdehdlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi əlavə olaraq izahatında göstərdi ki, alıqsatqı müqaviləsində evin alınmasına dair ödənilmiş məbləğdən belə müəyyən etmək olar ki, alqı-satqı müqaviləsi formal olaraq bağlanılmışdır. Məhkəmə nin əvvəlki iclasında iştirak edən Cavabdeh1 və onu təmsil edən nümayəndəsi iddianı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçı etibarnamə vermiş və həmin etibarnamə əsasında qanuna müvafiq qaydada alqısatqı müqaviləsi bağlanmışdır. İddiaçı aldatmamış, müqavilədə nəzərdə tutulan şərtlərə uyğun alqı-satqı həyata keçirilmişdir. Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, işə əlavə olunmuş 07 oktyabr 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Tovuz regional “ASAN” xidmət mərkəzində X7 1 il müddətinə etibarnamə vermiş, etibarnamə notarius tərəfindən təsdiq olunmuş və etibarnamə şəxsən iddiaçı tərəfindən imzalanmışdır. Həmin etibarnamədə iddiaçı cavabdehə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, mirasa dair şəhadətnamə almağı və s. səlahiyyəti etibar etmişdir. Həmçinin etibarnamədə qeyd edilmişdir ki, notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüququ və vəzifələri etibar edənə ətraflı izah olunmuşdur. İşə əlavə olunmuş 17 mart 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı və X1 əvəzinə X2 şəhəri, Xəqani küçəsi 3A ünvanda yerləşən ümumi sahəsi 154,9 kv/m, yaşayış sahəsi 49.8 kv/m, yardımçı sahəsi 105.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evini 24000 manata Cavabdeh1 satmış və müqavilədə nəzərdə tutulan məbləğ iddiaçıya tam ödənilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş və müqavilə satıcı tərəfindən etibanamə üzrə X11 və alıcı Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdə olan 07 oktyabr 2022-ci il tarixli 787817 nömrəli eitbarnamədən görünür ki, Əsgərova X3 Sənan Arif oğluna onun bütün əmlakı üzərində sərəncam verməklə bağlı səlahiyyət vermişdir. İşdə olan 03 iyul 2024-cü il tarixli ******* nömrəi alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mübahisəli əmlakı Cavabdeh2 satmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mübahisəli ev Cavabdeh2 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestdən çıxarış verilmişdir. Məhkəmə araşdırmları zamanı müəyyən olundu ki, 07 oktyabr 2022-ci il tarixli etibarnaməyə əsasən İddiaçı Tovuz regional “ASAN” xidmət mərkəzində X7 bir illik müddətinə etibarnamə vermiş, həmin etibarnamədə iddiaçı X8 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, mirasa dair şəhadətnamə almağı və s. səlahiyyəti etibar etmişdir. Həmin etibarnamə ilə Sənan Mehdiyev iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərancam verməyə səlahiyyətli şəxs olmuşdur. İşdə olan 17 mart 2023- cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilsi ilə İddiaçı ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 154,9 kv/m , yaşayış sahəsi 49.8 kv/m, yardımçı sahəsi 105.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evini 24000 manata Cavabdeh1 satmışdır və müqavilədə nəzərdə tutulan məbləğ iddiaçıya tam ödənilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş və müqavilə satıcı tərəfindən etibanamə üzrə X11 və alıcı Cavabdeh1 tərəfindən imzalanmışdır. Həm etibarnamənin məzmunundan da göründüyü kimi notarius tərəfindən İddiaçı onun hüquq və vəzifələri izah edilmişdir. Eyniu zamanda Sənana mübahisəli əmlakla bağlı etibarnamə vermiş Püstəxanım isə etibarnamənin məzmununu ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi kimi İddiaçı əslində nəzərdə tutulmuş başqa əqdi bağlamaq barədə razılığa gəlməkləri ilə bağlı irəli sürdüyü dəlilləri inandırıcı qəbul etmir. Belə ki, işdə olan alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Sənana 07 oktyabr 2022-ci ildə etibarnamə vermiş, Püstəxanım isə 01 noyabr 2022-ci ildə Sənana etibarnamə vermişdir. Əgər nəzərə alsaq ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir, o zaman Püstəxanımın əqdi bəyənib, anasının bəyənməməsi inandırıcı deyildir. Yəni, Püstəxanım və Rəfiqə Sənana ayrı-ayrı vaxtlarda etibarnamə versələr də, onların əslində məqsədləri eyni olmuşdur. Bundan başqa iddiaçı cavabdeh tərəfindən aldadıldığını , mübahisə olunan fərdi yaşayı evini ipoteka müqaviləsi bağlamaq istədiyini iddia ərizəsində göstərsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1- ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin məcəllənin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Həmin məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Həmin Məcəllənin 394-cü maddəsinə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin məcəllənin 567- ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Məhkəmə iddiaçının nümayəndəsinin alqı-satqı müqaviləsində qiymətlərin reallığa uyğun olmayan şəkildə göstərilməsinin özünün cavabdehin vicdanlı alıcı olmamasına dəlalət edən sübut olmasına dair dəlillərinə münasibətdə məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair 12 aprel 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mənzilin hansı qiymətə satılıb alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alqı-satqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır. Mənzilin əvəzinə pulun verilməsi faktının əlavə hər hansı sənədlə təsdiq olunması mövcud qanunvericilikdə nəzərdə tutulmur və bu hal tərəflərin razılığı ilə həyata keçirilə bilər. Lakin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmələr tərəfindən mənzilin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə dair müəyyən olunmuş hallar onun aldatma yolu ilə həyata keçirilməsinə dair mülahizələrin yaranmasına səbəb ola bilər. Məhkəmə araşdırılması zamanı Cavabdeh1 və İddiaçı arasında bağlanılmış alqısatqı müqaviləsinin etibarlı müqavilə olması qənaətinə gəlindiyindən məhkəmə digər tələblər üzrə araşdırılma aparılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 213-227,233.1 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına qeydə alınmış xx.xx.2023-cü il tarixli, ********** reyestr nömrəli qeydiyyatın və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi, Cavabdeh2 adına qeydə alınmış xx.xx.2024-cü il tarixli, ********** reyestr nömrəli qeydiyyatın və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi barədə ddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1848/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1848/2024
14.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver