Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2435/2025 28.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “uşaqların yanında və himayəsində saxlanması faktının təsdiqi və aliment ödənişinin dayandırılması” tələbinə dair mülki işə Tovuz şəhərində açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqların yanında və himayəsində saxlanması faktının təsdiqi və aliment ödənişinin dayandırılması” tələbinə dair ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, uşaqların yanında və himayəsində saxlanması faktının təsdiqi və aliment ödənişinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın uşaqların yanında və himayədə saxlanılmasına dair hissəsi hissəvi xitam edilmişdir. İşdə olan Tovuz rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı “aliment ödənişinin dayandırılması” tələbinə dair mülki iş üzrə icraat Azərbaycan Respublikası MPM-nin 254.1.7-ci maddəsinə əsasən dayandırılmışdır. Tovuz rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment ödənişinin dayandırılması” tələbinə dair iş üzrə icraat təzələnmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər iddianın aliment ödənişinin dayandırılmasına aid hissəsində razılaşmışlar. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment ödənişinin dayandırılması” tələbinə dair ərizəsi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, tərəflər arasında alimentin dayandırılmasına dair mübahisə həll olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi olduğundan iş üzrə icraata xitam verilməlidir. Barışıq sazişində qanunazidd hal yoxdur və üçüncü şəxslərin mənafeyinə toxunmur. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment ödənişinin dayandırılması” tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2435/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2435/2025
28.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver