Məhkəmə qərarları › İş №2(062)-2377/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2377/2025

18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2377/2025 18.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin əmək haqqının ¼ hissəsinin və uşaq 3 yaşa çatanadək əlavə olaraq 100 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə evlənib ailə qurmuşlar və nikahlarını xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2023-cü ildə Yaqub adlı övladları anadan olmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və o, hal-hazırda uşağı ilə birgə atası evində yaşayır. Uşaq azyaşlıdır və onun nəzarətindədir. O, uşağa təkbaşına baxır və heç bir yerdə işləmir. Cavabdeh ona könüllü olaraq yardım etmir. Buna görə də, uşağa baxmaq çətindir. Ona görə də hesab edir ki, X1 üçün cavabdehin əmək haqqının ¼ hissəsinin və uşaq 3 yaşa çatanadək əlavə olaraq 100 manat yardımın Cavabdeh alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etmiş, iddianı qismən qəbul edərək bildirmişdir ki, o, hərbiçidir və 1300 manat əmək haqqı alır. O, aliment verməyə razı olsa da, 100 manat əlavə yardım etməyə razı deyil. O, kredit ödəyir, ona görə də daha çox ödəməyə imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidır. Belə ki, nikahın bağlanması haqqında arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2022-ci il tarixdə Tovuz rayon Qeydiyyat Şöbəsində 815 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü ildə anadan olmuş X4 adlı uşaqları vardır. 26 may 2025-ci il tarixli X2 iştirak edilməsi barədə arayışdan görünür ki, tərəflər X2 iştirak etsələr də, alimentin məbləğinin müəyyən edilməsi barədə razılığa gələ bilməmişdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, tərəflərin izahatlarından da göründüyü kimi cavabdehin müntəzəm gəlirləri vardır və iddiaçı onun əmək haqqının ¼ hissəsi miqdarında aliment tələb edir. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Bu maddənin 2-ci bəndinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad bu hüquqa malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə onun əmək haqqının ¼ hissəsi və üç yaşına çatana qədər sabit məbləğində 50 manat aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulsun. X3 3 yaşına çatanadək xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar