Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-256/2023 13.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi, əmlakın təhvil verilməsi və üçüncü şəxsə satılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «müqvilənin ləğv edilməsi, əmlakın təhvil verilməsi və üçüncü şəxsə satılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2017-ci il tarixdə 036/17 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsinə, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə inşa edilən hündür mərtəbəli yaşayış kompleksinin 4-cü girişində, ümumi sahəsi 137.00 kv.metrdən ibarət 9-cu mərtəbədə 3 otaqlı 53 saylı mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən mənzili üçüncü şəxsə satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2017-ci il tarixdə 036/17 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsinə, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə inşa edilən hündür mərtəbəli yaşayış kompleksinin 4-cü girişində, ümumi sahəsi 137.00 kv.metrdən ibarət 9-cu mərtəbədə 3 otaqlı 53 saylı mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2017-ci il tarixdə 036/17 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsinə, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə inşa edilən hündür mərtəbəli yaşayış kompleksinin 4-cü girişində, ümumi sahəsi 137.00 kv.metrdən ibarət 9cu mərtəbədə 3 otaqlı 53 saylı mənzili cavabdehə satmağı, cavabdeh isə iddiaçı ilə razılaşdırılmış şərtlərə uyğun olaraq mənzilin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyərindən ilkin ödənişi vermişdir, qalan hissəsi isə 60 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh müqavilənin şərtləri kobudca pozaraq 2020-ci ilin yanvar ayında sonuncu ödənişi aparmışdır. Müqavilənin ödəniş şərtlərinə əsasən cavabdeh mənzilin dəyərini 22 avqust 2022-ci il tarixinədək tam şəkildə ödəməli idi. Lakin mütəmadi gecikmələr nəticəsində cavabdehin iddiaçıya hal-hazırda müəyyən məbləğdə borcu qalmaqdadır. Bununla əlaqədar olaraq cavabdehdən dəfələrlə rəsmi şəkildə borcun ödənilməsini tələb etsələr də ödəniş olunmamışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2017-ci il tarixdə 036/17 saylı mənzilin alqı-satqı müqaviləsinin 5.4-cü bəndinə əsasən cavabdeh hər ay üçün ödənişi gecikdirdiyi halda ona ödəməli tarixdən etibarən 5 təqvim günü iddiaçı tərəfindən güzəştli gün kimi təyin edilir. Həmin güzəşt müddəti keçdikdən sonra aylıq ödənişi həyata keçirməzsə cavabdeh hər gecikdirilmiş üçün gecikdirilmiş aylıq məbləğin 1 faizini məbləğində cərimə ödəməlidir. Bunundan başqa müqavilənin 5.7-ci bəndinə əsasən cavabdeh tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ödənilmiş məbləğ yalnız mənzil satıldıqdan sonra cavabdehə qaytarılır. Bu zaman iddiaçı cavabdehə çatası həmin məbləğin 10 faizini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 22 avqust 2017-ci il tarixli 036/17 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə inşa edilən hündür mərtəbəli yaşayış kompleksinin 4-cü girişində, ümumi sahəsi 137.00 kv.metrdən ibarət 9cu mərtəbədə 3 otaqlı 53 saylı mənzili Alıçıya satmağı, Alıcı isə bu Müqavilə ilə müəyyən olunmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC-nin Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə inşa edilən hündür mərtəbəli yaşayış kompleksinin 4-cü girişində, ümumi sahəsi 137.00 kv.metrdən ibarət 9-cu mərtəbədə 3 otaqlı 53 saylı mənzilin pay dəyərinin 60601 (altmış min altı yüz bir) manatı Cavabdeh tərəfindən ödənmişdir və qalıq borcu 90749 (doxsan min yeddi yüz qırx doqquz) manat təşkil edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-dən Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə inşa edilən hündür mərtəbəli yaşayış kompleksinin 4-cü girişində, ümumi sahəsi 137.00 kv.metrdən ibarət 9-cu mərtəbədə 3 otaqlı 53 saylı mənzili almış, həmin mənzilin dəyərindən 60601 (altmış min altı yüz bir) manat ödəniş etmiş, qalıq 90749 (doxsan min yeddi yüz qırx doqquz) manat isə ödənilməmiş qalmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2017-ci il tarixdə 036/17 saylı mənzilin alqı-satqı müqaviləsinin 5.4-cü bəndinə əsasən cavabdeh hər ay üçün ödənişi gecikdirdiyi halda ona ödəməli tarixdən etibarən 5 təqvim günü iddiaçı tərəfindən güzəştli gün kimi təyin edilir. Həmin güzəşt müddəti keçdikdən sonra aylıq ödənişi həyata keçirməzsə cavabdeh hər gecikdirilmiş üçün gecikdirilmiş aylıq məbləğin 1 faizini məbləğində cərimə ödəməlidir. Bunundan başqa müqavilənin 5.7-ci bəndinə əsasən cavabdeh tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ödənilmiş məbləğ yalnız mənzil satıldıqdan sonra cavabdehə qaytarılır. Bu zaman iddiaçı cavabdehə çatası həmin məbləğin 10 faizini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Qeyd ediən Məcəllənin 423..2-ci maddəsinəəsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Qeyd edilən Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır Məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən müqavilənin icrasından imtina edilməsi halları müəyyən edildiyindən, yəni onun tərəfindən pulun ödənilməsi ilə bağlı öhdəlik icra edilmədiyindən tərəflər arasında bağlanılmış alqısatqı müqaviləsi ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən həmin müqavilənin ləğvi qənaətinə gəlindiyindən qeyd edilən mənzil Cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2017-ci il tarixdə 036/17 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilməli, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə inşa edilən hündür mərtəbəli yaşayış kompleksinin 4-cü girişində, ümumi sahəsi 137.00 kv.metrdən ibarət 9-cu mərtəbədə 3 otaqlı 53 saylı mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2017-ci il tarixli 036/17 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilsin. Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə inşa edilən hündür mərtəbəli yaşayış kompleksinin 4-cü girişində, ümumi sahəsi 137.00 kv.metrdən ibarət 9-cu mərtəbədə 3 otaqlı 53 saylı mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-256/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-256/2023
13.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver