Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2174/2023 08.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair mülki işə Tovuz şəhərində 08 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq birgə nikahlarından 11 mart 2023cü ildə anadan olmuş Ümrə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat aliment ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək cavabdehlə birgə nikahlarından 11 mart 2023-cü ildə anadan olmuş Ümrə adlı uşağın 3 yaşınadək anası üçün 100 manat aliment ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh ilə evlənmiş, nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 11 mart 2023-cü ildə Ümrə adlı uşaqları olmuşdur. Cavabdeh ilə aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışdır. Cavabdeh uşağının saxlanılması üçün könüllü olaraq heç bir yardım etmir. Cavabdeh işləyir. Cavabdehdən uşağın saxlanılması üçün aliment tələb edir. Odur ki, birgə nikahlarından 11 mart 2023-cü ildə anadan olmuş Ümrə adlı uşağın saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit məbləğdə və uşağın 3 yaşınadək anası üçün 100 manat aliment tutulmasını xahiş edir. İşə əlavə edilmiş zərfdə göstərilən qeyddən görünür ki, Cavabdeh iddia ərizəsində göstərilən ünvanda yaşamır, buna görə də məhkəmə bildirişini həmin şəxsə çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Ona görə də məhkəmə işə baxmağa başlamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, tərəflərin birgə nikahlarından 11 mart 2023-cü ildə Ümrə adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər evlənməklə, nikahlarını 2022-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 11 mart 2023-cü ildə Ümrə adlı uşaqları olmuşdur. Tərəflər arasında ər-arvad münasibətləri faktiki olaraq kəsilmişdir. İddiaçı uşağın böyüyüb saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 220 manat və uşağın 3 yaşınadək anası üçün 100 manat aliment aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə uşağın diqqətəlayiq mənafeyini və tərəflərin əmlak vəziyyətlərini nəzərə alaraq hesab edir ki, 26 iyul 2023-cü ildən başlayaraq 11 mart 2023-cü ildə anadan olmuş Ümrə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı verilməlidir. Alimentin məbləğinə aid qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14-cü fəslində ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri nəzərdə tutulmuşdur. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqları doğulduğu gündən üç il ərzində arvad ərindən aliment tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, 11 mart 2023-cü il tarixdə anadan olmuş uşağın 3 yaşına çatanadək Cavabdeh maddi yardıma ehtiyacı olan İddiaçı üçün 50 manat məbləğində aliment tutulmalıdır. Maddi yardımın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan yuxarı, yəni 2640 manat məbləğ təşkil edir. Ona görə Cavabdeh 46,40 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 26 iyul 2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 11 mart 2023-cü ildə anadan olmuş Ümrə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat və uşağın 3 yaşınadək anası üçün 50 manat aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 46,40 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2174/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2174/2023
08.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver