Məhkəmə qərarları › İş №2(062)-2037/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2037/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2037/2023 12.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından 12 may 2022-ci ildə andan olmuş Rəsul və 17 may 2023cü ildə andan olmuş Fəxri adlı uşaqlarının saxlanıması üçün Cavabdeh sabit pul məbləğində hər ay bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat aliment alınaraq ona veriləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib Cavabdeh tutulan alimentin əmək haqqının 1/3 hissədə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti qaydasında evlənib ailə qurmuşdur. Nikahlarını 12 iyul 2021-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 12 may 2022-ci il tarixdə Rəsul və 17 may 2023-cü il tarixdə Fəxri adlı uşaqları anadan olmuşdur. Aralarında olan mübahisələrə və xasiyyətlərində yaranan uyğunsuzluğa görə cavabdehlə ayrı yaşayırlar. Cavabdeh heç bir zaman uşağın saxlanılmasına kömək göstərmir. O, isə uşağın saxlanlması üçün maddi cəhətdən əziyyət çəkir. Uşağa baxmaqda çətinlik çəkir, cavabdeh isə uşağın saxlanması köməklik etmir. Ona görə də cavabdehlə birgə nikahlarından 12 may 2022-ci ildə andan olmuş Rəsul və 17 may 2023cü ildə andan olmuş Fəxri adlı uşaqlarının saxlanıması üçün Cavabdeh sabit pul məbləğində hər ay bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat aliment alınaraq ona veriləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, Yaşar hərbiçi olmaqla, 1200 manat əmək haqqı alır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah Tovuz regional Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 570 nömrəli akt qeydi ilə qeydə alınmışdır. iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 anadan olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tutulmalı alimentin məbləği barədə məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma başa düşülür. Qanunun 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin göstərişinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, həmçinin uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və hazırkı vaxta kimi atanın aliment ödəməməsi ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia qismən təmin edilməli, Cavabdeh 10 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin)1/3 hissəsində aliment İddiaçı xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia təmin edilməli 10 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2023cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar