Məhkəmə qərarları › İş №2(062)-2063/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2063/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2063/2024 30.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın alınması və alimentin dayandırılması» tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı «uşaq» tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «uşağın alınması və alimentin dayandırılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il təvəllüdlü Qəzənfər adlı uşağın anası olan cavabdehdən alınaraq ona verilməsi və qətnamə əsasında tutulan alimentin xx.xx.2024-cü il tarixdən tutulmasının dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Qəzənfər adlı uşağın cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında həm iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, həm də, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ərizə təqdim edərək öz aralarında razılığa gəldiklərini, ona görə də verdikləri iddia ərizələrinin qaytarılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizələri geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «uşağın alınması və alimentin dayandırılması» tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı «uşaq» tələbinə dair qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş dövlət rüsumları iddiaçı və qarşılıqlı iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar