Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2256/2023 06.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 06 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh ilə aralarında bağlanmış 20 iyun 2017-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Tovuz rayonu Alakol kəndində yaşayır. Tovuz rayon AİK-nin xx.xx.1999-cu il tarixli 30 saylı qərarına əsasən, ona Tovuz rayonu Alakol kəndində 0.10 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini istifadə etmək üçün həmkəndlisi X1 etibarnamə vermişdir. X2 isə ondan xəbərsiz olaraq həmin etibarnamə əsasında ona məxsus torpaq sahəsini Cavabdeh satmışdır və 20 iyun 2017-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədən xəbəri olmamışdır. Hazırda həmin torpaqdan istifadə edə bilmir. Odur ki, Cavabdeh ilə aralarında bağlanmış 20 iyun 2017-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməməlidir. İşə əlavə olunmuş çıxarışdan görünür ki, Tovuz rayonu Alakol kəndində daşınmaz əmlakın dövlət reyestrində 16 iyun 2017-ci il tarixdə daşınmaz əmlakın reyestr nömrəsi **********60 saylı çıxarışla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində 0,096 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İşə əlavə olunmuş 20 iyun 2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı 0,096 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini etibarnamə əsasında səlahiyyətli nümayəndəsi vasitəsilə alıcı Cavabdeh satmışdır. İşə əlavə olunmuş 02 iyun 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək və sair hərəkətləri etməyi X1 etibar etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayonu Alakol kəndində ümumi sahəsi 0,096 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində xx.xx.2017-ci ildə İddiaçı tam mülkiyyəti kimi qeydə alınmışdır. Həmin torpaq sahəsinə dair reyestr nömrəsi **********60, Seriya ******* saylı çıxarış verilməklə, plan və ölçü tərtib edilmişdir. 20 iyun 2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X2 vasitəsi ilə 0,096 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alıcı Cavabdeh satmışdır. Verilmiş etibarnamədə İddiaçı Hüseyn Kazımova torpaq sahəsinə dair bütün əqdləri bağlamaq səlahiyyətini, o cümlədən satmaq səlahiyyətini vermişdir. İddiaçı torpaq sahəsini satmaq üçün deyil, istifadə etmək üçün verdiyini göstərsə də, məhkəmə bu halı inandırıcı hesab etmir. Verilmiş etibarnamədə əmlakın satılması xüsusilə göstərilmişdir. Eyni zamanda torpaq sahəsinin istifadə edilməsi üçün hər hansı etibarnamə verməyə zərurət yoxdur. Məhkəmədə alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədi. Sübutetmə yükü iddiaçı tərəfinin üzərinə düşdüyündən İddiaçı mübahisəli müqavilə barədə məhkəməyə başqa mötəbər sübut təqdim edə bilməmişdir. İşdə olan sübutlarla təsdiq edilir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə görə, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün qanuni əsaslar yoxdur və iddia qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı aralarında bağlanmış 20 iyun 2017-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin ləğv olunması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2256/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2256/2023
06.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver