Məhkəmə qərarları › İş №2(062)-209/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-209/2023

13.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-209/2023 13.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Musatfayev Əli Nazim oğlunun katibliyi İddiaçı, Cavabdeh X4 iştirakıları ilə, İddiaçı cavabdeh X5 qarşı «aliment miqdarının dəyişdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı «alimentimn miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı oğlu ilə birgə nikahlarından xx.xx.2014-cü ildə anadan olmuş Zirəddin adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit aliment məbləğinin miqdarının dəyişdirilərək hər ay cavabdehin əmək haqqının ¼ hissəsinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdehlə el adəti ilə evlənib ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü ildə X6 adlı bir uşaqları anadan olmuşdur. Lakin sonradan ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar. Tovuz Rayon Məhkəməsinin 2(062)-598/2017 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü ildə X1 üçün hər ay sabit pul məbləğində 130 manat alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Hazırda isə həmin aliment məbləği uşağın ehtiyaclarını ödəmir. Ona görə də aliment məbləğinin artırılması barədə məhkəməyə müraciət edir. Cavabdeh N saylı hərbi hissədə hərbiçi işləyir. Onun əmək haqqının ¼ hissəsi uşağın böyüyüb tərbiyə alması üçün ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, o, hərbiçidir və əmək haqqı alır. Əmək haqqından xx.xx.2014-cü ildə anadan olmuş X6 adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının ¼ hissəsində aliment tutulmasına etiraz etmir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatılarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-598/2017 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən başlayaraq cavabdeh X3 hər ay 130 manat sabit pul məbləğində alimentin alınıb tərəflərin birgə yaşayışlarından xx.xx.2014-cü ildə X6 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər faktiki nikahda olmaları, bu faktiki nikahlarından bir övladlarının olması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014-cü ildə anadan olmuş X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-598/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdeh X3 İddiaçı xeyrinə hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsində aliment tutulmalı, alimentin dəyişdirilmiş miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. 50 manat məbləğində dövlət rüsumu X3 dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü ildə anadan olmuş X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-598/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdeh X3 İddiaçı xeyrinə hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulsun. 50 manat məbləğində dövlət rüsumu X3 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar