Məhkəmə qərarları › İş №2(062)-2233/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2233/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2233/2024 08.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(62)-1491/2017 saylı qətnaməsinə əsasən 09 may 2011-ci ildə anadan olmuş Zeynəb və 15 sentyabr 2012-ci ildə anadan olmuş Elgün adlı uşaqların saxlanılması üçün təyin olunmuş alimentin, uşaqlarının faktiki şəkildə onun yanında olduğu müddət ərzində yəni 2017-ci ildən hazıradək olan 87 ay müddətə görə müəyyən olunmuş 23664 manat aliment öhdəliyindən azad olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə evlənib ailə qurmuş, birgə nikahlarından 05 may 2011-ci ildə Zeynəb və 15 sentyabr 2012-ci ildə Elgün adlı uşaqları anadan olmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da sonradan məhkəmənin qərarına əsasən aralarında olan nikah pozulmuş və uşaqların saxlanması üçün aliment təyin olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli qətnaməsindən də görünür ki, cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün hər ay cəmi 272 manat alimentin alınaraq cavabdehə verilməsi qət edilmişdir. Bu keçən müddət ərzində bir yerdə yaşamışlar və uşaqlara o baxmışdır. Həmin müddət ərzində evin kommunal xərclərini də anası ödəmişdir. Qeyd edilən aliment formal xarakter daşımış və o, uşaqlarına özü baxmış, onların maddi cəhətdən bütün təminatlarını da özü ödəmişdir. Lakin buna baxmayaraq cavabdeh onu icra şöbəsi ilə axtardıqda ona məlum olmuşdur ki, o aliment tələb edir. Hazıradək, yəni 2024-cü ilin iyul ayı da daxil olmaqla uşaqlara özüm baxır. Belə ki, uşaqlar evdə onun aldığı ərzaqlarla qidalanır və onların bütün geyim xərclərini, eyni zamanda bütün zəruri xərcləri onun və anası tərəfindən ödənilir. Bu vaxtadək isə yığılmış qeyd olunan alimentin ümumi məbləği 24000 manat təşkil edir. Həmçinin Tovuz rayon Cəlilli kənd E.Tağıyev adına tam orta məktəbi tərəfindən verilmiş arayışlardan da görünür ki, uşaqları qonşu kənd məktəbində təhsil alırlar və onun yanında anasına məxsus olan evdə yaşayırlar. Lakin bu hallara baxmayaraq cavabdeh həmin illər üçün də aliment tələb edir. Həmin dövr uşaqlara onun baxmağına baxmayaraq cavabdeh həmin müddət üçün əsassız aliment tələb edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlar onun himayəsində yaşamışdır. Sonda o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, alimentlə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra bir müddət sonra 3 il birlikdə yaşamışlar. 2018-ci ildə Bakıda 4-5 ay yaşamışdır. Hazırda da anasının evində yaşayır. 3 ilin aliment borcunun silinməsinə etiraz etmir. O bir neçə il cavabdehin ona verdiyi evdə yaşadığına görə alimentin artırılmasına dair tələblə məhkəməyə müraciət etməmişdir. Qalan hissədə isə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Borcun müəyyəndir və bu mübahisə predmeti deyildir. Mübahisəli olan isə odur ki, iddiaçı iddia edir ki, aliment qətnaməsi müəyyən edildikdən sonra onlar birlikdə yaşamışlar və bu müddət ərzində o uşaqlara maddi yardım göstərmişdir. Məhkəmə qeyd edir ki, ər-arvadın bir evdə yaşaması əri və yaxud arvadı aliment ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İddiaçı aliment borcunun yaranmasını Yasəmən ilə birlikdə yaşamaq kimi üzürlü səbəblərlə izah edir. Məhkəmə qeyd edir ki, əvvəla bu müddət ərzində ər-arvadın birlikdə yaşamaqları müəyyən edilmir. Birlikdə yaşamaqları müqəyyən edilsə də belə iddiaçı bu müddət ərzində uşaqlara maddi yardım etməyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli Qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli Qətnaməsi ilə 1 uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən aperllyasiya şikayətinin verilməsi tərəflər arasında alimentlə bağlı mübahisənin davam etməsindən xəbər verir. Məhkəmə alimentlə bağlı məhkəmə mübahisəsi bitdikdən sonra Yasəmənlə birlikdə yaşamasına dair iddiaçının dəlillərinə qiymət vererək onu qeyd edir ki, bu dəlillər işdə olan sənədlərlə inkar edilir. Belə ki, işdəki Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdehlər İddiaçı və X1 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilmişdir. Həmin məhkəmə iclasında iddiaçının anası izahatında göstərmişdir ki, o gəlininin evə köçürülməsinə etiraz etmir. Buradan da o müəyyən edilir ki, göründüyü kimi iddiaçının evdən istifadə hüququna da əri tərəfindən maneələr yaranmışdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı aliment ödənişləri üzrə borclu şəxsdir. O belə bir icra sənədinin mövcudluğundan xəbərdardır. Buna baxmayaraq o icra sənədi üzrə real vəziyyəti icra məmuruna bildirməmişdir. Bu da onu deməyə əsas verir ki, o mövcud icra sənədi üzrə borclu şəxs statusundadır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən a limentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı hər il üçün müəyyən edilmiş uşaqların yaşayış minimumu həddində uşaqlara yardım göstərməsini təsdiq edən sübut təqdim etmədiyindən onu iddiası tam təçmin edilə bilməz. Buna baxmayaraq cavabdeh tərəfindən 3 il iddiaçının uşaqlara baxması etiraf edildiyindən və bu müddət ərzində yığılmış borcun silinməsinə etiraz edilmədiyindən məhkəmə qeyd edir ki, o həmin dövrlər üçün müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməlidir.Yəni, ödənilməli olan 9792 manat aliment borcundan azad edilməlidir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Tovuz Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(62)-1491/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 9792 manat hissəsini ödəməkdən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar