Məhkəmə qərarları › İş №2(062)-2226/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2226/2023

26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2226/2023 26.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı Şirxzad qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Şirxzad qızı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il tarixdə anadan olmuş Hacı adlı uşağın saxlanılması üçün Cavabdeh sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti qaydasında evlənib ailə qurmuşdur. Birgə yaşayışlarından 12 may 2022-ci ildə Hacı adlı uşağı anadan olmuşdur. Aralarında olan mübahisələrə və və xasiyyətlərində yaranan uyğunsuzluğa görə cavabdehlə ayrı yaşayırlar. Cavabdeh heç bir zaman uşağın saxlanmasına kömək göstərməmişdir. O, isə uşağın saxlanması üçün maddi cəhətdən əziyyət çəkir. Uşağa baxmaqda çətinlik çəkir, cavabdeh isə uşağın saxlanılmasına köməklik etmir. Ona görə də xx.xx.2012-ci il tarixdə anadan olmuş Hacı adlı uşağın saxlanılması üçün Cavabdeh sabit pul məbləğində 220 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Şirxzad qızı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, cavabdehin Moskva şəhərində biznesi vardır. O onun qazancı barədə gəlirləri istəsə də əldə edə bilməz. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki Məhkəmə iclasında iştirak edən cavabdeh X4 bildirdi ki, maddi imkanı zəifdir. O, uşağın saxlanılması üçün 160 manat aliment təyin edilməsinə etiraz etmir. Onun Moskva ilə hər hansı əlaqəsi yoxdur. O digər arvadına münasibətdə də aliment ödəyicisidir. O həmin uşağa görə də 180 manat məbləğində aliment ödəyir. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X4 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Şirxzad qızı ilə Cavabdeh qeyri-rəsmi nikahlarından xx.xx.2022-ci il tarixdə X6 adlı uşağı anadan olmuşdur. İş materiallarında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı Şirxzad qəızı kimi qeyd edilmişdir. Tovuz Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli Qətnaməsinin surətindən görünür ki, 01 dekabr 2020-ci ildə anadan olmuş Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdareı artırılaraq 180 manat məbləğində müəyyən edilmişdir. İşdə olan və “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş Cavabdeh sərhəd keçmə məlumatlarından müəyyən edilir ki, Cavabdeh mütəmadi olaraq Moskva şəhərinə giriş-çıxış etmiş, hər dəfə Moskva şəhərində qalmaq müddəti 10-15 gün olmuşdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbində göstərilənləri iş materiallarında olan iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin qeyri-rəsmi nikahlarından 12 may 2022-ci ildə Hacı adlı uşaqları doğulmuşdur. Uşaq hazırda anasının himayəsində yaşayır və cavabdeh uşağa hər hansı maddi yardım göstərmir. Eyni zamanda o da meüəyyən edilmişdir ki, Cavabdeh Aylin adlı uşağa görə X3 180 manat məbləğində aliment ödəyicisidir. Məhkəmə uşağın anasının himayəsində olmasını, onun təlim və tərbiyəsi ilə təkcə ananın məşğul olmasını, uşağın saxlanması vəzifəsinin hər iki valideynin vəzifəsi olmasını, həmçinin uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onların mənafeyini, böyüdükcə artan tələbatlarını, aylıq təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının şərtlərini, iddiaçının uşağın saxlanılması üçün tələbatını təkbaşına ödəyə bilməsinin çətin olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, hər ay 200 manat sabit pul məbləğində aliment 12 may 2022-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və "AZEMİS” Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş Cavabdeh sərhəd keçmə məlumatlarından müəyyən edilir ki, Cavabdeh 2022-ci ildə 3 dəfə, 2023-cü ildə isə yenədə 3 dəfə istifadə etməklə giriş-çıxış etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh Moskva şəhərinə qazanc üçün deyil, sair məqsədlər üçün getməsinə dair hər hansı sübut təıqdim etməmişdir. Qeyri-rəsmi qazanclar latent olduğundan iddiaçının bununla bağlı sübutlar təqdim etmək imkanı həqiqətən real görünmür. Real olan odur ki, cavabdeh mütəmadi olaraq Moskva şəhərinə gedib-qayıdır ki, həmin yollara çəkilmiş xərcin özü ilə bir neçə ay uşaqların təlabatını ödmək mümkündür. Deməli cavabdeh hazırki iş üzrə iddiaçıya hər ay iki yüz manat aliment ödəmək kimi qazanca malik olmaqla, həmin alimenti ödəmək iqtidarındadır.. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarından da göründüyü kimi Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Cavabdehin iqtisadi sankiyalar tətbiq edildiyi Moskva şəhərinə hələ də gedib-gəliş etməsi onu göstərir ki, cavabdeh özünün saxlanılması üçün minimum tələbatını ödəməkdən başqa da ailənin maddi ehtiyaclarını qarşılamaq imkanlarına da malik olmuşdur. Eyni zamanda məhkəmə alimentin hər uşaq üçün 220 manat məbləğində təyin edilməsinin qeyri-mümkünlyünü onunla izah edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Cavabdeh digər aliment ödəyicisi olduğundan iddia göstərilən həddə təmin edilə bilməz. Yəni, həmin qətnamə digər uşağın maraqlarına toxunmuş olar. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, həmçinin uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia qismən təmin edilməli, Cavabdeh 31 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşaq üçün 200 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay bir uşaq üçün 200 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdeh X1 44 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 -78, 100, 112-ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 31 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər 200 manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Cavabdeh 44 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar