Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2625/2025 10.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Tovuz şəhərində 10 sentyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq birgə nikahlarından 19 sentyabr 2010-cu ildə anadan olmuş Fatimə, 23 yanvar 2013-cü ildə anadan olmuş Əli və 01 iyun 2021-ci ildə anadan olmuş Misir adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşağa görə 70 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Cavabdeh yazılı olaraq ərizə verərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. İddiaçı X4 iddia ərizəsində göstərmişdir ki, cavabdeh ilə faktiki evlənməklə, nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 19 sentyabr 2010-cu ildə Fatimə, 23 yanvar 2013-cü ildə Əli və 01 iyun 2021-ci ildə Misir adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılığa görə faktiki olaraq ayrılmışlar. Uşaqlar onun himayəsindədir. Ayrıldıqdan sonra cavabdeh uşaqların böyüyüb tərbiyə olunması üçün ona normal maddi yardım göstərmir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də birgə nikahlarından 19 sentyabr 2010-cu ildə anadan olmuş Fatimə, 23 yanvar 2013-cü ildə anadan olmuş Əli və 01 iyun 2021-ci ildə anadan olmuş Misir adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 70 manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə, iddiaçı məhkəmə hazırlıq iclasında bildirmişdir ki, cavabdehlə razılaşmışlar və hər uşağa 70 manat ödənilməsinə razıdır. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə faktiki evlənməklə, nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 19 sentyabr 2010-cu ildə Fatimə, 23 yanvar 2013-cü ildə Əli və 01 iyun 2021-ci ildə Misir adlı uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Uşaqlar iddiaçının himayəsindədir. İddiaçı ilə razılığına əsasən, iddianı hər uşağa 70 manat ödənilməsini qəbul edir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 19 sentyabr 2010-cu ildə Fatimə, 23 yanvar 2013-cü ildə Əli və 01 iyun 2021-ci ildə Misir adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından 19 sentyabr 2010-cu ildə Fatimə, 23 yanvar 2013-cü ildə Əli və 01 iyun 2021-ci ildə Misir adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrı yaşayırlar. Uşaqlar iddiaçının yanındadır. Cavabdeh uşaqların böyüyüb tərbiyə olunması üçün iddiaçıya könüllü olaraq maddi yardım göstərsə də, həmin məbləğ kifayət etmir. Tərəflər məhkəmə hazırlıq iclasında hər ay, hər uşağa görə 70 manat ödənilməsinə razılaşmalarını bildirmişlər. Eyni zamanda ərizədə manatla göstərilsə də, məhkəmə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının mislinə uyğun aliment tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarına əsasən, nikahın pozulması və aliment tələblərinə aid iddialarda alimentin hesablanması ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun olaraq hesablanmalıdır. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, 21 iyul 2025-ci il tarixdən başlayaraq 19 sentyabr 2010-cu ildə anadan olmuş Fatimə, 23 yanvar 2013-cü ildə anadan olmuş Əli və 01 iyun 2021-ci ildə anadan olmuş Misir adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,18 misli həddində sabit pul məbləğində aliment alınaraq X3 verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm uşaqların mənafeyini, həm də tərəflərin əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan yuxarı məbləğ təşkil edir. Ona görə də Cavabdeh əlavə 45,2 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. 21 iyul 2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 19 sentyabr 2010cu ildə anadan olmuş Fatimə, 23 yanvar 2013-cü ildə anadan olmuş Əli və 01 iyun 2021-ci ildə anadan olmuş Misir adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,18 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentə aid hissəsi dərhal icra edilsin. Cavabdeh 45,2 (qırx beş manat iyirmi qəpik) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2625/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2625/2025
10.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver