Məhkəmə qərarları › İş №2(062)-2271/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2271/2023

11.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2271/2023 11.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı1, Cavabdeh4 vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh5, X3, Cavabdeh7, Cavabdeh8, Tovuz regional Asan xidmət mərkəzinin notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyedtr Xidmətinin (DƏDRX) 15 saylı Tovuz ərazi idarəsinə və Tovuz AQRO kompleks Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestr çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə müraciət edərək Cavabdeh4, Cavabdeh5, X4, Cavabdeh7, Cavabdeh8 ilə Tovuz AQRO kompleks MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxareılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 məhkəməyə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh5 və Cavabdeh4 vəkili və nümayəndəsi X2 mülki işin baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki iş üzrə iddianın baxılmamış saxlanılması barədə ərizə təqdim etdiyindən, cavabdehin nümayəndəsi və vəkili isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə İddiaçı2 və digər cavabdehlərin məhkəmə iclasına gəlməməsini onların hazırkı işin mahiyyəti üzrə baxılmasını tələb etməmələri kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında ərizə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh5, X3, Cavabdeh7, Cavabdeh8, Tovuz regional Asan xidmət mərkəzinin notariat ofisinə, DƏDRX-nin 15 saylı Tovuz ərazi idarəsinə və Tovuz AQRO kompleks MMC-yə qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestr çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar