Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-263/2023 07.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, X2 iştirakları ilə, İddiaçı cavabdeh X9 qarşı «uşağın onun himayəsinə verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X9 qarşı «uşağın onun himayəsinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 noyabr 2008-ci il tarixdə anadan olmuş oğlu X11 cavabdeh X6 alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X13 ilə 2007-ci ildə ailə qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. 17 noyabr 2008-ci ildə Ramil adlı uşaqları anadan olmuşdur. Doğulan vaxt uşaqları xəstə doğulduğundan anası uşağı yanında qoyaraq çıxıb getmişdir. Həmin vaxtdan onunla ailə münasibətləri və əlaqələri kəsilmişdir. Sonradan o, uşağın atalığını müəyyən etdirmiş, müvafiq şəhadətnaməyə əsasən onun Ramilin atası olmağı müəyyən edilmişdir. Hazırda uşağının qulluğunda o durur, qayğısına o qalır. Çünki cavabdeh başqası ilə ailə qurmuş, onunla heç bir əlaqəsi yoxdur və uşağa doğulan vaxtdan o baxır və onun himayəsindədir. Gələcəkdə hər hansı məktəb və sair sənədləşmə işləri aparmaq üçün zərurət yarandıqda onun himayəsində olmasını təsdiq etmək üçün oğlunun onun yanında qalması faktının rəsmi qaydada təsdiq olunmasını istəyir. İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 iştirakı ilə rəyi dinlənilmiş X18 göstərdi ki, onun 15 yaşı var. Nənəsi və atası ilə birlikdə yaşayır. Anası ilə heç vaxt danışmamışdır. Atasının yanında özünü xoşbəxt hiss edir. Məhkəmə iddiaçının izatatını və az yaşlı uşağın rəyini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, atalığın müəyyən olunması haqqında şəhadətnamənin surətindən görünür ki, 17 noyabr 2008-ci ildə anadan olmuş Ramil adlı uşağın atalığı müəyyən olunmuş və ata qrafasına uşağın atasının İddiaçı olması qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 noyabr 2008-ci ildə anadan olmuş Ramil adlı uşağın atası İddiaçı, anası X10r. xx.xx.2022-ci il tarixli X8 iştirak edilməsi barədə arayşdan görünür ki, X1 Ramin Haqverdi oğlu tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2022 tarixdə 17:00a keçirilməsi nəzərdə tutulan X8 iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. İş materiallarında olan Tovuz rayon Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi 18 may 2022-ci il tarixli 211/1 nömrəli arayışdan görünür ki, X5 rayonunun Yuxarı Öysüzlü kəndində yaşayır. Həmin nümayəndəliyin verdiyi xx.xx.2022-ci il tarixli 544 nömrəli arayışdan görünür ki, X14 və X4 Ramin Haqverdi oğlunun ailə üzvüdür. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Qeyd edilən Məcəllənin 60.3-cü maddəsinə görə uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqları haqqında” Qanunun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin vəzifələridir. Sadalanan normalar əsasında məhkəmə işin həllinə ilk növbədə uşaqların üstün maraqlarının müəyyən olunmasının araşdırılmasından başlamağı zəruri sayır. Qanunla məhkəmələrin üzərinə qoyulan vəzifələrdən biri də, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməsidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir». Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci maddəsinə görə iştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində də uşağın öz fikrini bildirmək hüququ təsbit edilərək göstərilir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Uşaq Hüquqları Komitəsinin 29 may 2013-cü ildə dərc olunmuş uşağın maraqlarının üstün tutulması haqqında 14 saylı Ümumi Şərhin 44-cü bəndində göstərilmişdir ki, uşağın üstün maraqlarının qiymətləndirilməsinə uşağın öz fikirlərini azad ifadə etmək hüquqlarına hörmət və uşaqla bağlı bütün məsələlərdə söylənilən fikirlərə verilən qiymət daxil olmalıdır. 12-ci maddənin tələblərinə düzgün riayət edilməmişdirsə, 3cü maddənin 1-ci bəndi düzgün tətbiq edilə bilməz. Uşaq Hüquqları Komitəsinin 20 iyul 2009-cu il tarixdə dərc olunmuş uşağın dinlənilmək hüququ ilə bağlı Ümumi Qeydin giriş hissəsində göstərilir ki, bütün uşaqların dinlənilməsi və ciddiyə alınması Konvensiyanın fundamental dəyərlərindən biridir. Əvvəla məhkəmə onu qeyd edir ki, cavabdeh istər mediasiya sessiyasına, istərsə də məhkəmə iclaslarına gəlməyərək uşağın atasının himayəsində saxlanılmasının qeyrimümkünlüyü ilə bağlı dəlillər irəli sürməmiş, işə baxılarkən də belə hallar aşkar edilməmişdir. Uşağın atasının yanında qalması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Uşçaq məhkəmə iclasında dinlənilərkən də atasının yanında qalmasını bildirmiş, anası ilə ünsiyyətinin olmadığını qeyd etmişdir. Ona görə də məhkəmə hesasb edir ki, uşağın atasının yanında qalması onun üstün maraqlarına xidmət etmiş olur. Ona görə də məhkəmə hesab edir ki, uşaq anasının himayəsindən alınaraq atasının himayəsinə verilməlidir. İddiaçının alimentlə bağlı tələbi mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 17 noyabr 2008-ci ildə anadan olmuş X3 Türkan Zakir qızından alınaraq İddiaçı himayəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-263/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-263/2023
07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver