Məhkəmə qərarları › İş №2(062)-2301/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2301/2023

18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2301/2023 18.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh Arid qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad olunma” tələbinə dair iddiası üzrə mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması ilə bağlı iddiaçının məhkəməyə müraciət etməsi onun hüququ olduğundan, onun vəsatəti əsasında iddia ərizəsinin geri qaytarılması da MPM-nin prinsiplərinə zidd olmadığından məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında ərizə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad olunma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar