Məhkəmə qərarları › İş №2(062)-216/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-216/2023

10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-216/2023 10.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədirliyi, Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment " tələbinə dair mülki işə acıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə muraciət edərək Cavabdeh ilə birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X1, xx.xx.2012-ci il tarixdə doğulmuş X2, xx.xx.2020-ci il tarixdə doğulmuş X3 adlı üç övladlarının yetkinlik yaşına çatanadək saxlanması və onların sosial xərclərinin qarşılanması üçün cavabdehin hər ay hər növ gəlirindən bir uşaq üçün 180 manat, əlavə olaraq xx.xx.2020-ci ildə doğulmuş X3 adlı övladının 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat, olmaqla cəmi 640 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki iş üzrə ərizənin baxılmamış saxlanılmasını etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki iş üzrə iddia ərizəsininbaxılmamış saxlanılması barədə ərizə təqdim etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh (maraqlı şəxs) işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 119.1-ci, 259-260-cı, 263- 264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı "aliment " tələbinə dair ərizə baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada veerildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar