Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2260/2023 25.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı İsgədər oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı İsgədər oğlunun Cavabdeh qarşı “aliment öhdəliyindən azad olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı İsgədər oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin qətnaməsinə əsasən 30 iyul 2008-ci ildə anadan olmuş Ömər adlı uşağa görə müəyyən edilmiş alimentin 14 mart 2022-ci ildən hesablanmaqla silinməsinə və onun həmin uşağa görə aliment öhdəliyindən azad olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsgədər oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə evlənib ailə qurmuşdur. Nikahlarını 14 avqust 2008-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 30 iyul 2008-ci ildə Ömər və 11 may 2011-ci ildə İsgəndər adlı uşaqları anadan olmuşdur. Onlar evləndikdən bir müddət mehriban yaşasalar da 2019-cu ildə münasibətləri pozulmuş və Qazax Rayon Məhkəməsinin 2(023)-878/2019 saylı 06 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş, uşaqlar anasının yanında saxlanılmış və uşaqların saxlanması üçün ondan hər ay sabit pul məbləğində bir uşaq üçün 130 manat alimentin alınaraq Cavabdeh ödənilməsi qət olunmuşdur. 30 iyul 2008-ci il təvəllüdlü Ömər adlı uşağı 14 mart 2022-ci il tarixdən onun yanına gələrək onunla birlikdə yaşayır. Ona görə də Tovuz Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, 30 iyul 2008-ci il təvəllüdlü Ömər adlı uşağın alınaraq ona verilməsi qət olunmuşdur. Həmçinin Qazax rayonu Çaylı kənd icra nümayəndəliyindən, Qazax rayonu Çaylı kənd tam orta məktəbindən verilmiş arayışlardan görünür ki, oğlu Ömər onun yanındadır. Lakin cavabdeh həmin illər üçün də ondan aliment tələb edir. Uşağı onun yanında olmadığı müddət ərzində isə o aliment ödəmişdir. Ona görə də, Qazax Rayon Məhkəməsinin qətnaməsinə əsasən 30 iyul 2008-ci ildə anadan olmuş Ömər adlı uşağın 14 mart 2022-ci ildən onun yanında olması halı müəyyən olunaraq təyin olunmuş aliment öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı İsgədər oğlu iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavadbeh Cavabdeh bildirdi ki, iddiaçı haqlıdır, həqiqətən də oğlu Ömər 4 mart 2022-ci ildən atasının yanında yaşayır. O Ömərin atadan alınaraq ona verilməsinə dair iddia ilə məhkəməyə müraciət etməmişdir. Odur ki, Ömərə münasibətdə iddiaçının 4 mart 2022-ci ildən aliment öhdəliyindən azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 2(062)-52/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Ömər adlı uşağın Cavabdeh alınaraq İddiaçı İsgədər oğluna verilməsi və onun yanında saxlanılması qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax- Tovuz RTİ-nin Qazax rayon təhsil sektorunun xx.xx.2023-cü il tarixli, 10 nömrəli arayışından görünür ki, X4 xx.xx.2022-ci il tarixdən Qazax rayonu Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbinin 8-ci sinfinə qəbul olunmuşdur. Hal-hazırda həmin məktəbin 10-cu sinfində təhsil alır. İş materiallarında olan Qazax rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 121 saylı arayışından görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-52/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X4 atası İddiaçı himayəsinə verilmiş və bu səbəbdən də xx.xx.2023-cü il tarixdən etibarən, yalnız 11 may 2011-ci ildə anadan olmuş X1 adlı digər uşağa aliment ödənişi hesablanmışdır. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 2(023)-878/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı İsgədər oğlu arasında bağlanmış nikah pozulmuş, tərəflərin nikahından 30 iyul 2008-ci il tarixdə anadan olmuş Ömər və 11 may 2011-ci il tarixdə anadan olmuş İsgəndər adlı uşaqlar nikahın pozulmasından sonra anaları Cavabdeh yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün 25 iyul 2019-cu il tarixindən başlayaraq hər ay hər uşaq üçün İddiaçı İsgədər oğlundan 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü Ömər adlı uşağın Cavabdeh alınaraq İddiaçı İsgədər oğluna verilməsinə dair qətnamə xx.xx.2023-cü il tarixdə qəbul edilsə də, tərəflərin izahatlarından da göründüyü kimi əslində Ömər 4 mart 2022-ci ildən atasının yanında yaşayır. Tovuz Rayon Məhkəməsinin 2(062)-52/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən də göründüyü kimi həmin məhkəmə iclasında iştirak edən hazırki iş üzrə Cavabdeh izahatında göstərmişdir ki, Ömər atasının yanında yaşayır. Hazırki məhkəmə iclasında isə O Ömərin 4 mart 2022-ci ildən atasının yanında yaşadığını etiraf etmişdir.Məhkəmə onu da qeyd edir ki, Qazax rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 121 saylı arayışından görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-52/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X4 atası İddiaçı himayəsinə verilmiş və bu səbəbdən də xx.xx.2023-cü il tarixdən etibarən, yalnız 11 may 2011-ci ildə anadan olmuş X1 adlı digər uşağa aliment ödənişi hesablanmışdır. Belə olduqda məhkəmə bu qənaətə gəlir ki, iddiaçı 4 mart 2022-ci ildən xx.xx.2023-cü ilədək mövcud olan aliment öhdəliyindən azad edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 2-ci bəndinə əsasən, yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcələsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq, onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcələsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcələsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Uşaq Hüquqları haqqında 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3 maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5 maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsində qeyd edilir ki, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin göstərişinə əsasən, məhkəmə qeyd edir ki, alimentin miqdarının müəyyən edilməsindən sonra uşaqların faktiki olaraq ananın himayəsindən uzaq olaraq atasının himayəsinə verilməsi ailə vəziyyətində dəyişiklik kimi qiymətləndirilməklə həmin uşaqlara görə aliment ödənilməsindən azad edilmə üçün əsasdır. Məhkəmə həmçinin izah edir ki, uşağın atasının himayəsinə verilməsi gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində yeni əsaslarla iddia qaldırılmasını istisna etmir. Belə ki, zaman keçdikcə uşağın valideynlərin hansının yanında yaşaması ilə bağlı vəziyyət dəyişə, habelə cavabdeh uşaqları ilə ünsiyyət hüququndan istifadə edərək onların məhəbbətini qazana və uşaqlarının ona olan münasibətinin dəyişməsinə nail ola bilər. Bu cür yeni əsaslar yarandığı halda isə o, həmin əsaslara istinad edərək uşaqların onun himayəsinə verilməsi barədə tələblə məhkəməyə müraciət etmək hüququna malik olacaqdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. İddiaçı Qazax Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin xx.xx.2008-ci il təvəllüdlü X2 münasibətdə 4 mart 2022-ci ildən xx.xx.2023-cü ilədək mövcud olan aliment öhdəliyindən azad edilsin və həmin tarixdən yaranmış aliment borcu silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2260/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2260/2023
25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver