Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2133/2025 11.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçılar İddiaçı2, X1, İddiaçı4 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, Zeynalova (Məmmədova) Nərminə Hidayət qızının və İddiaçı4 Cavabdeh2 və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğvi» tələbinə dair mülki işə Tovuz şəhərində 11 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Zeynalova (Məmmədova) Nərminə Hidayət qızı və İddiaçı4 məhkəmədə Cavabdeh2 və DƏDRX-nin 15 saylı ərazi idarəsinə qarşı iddia qaldıraraq Cavabdeh2 adına olan 30 yanvar 2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onların iştirakı olmadan baxıb, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı1 və onun vəkili Vəkil iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında İddiaçı2 ərizəni müdafiə edərək izahatında göstərdi ki, onlar İddiaçı1, İddiaçı2 Kamil qızı, X2, İddiaçı4 ilə 30 yanvar 2022-ci il tarixdə AN-1 saylı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Tovuz rayonu Qovlar şəhərində yerləşən mülkiyyətlərində olan 0,7282 ha torpaq sahəsini Tovuz Rayonu Aşağı Quşçu kənd sakini Cavabdeh2 satmışlar. Lakin sonra aralarında yaranan narazılığa görə sözügedən müqavilənin ləğv edilməsi üçün Tovuz Rayon Məhkəməsinə müraciət etmişlər. Tovuz Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə aralarında olan 30 yanvar 2022-ci il tarixli AN-İ saylı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Hətta həmin alqı-satqı müqaviləsi Asan xidmət mərkəzinin Notariat ofisində ləğv edilmişdir. Lakin Cavabdeh2 həmin alqısatqı müqaviləsi bağlayan kimi həmin torpaq sahəsinə ********** saylı xx.xx.2022-ci il saylı çıxarış almışdır. Tovuz Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsində ancaq alıq-satqı müqaviləsi mübahisələnmiş, ləğv edilmiş və icra edilmişdir. Hazırda həmin çıxarışa səbəb olmuş sənədlər ləğv edilmişdir. Lakin həmin çıxarış qüvvədədir. Onlar həmin torpaq sahəsini satmaq istəyərkən məlum olmuşdur ki, Cavabdeh2 həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hesab edir ki, həmin çıxarışa səbəb olmuş sənədlər etibarsız sayıldığından həmin çıxarış da ləğv edilməli və həmin torpaq sahəsi əvvəlki vəziyətə qaytarılmalıdır. Digər iddiaçılar Məmmədova (Zeynalova) Nərminə Hidayət qızı və İddiaçı4 məhkəmə iclasında İddiaçı2 ilə eyni xüsusatda izahat verdilər. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, heç bir saxta sənəd çıxarılmamışdır. İddiaçı1la övladı arasında yaranmış münasibətə görə iddiaçıların ona pul borcları olmuş, ona görə maşın və torpaq sahəsini ona vermişlər. Sonradan məhkəmədə iddia qaldırmışlar. Alqı-satqı müqaviləsi ləğv edilmişdir. Qətnamə hüquqi qüvvəsindədir. Odur ki, ədalətli qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Nümayəndə hazırlıq iclasına gəlmiş, lazımi sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən iddiaçıların və Cavabdeh2 izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş Tovuz rayon Məhkəməsinin 2(062)-908/2022 saylı 07 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı1, İddiaçı2, Zeynalova (Məmmədova) Nərminə Hidayət qızı və İddiaçı4 ilə Cavabdeh2 arasında bağlanılmış 30 yanvar 2022-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Hazırda həmin qətnamə qüvvədədir. İşə əlavə olunmuş **********80 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Qovlar şəhərində yerləşən 0,7282 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə 16 fevral 2022-ci ildə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayon Məhkəməsinin 2(062)-908/2022 saylı 07 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı1, İddiaçı2, Zeynalova (Məmmədova) Nərminə Hidayət qızı və İddiaçı4 ilə Cavabdeh2 arasında bağlanılmış 30 yanvar 2022-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Hazırda həmin qətnamə qüvvədədir. Lakin həmin işə baxılarkən alqısatqı müqaviləsinə əsasən, verilmiş çıxarış mübahisələndirilməmişdir. **********80 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Qovlar şəhərində yerləşən 0,7282 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə 16 fevral 2022-ci ildə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, 16 fevral 2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli **********80 reyestr nömrəli çıxarışın əsası olan 30 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi məhkəmə qətnaməsi ilə ləğv edildiyindən və həmin qətnamə də qanuni qüvvədə olduğundan həmin çıxarış ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 16 fevral 2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli **********80 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 16 fevral 2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli **********80 reyestr nömrəli çıxarış ləğv edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2133/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2133/2025
11.07.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver