Məhkəmə qərarları › İş №2(062)-1944/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1944/2024

12.08.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1944/2024 12.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və X2 nümayəndəsi X15 iştirakıları lə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 oğlna, X4, Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə və Cavabdeh5 Notariat ofisinə və qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlar əasasında verilmiş sənədlərin ləğv edilməsi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz Rayon Notariat Kontoru tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V-634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2 və Cavabdeh3 adına tərtib olunmuş Tovuz rayonu Alakol kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli 18 sentyabr 2017-ci il tarixli çıxarışın, Tovuz Rayon Notariat Kontorunun 23 oktyabr 2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsinin, 23 oktyabr 2017-ci il tarixli 4Ə-1310 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onların əsasında verilmiş hüquqların qeydiyyata alınmasına dair çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 2V-313 nömrəli reyestrdə qeydə alnınmış vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında tərtib olunmuş çıxarışın ləğv olunması və miras əmlakın onun tərəfindən qəbul olunması faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən, yəni sonradan adı şəhadətnaməyə qanunsuz yolla əlavə edilmiş Cavabdeh3 qeydinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarışın qismən - Cavabdeh3 aid hissədə ertibarsız hesab edilməsi, 16 mart 2021-ci il tarixli 2V-313 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********45 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə mərhum X3na Tovuz rayonu Alakol kəndi ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsnin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz rayon Məhkəməsi iddianı tam təmin etmişdir. Cavabdehlər tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il 2(104)-1909/2022 saylı qətnaməsinə əsasən cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmişdir, Tovuz Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(062)-454/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmişdir. Həmçinin Tovuz Rayon Aqrar İslahat Komissiyasımn 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə mərhum X9 və Cavabdeh3 Tovuz rayonu Alakol kəndi ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsinin mərhum X8 payına düşən 0.14 ha hissəsinin miras əmlak kimi İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş, mərhum X6 miras qalmış əmlak barəsində 16 mart 2021-ci il tarixli 2V-313 reyestr nömrəli vərəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli çıxarış etibarsız hesab edilmişdir. Həmin torpaq dövlət reyestrində 086 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə anasının adma qeydə alınmışdır. X3 2012-ci il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsinə anasının ölümündən sonra fərdi yaşayış evi tikdirmişdir. Mirası faktiki olaraq qəbul etmişdir. Mərhumdan qalan 0,28 ha torpaq sahəsi hal-hazırda da onun istifadəsindədir. Hətta anası ilə onu sağlığında birgə təsərüffatda yaşamışlar. Ölümündən sonra da vərəsə kimi anasından qalan mülkü öz mülkü kimi istifadə etmişdir. Bununla bağlı anası Gilas Allahverdiyevanın nəvəsi Cavabdeh3 barəsində kənd icra nümayəndəliyinə ünvanladığı ərizədən də görünür ki, Cavabdeh3 qeydiyyatdan çıxarılması ilə bağlı müraciət etmişdir. X5 bu müraciəti onu sübut edir ki, onun əmlakla heç bir bağlılığı yoxdur. Sonradan ona məlum olmuşdur ki, mirasa dair qardaşı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alıb. Halbuki notarius mirasa dair şəhadətnamə verərkən mərhum anasının vərəsələrinin dairəsini müəyyən etməli idi. Buna baxmayaraq həmin mirası o qəbul etmiş və miras tamlıqla onundur. Bunu onunla əsaslandırır ki, qardaşı Cavabdeh2 ümumiyyətlə Tovuz rayonu ilə əlaqəsi yoxdur, 1980-cı ildən Tovuz rayonu ərazisindən çıxmışdır. Bu fakt İcra nümayəndəliyinin arayışında öz təsdiqini tapıb. Anası hətta sağlığında xəstə olduğu müddətində də qardaşı Cavabdeh2 yanına gəlməmişdir.Anasının xəstəliyi ilə bağlı xərclər və digər xidmətləri o göstərmişdir. Anasının sağlığında və vəfatından sonra da miras əmlaka sahibliyi, miras əmlaka dair kommunal xərclər və digər xidmətlər göstərilmişdir. Bundan əlavə anasından qalan miras əmlaka təmir bərpa işləri, əlavə olaraq yeni bir tikili, yəni yaşayış evi tikdirmişdir. Miras kütləsinin həcmini artırmışdır. Hazırda da həmin əmlakda ailəsi ilə nəvələri birlikdə yaşayır. Bütün bu qeyd etdikləri Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsində xüsusi olaraq qeyd edilmişdir. Yəni, hazırkı mübahisə əvvəllər məhkəmələr tərəfindən araşdırılmış və mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qanuni qüvvəsini almış və hal-hazırda da qanuni qüvvədədir. Bu hal da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərini özündə ehtiva edir. X1 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli 2(102)- 365/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(104)- 1909/2022 saylı qətnaməsi ləğv edilərək iş yenidən araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(104)-1369/2023 saylı qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(062)-454/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəul edilmiş, mərhum X6 miras qalmış əmlak barəsində 16 mart 2021-ci il tarixli 2V-313 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999cu il tarixli 30 saylı qərarı ilə X12ma və Cavabdeh3 Tovuz rayonu Alakol kəndi ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsinin mərhum X9 məxsus 0,140525 ha hissəsinin miras əmlak kimi İddiaçı, yəni onun tərəfindən faktiki qəul edilməsi faktı müəyyən edilmişdir. Bundan əlavə X9 və digər ailə üzvləri Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə Tovuz rayonu Alakol kəndi ərazisindən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 05 avqust 1999-cu il tarixli JN-979 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı tərtib edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Tovuz Rayon Notariat Kontoru tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V-634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ ilə aralarında Tovuz rayonu Alakol kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə 18 sentyabr 2017-ci il tarixdə reyestrdən çıxarış tərtib edilmişdir. Tovuz Rayon Notariat Kontorunda tərəflər arasında bölgü sxemi çəkilmiş və 23 oktyabr 2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0,1371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə 18 sentyabr 2017-ci il tarixdə reyestrdən çıxarış tərtib edilmişdir. Tovuz Rayon Notariat Kontorunda tərəflər arasında bölgü sxemi çəkilmiş və 23 oktyabr 2017-ci il tarixli 4Ə- 1311 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0,1371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 adına, yerdə qalan 0,055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə 23 oktyabr 2017-ci il tarixli 4Ə-1310 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasmda X13 adma özgəninkiləşdirilmişdir. Ona görə də, Tovuz Rayon Notariat Kontoru tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V-634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2 və Cavabdeh3 adına tərtib olunmuş Tovuz rayonu Alakol kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli 18 sentyabr 2017-ci il tarixli çıxarışın, Tovuz Rayon Notariat Kontorunun 23 oktyabr 2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsinin, 23 oktyabr 2017-ci il tarixli 4Ə-1310 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onların əsasında verilmiş hüquqların qeydiyyata alınmasına dair çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onun həmin vərəsəlik şəhadətnamədən xəbəri olmamışdır. Həmin şəhadətnamə qanunsuz və əsassızdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 bildirdi ki, 2006-cı ildə həmin evə gələndə onlar heç bilmirdilər ki, onların pay torpaqları haradadır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı bildirdi ki, şəhadətnamənin ləğv edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi X20 bildirdi ki, mübahisəli torpaq sahəsi nənəsi və dayısı oğlu Elşənin pay torpaqlarıdı. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə və Cavabdeh5 Notariat ofisinin nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən ləğv olunmuş DT və XK-i tərəfindən X8 və digər ailə üzvünün ümumi birgə mülkiyyət hüququ ilə adlarına Tovuz rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 30 saylı qərarı ilə Tovuz rayonu, Alakoİ kəndində yerləşən 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 05 avqust 1999-cu il tarixli, JN : 979 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” tərtib edilmişdir. Tovuz rayon Dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V- 634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ ilə adlarına Tovuz rayonu, Alakoİ kəndində yerləşən 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-cİ il tarixdə reyestrdən çıxarış tərtib edilmişdir. Tovuz rayon Dövlət notariat kontorunda tərəflər arasında bölgü sxemi çəkilmiş və xx.xx.2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.1371 ha təsərrüfatı təyinatlı torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə reyestrdən çıxarış tərtib edilmişdir.Tovuz rayon Dövlət notariat kontorunda tərəflər arasında bölgü sxemi çəkilmiş və xx.xx.2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.1371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 adına, yerdə qalan 0.055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixli 4Ə- 1310 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X13 adma özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin surətindən görünür ki, X6 qalmış mirası Cavabdeh2 tərəfindən miras qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(104)-1369/2023 saylı qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(062)-454/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəul edilmiş, mərhum X6 miras qalmış əmlak barəsində 16 mart 2021-ci il tarixli 2V-313 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə X12ma və Cavabdeh3 Tovuz rayonu Alakol kəndi ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsinin mərhum X9 məxsus 0,140525 ha hissəsinin miras əmlak kimi İddiaçı, yəni onun tərəfindən faktiki qəul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçının mübahisələndirdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 13 oktyabr 2017-ci ildə verilmişdir. İddiaçı isə həmin şəhadətnamənin, bunun üzərindən 7 il keçdikdən sonra xəbərdar olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, işdəki mhkəmə qətnamələri vasitəsilə müəyyən edilir ki, iddiaçı belə bir şəhadətnamənin mövcudluğundan əvvəldən məlumatsız olmaya bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Qeyd edilən Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X4, Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə və Cavabdeh5 Notariat ofisinə və qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlar əasasında verilmiş sənədlərin ləğv edilməsi barədə” iddiası təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar