Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2038/2025 04.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2025-ci ildə anadan olmuş X3 onun yanında və himayəsində qalması, yetkinlik yaşına çatanadək saxlanılması üçün minimum əməkhaqqı məbləğinin 0.7 misli miqdarda alimentin və üç yaşına çatana qədər sabit məbləğdə 100 manat yardımın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi şəkildə evlənib ailə qurmuşlar və nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2024-cü ildə İlkin adlı övladları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan onlar faktiki olaraq ayrılmışlar və o, hal-hazırda uşağı ilə birgə atası evində yaşayır. Cavabdeh ona heç bir yardım etmir. İddiaçı heç bir yerdə işləmir, başqa müavinət də almır. Buna görə də, uşağa baxmaq çətindir. Uşaqların qayğısına qalmaq onların sosial xərclərini ödəmək hər iki valideyinin borcudur. Ona görə də hesab edir ki, X1 üçün minimum əməkhaqqı məbləğinin 0.7 misli miqdarda alimentin və üç yaşına çatana qədər sabit məbləğdə 100 manat yardımın Cavabdeh alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etdi və iddianı qismən qəbul edərək İlkin adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment ödəməyə razıdır. Cavabdeh ilə X4 arasında xx.xx.2021-ci ildə nikah münasibətləri rəsmiləşdirilmişdir. Onlar arasına nikah münasibətləri Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-1160 saylı qətnaməsi ilə pozulmuş və birinci nikahından olan xx.xx.2011-ci ildə doğulmuş Sənan adlı uşağına hər ay 190 manat aliment ödəyir. Ona görə də daha çox ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidır. Belə ki, nikahın bağlanması haqqında şəhadətnamə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2023-cü il tarixdə Tovuz rayon Qeydiyyat Şöbəsində 2810 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamə arayışından görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2025-ci ildə anadan olmuş İlkin adlı uşaqları vardır. 12 may 2025-ci il tarixli X2 iştirak edilməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2025 tarixdə 10:30-da keçirilməsi nəzərdə tutulan X2 iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Bu maddənin 2-ci bəndinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad bu hüquqa malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə minimum əməkhaqqı məbləğinin 0.5 misli miqdarda aliment və üç yaşına çatana qədər sabit məbləğdə 50 manat tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə minimum əməkhaqqı məbləğinin 0.5 misli miqdarda aliment və üç yaşına çatana qədər sabit məbləğdə 50 manat tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2038/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2038/2025
04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver