Məhkəmə qərarları › İş №2(062)-2482/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2482/2024

15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2482/2024 15.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X1 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı aliment borcunun silinməsi tələbinə dair mülki işə Tovuz şəhərində 15 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yusifov İddiaçı Səbinə Əbil qızına qarşı məhkəməyə aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi verərək cavabdeh X5 ilə birgə nikahlarından 12 aprel 2014-cü il təvəllüdlü Gülay, 13 dekabr 2015-ci il təvəllüdlü Nigar və 12 noyabr 2020-ci il təvəllüdlü Murad adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmış 4320 manat aliment borcundan 3840 manatının silinməsinin qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X2 təmsil etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X2 məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, tərəflər evlənmişlər. Birgə nikahlarından 12 aprel 2014-cü il tarixdə Gülay, 13 dekabr 2015-ci ildə Nigar və 12 noyabr 2020-ci ildə Murad adlı uşaqları anadan olmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. Tovuz Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 xeyrinə hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin verilməsi qət edilmişdir. Tərəflər xx.xx.2023-cü il tarixində barışaraq 8 ay bir yerdə yaşamışlar. Həmin müddətdə bu barədə ərizə verməmişlər. Qonşuların iştirakı ilə bu barədə akt tərtib edilmişdir. Odur ki, cavabdeh X5 ilə birgə nikahlarından 12 aprel 2014-cü il təvəllüdlü Gülay, 13 dekabr 2015-ci il təvəllüdlü Nigar və 12 noyabr 2020-ci il təvəllüdlü Murad adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmış 4320 manat aliment borcundan 3840 manatının silinməsinin qət edilməsini xahiş edir. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 12 aprel 2014-cü il tarixdə Gülay, 13 dekabr 2015-ci ildə anadan olmuş Nigar və 12 noyabr 2020-ci ildə Murad adlı uşaqları anadan olmuşdur. Surəti işə əlavə olunmuş 27 noyabr 2023-cü il tarixli 2(062)-2919/2023 saylı Tovuz rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında olan nikah qeydi pozulmuş və üç uşağın saxlanması üçün hər ay hər uşağa görə 160 manat alimentin iddiaçıya ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş aktdan görünür ki, 3 nəfər qonşu imza edərək təsdiq etmişlər ki, tərəflər xx.xx.2023-cü ildən 05 iyun 2024-cü ilədək birgə yaşamışlar. İşə əlavə edilmiş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra məmuru 27 noyabr 2023-cü il tarixli 2(062)-2919/2023 saylı icra sənədi üzrə icraat başlamış və İddiaçı qərarla tanış olaraq imza etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər evlənib ailə qurmuşlar. Birgə nikahlarından 12 aprel 2014-cü il tarixdə Gülay, 13 dekabr 2015-ci ildə anadan olmuş Nigar və 12 noyabr 2020-ci ildə Murad adlı uşaqları olmuşdur. Tovuz Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qətnaməsi ilə üç uşağın saxlanması üçün hər ay hər uşağa görə 160 manat alimentin X4 ödənilməsi qət edilmişdir. 13 dekabr 2023-cü ildə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və İddiaçı həmin qərarla tanış olaraq imza etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir.Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Lakin iddiaçı iddiasının əsaslı olduğunu sübut edə bilmir. Belə ki, iddiaçı nikah pozulduqdan və aliment müəyyən olunduqdan sonra cavabdehlə birlikdə yaşadıqlarını və uşaqların tələbatlarını ödədiyini göstərsə də, bu halı təqsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qonşuların iştirakı ilə tərtib olunmuş aktda 25 oktyabr 2023-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək tərəflərin birgə yaşaması və uşaqlara baxması göstərilsə də, bu hal məhkəmə baxışı zamanı öz təsdiqini tapmadı. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər ümumiyyətlə aktın tərtib olunduğu ərazidə yaşamamışlar. Bundan əlavə Tovuz rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah qeydi pozulmuş və hazırki iş üzrə iddiaçıdan alimentin tutulması qət edilmişdir. Bu hal onu deməyə əsas verir ki, tərəflər arasında iddiaçının göstərdiyi dövrdə ailə münasibətləri olmamışdır. Bu da iddiaçının göstərdiyi halların doğruluğuna şübhə doğurur. Eyni zamanda məhkəmənin müəyyən etdiyi hallardan görünür ki, tərəflər arasında olan ailə münasibətləri pozulmuş, uşaqlar ananın yanında olmaqla ayrı yaşayırlar və alimentin alınmasına zərurət vardır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə yuxarıda göstərilən hüquq normalarını və iddiaçının əsaslı bir sübut gətirə bilməməsini nəzərə alaraq iddianı əsassız hesab edir. Odur ki, İddiaçı cavabdeh X4 qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdeh X4 qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar